b_550_325_16777215_00_images_xeber_sekilleri_08avgust2018_dmitry_medvedev_and_vladimir_putin-1.jpg

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları gücləndirməsi iqtisadi müharibə elanı deməkdir.

Missiya.Az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın baş naziri Dmitri Medvedev bildirir.

Medvedevin sözlərinə görə, bu müharibəyə reaksiya vermək lazımdır.

“Cavab iqtisadi, siyasi və ehtiyac olduğu halda başqa metodlarla olacaq. Və bizim amerikalı dostlarımız bunu anlamalıdır", - Rusiyanın Nazirlər Kabinetinin başçısı vurğulayıb.

O qeyd edib ki, sanksiyalar hər halda ölkə iqtisadiyyatına təsir edir:

“Bunda yaxşı heç nə yoxdur, çünki hər cür məhdudiyyətlər nəticədə iqtisadiyyatın əhvalına və valyutanın kursuna təsir edir”.

Baş nazir xatırladıb ki, Moskva barəsində sanksiyalar daha əvvəllər də dəfələrlə tətbiq edilirdi.

“Son 100 ildə ölkəmiz daimi sanksiyalarla üzləşib. Bunlar nə üçün hazırlanır? Rusiyanı beynəlxalq sahədə güclü rəqiblər arasından təmizləmək üçün”, - baş nazir söyləyib.

O qeyd edib ki, Rusiya XX əsrin başlanğıcında yaxşı inkişaf edirdi və sovet dövrünün bütün çətinliklərinə baxmayaraq, sürətli inkişaf var idi.

“Bu, çoxların, ilk növbədə, ABŞ və onun müttəfiqlərinin xoşuna gəlmirdi. Və indi də heç nə dəyişməyib”, - Medvedev deyib.

Qeyd edək ki, Dövlət Departamentindən verilən məlumata görə, Sergey Skripal işi ilə bağlı məhdudlaşdırıcı ölçülərin ilk paketinin avqustun 22-də tətbiqi təxmin edilir.

Moskva kimyəvi silahı bundan sonra tətbiq etməyəcəyi barədə inandırıcı zəmanətlər verməsə, ABŞ hakimiyyəti 3 ay sonra - 2018-ci ilin payızında Sergey Skripal işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketini qəbul etmək niyyətindədir.

Sanksiyaların ikinci paketi diplomatik münasibətlərin əhəmiyyətli ixtisarını, “Aeroflot” dövlət aviaşirkətinin ABŞ-a uçuşlarının dayandırılmasını, həmçinin ixrac və idxala demək olar ki, tam məhdudiyyətin tətbiqini özünə daxil edə bilər.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.

20 Oktyabr 2018 Şoyqu: Suriyada İŞİD tamamilə məhv edilib
20 Oktyabr 2018 Azərbaycan prezidentinin Türkiyəyə səfəri başa çatdı
19 Oktyabr 2018 İlham Əliyev Türkiyəyə gedib
19 Oktyabr 2018 Nizami rayonunda Müstəqillik Günü ilə bağlı tədbir keçirib - FOTO
18 Oktyabr 2018 Prezident Türkmənistanın vitse-premyerini qəbul etdi
17 Oktyabr 2018 Xarici İşlər Nazirliyindən Rusiya XİN-nin şərhinə reaksiya
17 Oktyabr 2018 Energetika naziri Çində səfərdədir
17 Oktyabr 2018 Prezidentdən sərəncam - Məmmədov başçı təyin edildi
16 Oktyabr 2018 Paşinyanın istefası təxirə salındı
16 Oktyabr 2018 Bu yol yenidən qurulacaq - İlham Əliyevdən sərəncam
15 Oktyabr 2018 İlham Əliyev Lənkəranda - FOTOLAR
15 Oktyabr 2018 Paşinyandan Putinə daha bir zərbə: Hiyləgər plan işə salınıb - FOTO
15 Oktyabr 2018 Səudiyyə və ABŞ arasında "Qaşıqçı" qalmaqalı böyüyür - Sərt cavab
13 Oktyabr 2018 Azad edilmiş keşiş Trampla görüşəcək
13 Oktyabr 2018 ABŞ-da Fətullah Gülənin fəaliyyəti araşdırılır
12 Oktyabr 2018 Türkiyə amerikalı rahibi azad etdi
12 Oktyabr 2018 Milli Məclisdə Rusiya Dövlət Dumasına müraciət hazırlanıb
12 Oktyabr 2018 Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürülüb
11 Oktyabr 2018 Paşinyan istefasının tarixini bəyan etdi
11 Oktyabr 2018 Fransa prezidenti Ermənistana getdi