b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_m2DXO4tOBx0EL4U6F2.jpg
Bu gün AŞPA-da “Radikallaşma və islamofobiyanın qarşısını almaq məqsədilə Avropada İslamın xaricdən maliyyələşməsi,” “Avropada miqrantların və diaspor icmalarının radikallaşması" mövzularında keçirilən birgə müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə  Paşayeva AŞPA-nın 6 siyasi qrupundan biri olan Azad Demokratlar Qrupu adından çıxış edib və Avropada İslamafobiyanın artmasında əsas səbəb kimi Avropa ölkələrinin müsəlmanlara, qaçqın və köçkünlərlə bağlı yanlış siyasətini göstərib  və bu siyasəti sərt tənqid edib:
 
"Hörmətli həmkarlar, mən hər iki məruzəçiyə Avropada müsəlman icmaları üçün böyük maraq kəsb edən bu hesabatları hazırladıqlarına görə təşəkkürümü bildirirəm. Bu səbəbdən mən Avropada müsəlman icmalarının və miqrantlarının üzləşdiyi çox mühüm ümumi problemlərindən danışmaq istərdim. İlk növbədə bildirmək istərdim ki, miqrantların və qaçqınların radikallaşmasının Avropa üçün həmin adamların keçdiyi humanitar faciədən daha çox prioritet kəsb etməsi təəssüf doğurur. Türkiyə milyonlarla qaçqın və miqrantları qəbul etdiyi halda, Avropanın az sayda qaçqınları qəbul etmək istəməməsi və hətta müəyyən qəti tədbirlər görməsi narahatlıq doğurur. Sülh və əmin-amanlıq tapmaq ümidilə Avropaya gedən yolda bir çox çağırışlarla üzləşən miqrantlar Avropada islamofobiya və ksenofobiya ilə qarşılaşır və Avropaya daxil olan kimi öz kimliklərindən imtina etmək məcburiyyətində qalırlar. 
 
Beynəlxalq birlik bu çağırışları nəzərə almalıdır. Bu kontekstdə mən üzv-dövlətləri miqranların və xüsusilə qaçqınların qeyri-insani şərtlərini yaxşılaşdırmaq məqsədilə mümkün qədər tez effektiv və humanitar tədbirləri tapmağa çağırıram. Miqrantlatın radikal inanclara meylli kimi təsvir edilməsi onların məskunlaşdığı ölkələrdə radikallaşmağa gətirib çıxaracaq. Avropada radikallaşmanın əsas səbəbi miqrantların sahib olduğu müxtəlif kimliklərinə olan mənfi yanaşmadır. Avropada müsəlmanların və miqrantların kimliklərinin saxlanması hər hansı bir problemə səbəb olmur, lakin onların vahid kimlik seçməyə məcbur edilməsi ciddi narahatçılıq doğurur. Bu vəziyyətradikallaşmanı bəsləyən səbəb yaradır. Avropada İŞID kimi terror təşkilarlarında təhsilli gənc adamların yüksək iştirak dərəcəsi aydın şəkildə onu göstərir ki, problemin kökündə Avropa ölkələrinin yürütdüyü səhv siyasətdir. 
 
Son illər media və siyasi dairələr Avropa cəmiyyətlərinə artan qaçqın axınları ilə qorxu aşılamağa çalışırlar. Hesab edirəm ki, miqrantların bu axınının qarşısını almaq məqsədilə sərhədlərin bağlanması və ya insan ləyaqətinə xələl gətirən tədbirlərin görülməsi heç vaxt müsbət nəticələr verməyəcək. Üzv-dövlətlərin düzgün inteqrasiya siyasətinə və immiqrasiyaya düzgün yanaşması miqrantların radikallaşmasının qarşısını almaq üçün effektiv həllin mühüm tərkib hissəsidir. Bu səbəbdən Avropada yaşayan miqrant icmaların və müsəlman icmalarının ehtiyaclarının və ideyalarının nəzərdən keçirilməsi və qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir”.
15 Oktyabr 2018 Səudiyyə və ABŞ arasında "Qaşıqçı" qalmaqalı böyüyür - Sərt cavab
13 Oktyabr 2018 Azad edilmiş keşiş Trampla görüşəcək
13 Oktyabr 2018 ABŞ-da Fətullah Gülənin fəaliyyəti araşdırılır
12 Oktyabr 2018 Türkiyə amerikalı rahibi azad etdi
12 Oktyabr 2018 Milli Məclisdə Rusiya Dövlət Dumasına müraciət hazırlanıb
12 Oktyabr 2018 Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürülüb
11 Oktyabr 2018 Paşinyan istefasının tarixini bəyan etdi
11 Oktyabr 2018 Fransa prezidenti Ermənistana getdi
10 Oktyabr 2018 "Bunu edənlərin vicdanı, imanı yoxdur" - Prezident
09 Oktyabr 2018 Real-ın məclis sədri etiraf etdi: "Bu hakimiyyət qalmalıdır"
09 Oktyabr 2018 Robert Köçəryanın “pul kisəsi”nə ittiham elan olundu
09 Oktyabr 2018 Prezident ABŞ nümayəndə heyətini qəbul etdi
08 Oktyabr 2018 Rəsmi Bakıdan Paşinyanın arvadına - CAVAB
08 Oktyabr 2018 Qızını erməniyə ərə verən azərbaycanlı həmyerlilərini tədbirdən qovmaq istəyib
08 Oktyabr 2018 İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
07 Oktyabr 2018 Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
06 Oktyabr 2018 Lukaşenko: “Bu gün Putin bizi başa düşür, bəs sabah nə olacaq?”
05 Oktyabr 2018 KİV: Makron Bakıda Qarabağı müzakirə edəcək
05 Oktyabr 2018 Ərdoğan referendumdan danışdı: “Əgər “hə” qərarı qəbul edilərsə…”
05 Oktyabr 2018 Ermənilərdən şok etiraf: 1988-də azərbaycanlıların qətliamı – VİDEO