1533898820_1533897727_1533897646_1533404831_1523352689_1b0d2fa5-c5bc-49f6-851b-cf3146ba0067_cx12_cy30_cw79_w1023_r1_s.jpg
"Hörmətli cənab Prezident, hörmətli qonaqlar. Emoməli Şərifoviçi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizi yenidən görməyə çox şadam. Bizim bu gün ikitərəfli münasibətlərin gündəliyini ətraflı müzakirə etmək imkanımız oldu, regional əməkdaşlıq məsələlərinə toxunduq. Bu gün nümayəndə heyətlərinin iştirakı ilə işimizi davam etdirəcəyik".
 
Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Tacikistan Prezidenti Emoməli Rəhmonla nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə deyib. 
 
"Biz Sizi Azərbaycanda görməyimizə çox şadıq. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verəcək. Biz beynəlxalq arenada çox fəal qarşılıqlı fəaliyyət göstəririk. Tacikistan və Azərbaycan iştirak etdiyimiz beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəkləyir və bu dəstək ölkələrimiz üçün çox əhəmiyyətlidir.
 
Biz bu gün qarşılıqlı iqtisadi fəaliyyəti də müzakirə edəcəyik. Artıq nümayəndə heyətlərinin üzvləri fəal iş aparıblar. Sizin səfəriniz ərəfəsində səfərlə bağlı materialları hazırlamaq və iqtisadi layihələr, o cümlədən nəqliyyat, ölkələrimizin sənayesinin inkişafına dair layihələr üzrə vacib qərarlar qəbul etmək üçün ölkələrimizin rəsmi təmsilçilərinin bir neçə görüşü keçirilib. Biz bu haqda artıq danışmışıq və daha geniş tərkibdə bu məsələləri müzakirə edəcəyik.
 
Əlbəttə ki, münasibətlərimizin vacib hissəsini humanitar sahədə əməkdaşlıq təşkil edir. Burada biz xalqlarımız arasında ənənəvi əlaqələrə istinad edirik. Bu əlaqələr bugünkü münasibətlər üçün yaxşı təməldir. Düşünürəm ki, qarşıdakı illərdə biz, həmçinin xalqlarımızın daim sıx təmasda olması məqsədilə ölkələrimizdə mütəmadi mədəni tədbirlər keçirmək üçün iş aparmalıyıq. Münasibətlərimizin gündəliyi çox genişdir. Biz mütəmadi görüşürük, səfərlər, beynəlxalq xarakterli tədbirlər çərçivəsində vacib məsələləri müzakirə edirik. Şadıq ki, bu gün dostluq münasibətləri uğurla inkişaf edir. Mən bir daha Sizi səmimi qəlbdən salamlayıram və Azərbaycanda vaxtınızı yaxşı keçirməyi arzulayıram", - Azərbaycan Prezidenti vurğulayıb. 
20 Oktyabr 2018 Şoyqu: Suriyada İŞİD tamamilə məhv edilib
20 Oktyabr 2018 Azərbaycan prezidentinin Türkiyəyə səfəri başa çatdı
19 Oktyabr 2018 İlham Əliyev Türkiyəyə gedib
19 Oktyabr 2018 Nizami rayonunda Müstəqillik Günü ilə bağlı tədbir keçirib - FOTO
18 Oktyabr 2018 Prezident Türkmənistanın vitse-premyerini qəbul etdi
17 Oktyabr 2018 Xarici İşlər Nazirliyindən Rusiya XİN-nin şərhinə reaksiya
17 Oktyabr 2018 Energetika naziri Çində səfərdədir
17 Oktyabr 2018 Prezidentdən sərəncam - Məmmədov başçı təyin edildi
16 Oktyabr 2018 Paşinyanın istefası təxirə salındı
16 Oktyabr 2018 Bu yol yenidən qurulacaq - İlham Əliyevdən sərəncam
15 Oktyabr 2018 İlham Əliyev Lənkəranda - FOTOLAR
15 Oktyabr 2018 Paşinyandan Putinə daha bir zərbə: Hiyləgər plan işə salınıb - FOTO
15 Oktyabr 2018 Səudiyyə və ABŞ arasında "Qaşıqçı" qalmaqalı böyüyür - Sərt cavab
13 Oktyabr 2018 Azad edilmiş keşiş Trampla görüşəcək
13 Oktyabr 2018 ABŞ-da Fətullah Gülənin fəaliyyəti araşdırılır
12 Oktyabr 2018 Türkiyə amerikalı rahibi azad etdi
12 Oktyabr 2018 Milli Məclisdə Rusiya Dövlət Dumasına müraciət hazırlanıb
12 Oktyabr 2018 Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürülüb
11 Oktyabr 2018 Paşinyan istefasının tarixini bəyan etdi
11 Oktyabr 2018 Fransa prezidenti Ermənistana getdi