b_550_325_16777215_00_images_xeber_sekilleri_21may2018_pasport.jpg

“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.

Reytinqdə 75-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 66 ölkəyə səyahət etməyə imkan verir.

Azərbaycanla eyni yerdə Qambiya, Tanzaniya, Dominikan Respublikası və Çin qərarlaşıb.

Missiya.Az xəbər verir ki, oxu.az Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələri araşdırıb. 

Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsip əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

1-ci qrupa daxil olan ölkələrə vətəndaşlıq passportu ilə getmək və qeyd olunan müddət qədər orda yaşamaq mümkündür.

- Belarus (90 gün), Gürcüstan (90), Qazaxıstan (90), Qırğızıstan (90), Moldova (90), Özbəkistan (90), Rusiya Federasiyası (90), Tacikistan (90), Ukrayna (90)

Bundan əlavə, hazırda aşağıda adı qeyd edilən ölkələr tərəfindən birtərəfli qaydada Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

- İran (15 gün), Türkiyə (1 ay).

2-ci qrup ölkələrə getmək üçün, əslində, viza tələb olunsa da, həmin ölkələrdə Azərbaycan vətəndaşlarına vizalar elə sərhəddə, avtomatik olaraq verilir. Ona görə də faktiki olaraq bu ölkələrə getmək üçün əvvəlcədən viza almaq lazım deyil.

- Banqladeş, Benin, Boliviya, Kamboca, Kapo-Verde, Komor adaları, Cibuti, Qatar, Qvineya-Bisau, Yamayka, İordaniya, Laos, Livan, Makao, Madaqaskar, Malavi, Maldiv adaları, Marşal adaları, Mavritaniya, Mavrikiy, Mozambik, Nepal, Nikaraqua, Palau, Ruanda, Samoa, Seyşel adaları, Somali, Şərqi Timor, Toqo, Tuvalu, Uqanda, Zimbabve.

3-cü qrup ölkələrə yalnız diplomatik və ya xidməti pasportlar vasitəsilə vizasız getmək olar.

Siyahı ilə buradan tanış ola bilərsiniz.

19 Sentyabr 2018 Rusiya XİN Ermənistanın Azərbaycana müharibə elan etməsi barədə
19 Sentyabr 2018 "Heydər Əliyev ciddi hərbi təlimlər keçir" - Ayaz Mütəllibovdan AÇIQLAMA
19 Sentyabr 2018 Paşinyan: "Ön xəttə vəziyyət gərgindir"
18 Sentyabr 2018 ATƏT-də erməni təxribatı: Azərbaycanlılar müdaxilə etdi, separatçı qovuldu - VİDEO
18 Sentyabr 2018 Qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - FOTO/VİDEO
18 Sentyabr 2018 Azərbaycan nümayəndə heyətindən ÜPİ-yə siyasi bəyanat - Ermənistanla bağlı
17 Sentyabr 2018 "Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib" - Müdafiə Nazirliyi
17 Sentyabr 2018 Müdafiə Nazirliyi Paşinyana: Azərbaycan ordusu heç bir itki verməyib
17 Sentyabr 2018 Fələstin səfiri ABŞ-dan qovuldu
15 Sentyabr 2018 Ərdoğan Paşinyana zəng etdi – VİDEO
15 Sentyabr 2018 Ərdoğanın Azərbaycan səfəri başladı - FOTO
15 Sentyabr 2018 Türkiyə XİN Azərbaycan xalqını təbrik edib
15 Sentyabr 2018 TSQ xalqımızı belə təbrik etdi – Video
14 Sentyabr 2018 Tramp Paşinyanla görüşdən imtina edib
14 Sentyabr 2018 İlham Əliyev məktəb açılışında - FOTO
14 Sentyabr 2018 Rusiya prezidentinin Azərbaycana səfərinin detalları açıqlanıb
13 Sentyabr 2018 Avrasiya İttifaqının sənədlərində Qarabağ Ermənistan ərazisi kimi göstərilir - TƏXRİBAT
13 Sentyabr 2018 XİN Ermənistanın Azərbaycana müharibə elan etməsi haqqında bəyanat yaydı
13 Sentyabr 2018 "Rusiya sülhsevər dövlətdir" - Putin
13 Sentyabr 2018 İlham Əliyev İnam Kərimovu bu vəzifəsindən azad etdi - FƏRMAN