b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_uz-qarabg.jpg
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma DQR-in danışıqlar masasında tərəf kimi iştirakı haqda təklifi Bakının sərt reaksiyası ilə yanaşı, İrəvanda da narazılığa səbəb olub.

Missiya.Az
publika.az-a istinadən xəbər verir ki, Ermənistanın siyasətçiləri Paşinyanın ölkəni uçuruma apardığını hesab edirlər.

Keçmiş prezidentlər isə bir-birini ittiham etmək üçün Dağlıq Qarabağ məsələsində müəyyən detalları açıqlayaraq, Bakının diplomatik manevrlərlə İrəvanın yollarını necə kəsdiyini etiraf ediblər.

Əvvəlcə keçmiş baş nazir Serj Sarkisyan Paşinyanın təklifinə reaksiya verdi. O, bilavasitə danışmasa da, keçmiş müdafiə naziri Viqen Sarkisyanın dili ilə münasibətini açıqladı.

V. Sarkisyan bildirdi ki, Paşinyanın bu mövqeyi anlaşılmazdır: “Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin zaminidir, danışıqlarda tərəfdaşdır, lakin münaqişə tərəfi deyil. Rəsmi İrəvan bu mövqeni müdafiə edir, Bakı isə onun əleyhinə çıxır. Yeni baş nazir bu açıqlaması ilə Bakının mövqeyini təsdiq edir, yəni Ermənistanın münaqişə tərəfi olduğu faktını təsdiqləyir”.

V. Sarkisyan Paşinyanın danışıqların detallarından xəbərsiz olduğunu vurğulayıb.

Ermənistanın birinci prezidenti, Dağlıq Qarabağ münaqişəsinin həllinə razılaşdığı üçün 1998-ci ildə “Qarabağ klanı” tərəfindən devrilən Levon Ter-Petrosyan isə Viqen Sarkisyanın özünün də danışıqların detallarından xəbərsiz olduğunu açıqlayıb.

O qeyd edib ki, Azərbaycan Ermənistanın işğalçı təcavüzkar kimi tanınmasına təkid edib: “BMT-nin məlum 4 qətnaməsi ilə bu təsdiqini tapır. Həmin qətnamələrə görə, Qarabağ ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ermənistan diplomatiyası Dağlıq Qarabağın münaqişə tərəfi kimi tanınmasına nail olmağa yaxın olsa da, Robert Koçaryanın cinayətə bərabər səhlənkarlığı ucbatından bu, baş tutmadı”.

R. Koçaryan isə öz növbəsində Ter-Petrosyanı yalan danışmaqda ittiham edib.

“Dağlıq Qarabağın münaqişə tərəfi kimi qəbul edilməsi məsələsi mənim prezidentliyimdən əvvəl baş verib. 1990-cı ildən etibarən danışıqlar Ermənistan və Azərbaycan prezidentləri arasında olub. Levon Ter-Petrosyan Ayaz Mütəllibovla, Əbülfəz Elçibəylə, daha sonra Heydər Əliyevlə danışıqlar aparıb. Bununla yanaşı, iki ölkə prezidentinin nümayəndələri – Vəfa Quluzadə və Liparityan arasında (1995-96-cı illərdə 11 görüş olub) mütəmadi danışıqlar olub. Qarabağ danışıqlarda tərəf kimi iştirak etməyib”, - deyə o bildirib.
19 Dekabr 2018 ABŞ Türkiyə ilə razılığa gəldi - RƏSMİ AÇIQLAMA
18 Dekabr 2018 Mübariz İbrahimovu təhqir etmək planlı şəkildə olub: Nərminlə bağlı heyrətamiz iddialar
18 Dekabr 2018 Siyavuş Novruzovdan deputatlara çağırış: “Hər kəs mövqeyini bildirsin, hamımızı təhqir edirlər”
18 Dekabr 2018 “Xalqımız onun cavabını verdi” - Spiker Mübariz İbrahimovu təhqir edən xanmdan danışdı
17 Dekabr 2018 Prezident icra başçısı təyin etdi
17 Dekabr 2018 “Paşinyana dedim ki, niyə susmusan, Putindən qorxursan?” - Lukaşenko + VİDEO
17 Dekabr 2018 Nazir müavini: “Ordumuz böyük bir əraziyə nəzarəti ələ alıb”
17 Dekabr 2018 Diaspor Komitəsi Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirib
15 Dekabr 2018 Prezident müdafiə sənayesi işçilərini təltif etdi - Siyahı
14 Dekabr 2018 Leyla Əliyeva rusiyalı qadınların məktublarına cavab verib
14 Dekabr 2018 Prezident onlara general rütbəsi verdi - SİYAHI
14 Dekabr 2018 Lavrov İlham Əliyevlə görüş barəsində
14 Dekabr 2018 Spiker: Sənədlərdə qoşunların Azərbaycandan çıxarılması tələb edilir
14 Dekabr 2018 Çavuşoğlu İlham Əliyevlə danışıqlarda
14 Dekabr 2018 Əli Kərimlinin şikayəti təmin edilmədi
14 Dekabr 2018 Zaxarova Putinin Paşinyanı təbrik etməməsinə belə cavab verdi: " Bu bir kişiyə səni sevib-sevmədiyini..."
14 Dekabr 2018 İcra başçısı köhnə müavini işdən azad etdi, yenisnini gətirdi - TƏYİNAT
13 Dekabr 2018 İlham Əliyev: "Qarabağ münaqişəsinin həlli üçün əlverişli vəziyyət yaranıb”
13 Dekabr 2018 Sammitdə Qarabağ müzakirə olunacaq
13 Dekabr 2018 Putin bu qıza görə təcili iclas keçirib: Onu niyə tutublar? - VİDEO