elim.jpg

“Bu prezident seçkiləri demokratikliyi və təkmilliyi baxımından indiyədək ölkədə keçirilmiş ən yaxşı seçkidir”.

Missiya.Az
xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Televiziyasına müsahibəsində belə deyib.

Dövlət rəsmisi bildirib ki, müşahidəçi rəylərinin mütləq əksəriyyəti reallığı əks etdirir. Yalnız bir təşkilatın qərəzli rəyi heç nəyi dəyişmir.

Əli Həsənov deyib ki, Azərbaycandakı prezident seçkiləri bütün dünya ictimaiyyətinin gözü önündə demokratik və şəffaf şəkildə keçirilib və ən əsası Azərbaycan xalqının iradəsini əks etdirir.

Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirib ki, bunu həm seçki öncəsi beynəlxalq və yerli qurumların apardığı sorğuların nəticələri, həm də seçkidən sonra Azərbaycan xalqının yüksək əhval-ruhiyyəsi sübut edir. Seçkiləri müşahidə edən çoxsaylı müşahidəçilərin və media nümayəndələrinin rəyləri də bu yönümdədir.

Əli Həsənov vurğulayıb ki, yalnız bir təşkilatın mənfi rəydə olması, əslində həmin qurumun niyyətindən xəbər verir və bu, Azərbaycan dövləti üçün ciddi əhəmiyyət kəsb etmir.

Dövlət rəsmisi bildirib ki, həmin təşkilatda fəaliyyət göstərən ekspertin hazırlanan rəyin reallığı əks etdirməməsini bəyan etməsi də hesabatın qərəzli olduğunun sübutdur. Bu, bir daha göstərir ki, onların məqsədi heç də seçkini müşahidə edib, ona obyektiv münasibət bildirmək olmayıb.

Ə.Həsənov bildirib ki, seçkilərin yüksək səviyyyədə, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün həm Mərkəzi Seçki Komissiyası, həm də qanuni öhdəliyi olan dövlət qurumları vəzifəsinin öhdəsindən layiqincə gəlib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

25 Aprel 2018 İlham Əliyev “Can Azərbaycan” mahnısı ilə qarşılandı - VİDEO
25 Aprel 2018 Mitinq, küçə yürüşləri və digər aksiyalara görə qadağaları pozanlara yeni cəzalar tətbiq olunur
24 Aprel 2018 Sarkisyanın anası onun istefası günü ölüb
24 Aprel 2018 BMT baş katibi Azərbaycan prezidentini təbrik edib
24 Aprel 2018 Ermənistan prezidenti ölkədəki etirazların səbəbini açıqladı
24 Aprel 2018 Rusiyanın Ermenistana müdaxiləsi gözlənilirmi? - Peskovun açıqlaması
23 Aprel 2018 Prezident Nazim İbrahimovu işdən çıxardı - Yerinə Fuad Muradov gətirildi
23 Aprel 2018 Sarkisyandan sonra NƏ OLACAQ? - "Bakı mesaj yollamalıdır ki..." - ŞƏRH
23 Aprel 2018 Serj Sarqsyanın istefa BƏYANATI- "Mən haqsız idim."
23 Aprel 2018 Serj Sarkisyan istefaya gedib - SON DƏQİQƏ
23 Aprel 2018 Hüseyn Bağırov kollektivlə vidalaşdı
23 Aprel 2018 Pakistan lideri Azərbaycan prezidentini təbrik edib
23 Aprel 2018 "Rusiya ilə münasibətləri isti saxlamalıyıq" - Alman nazir
21 Aprel 2018 Yeni kənd təsərrüfatı naziri kimdir? - Dosye
21 Aprel 2018 Yeni baş nazir ilk çıxışını etdi
21 Aprel 2018 Azərbaycanın yeni baş naziri kimdir? - DOSYE
21 Aprel 2018 Kim Çen İndən dünyanı sevindirəcək tarixi qərar - Dayandırıldı
20 Aprel 2018 İlham Əliyevdən “Qaçqınkom” sədri ilə bağlı sərəncam
20 Aprel 2018 Sarkisyan mitinqlərdən danışdı: Nə olacağını bilmirəm
20 Aprel 2018 Almaniya Prezidenti İlham Əliyevi təbrik etdi: "Tərəfdaşlığı davam etdirəcəyik"