b_550_325_16777215_00_images_xeber_sekilleri_08yanvar2018_405206699.jpg “Dünyada terrorla bağlı kriteriyalar hər hansı bir ölkənin subyektiv yanaşmaları ilə müəyyənləşmir. Orada konkret seçilmiş qaydalar var, əhalinin gəlirləri, müxtəlif təbəqələr arasındakı münasibətlər, dövlət-vətəndaş arasındakı əlaqələr, həmçinin dinlə bağlı münasibətlər, regiondakı risklər və.s amillər var. Ötən 10 illər ərzində ABŞ Azərbaycana xeyli miqdarda investisiya qoyub, Avropanın tanınmış transmilli şirkətləri bu bölgədə iş aparmağa çalışıblar. Hər zaman da vurğulanıb ki, Azərbaycan regionda sülh yaradan dövlətdir, təhlükəsizliyi təmin etməkdə aparıcı yer tutur”.

Missiya.Az xəbər verir ki, bunu “Report”a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc ABŞ-ın Azərbaycanı amerikalı turistlərin təhlükəsizliyi baxımından yuxarı risk olan ölkələr siyahısına daxil etməsinə münasibət bildirərkən deyib.


Z.Oruc bildirib ki, Cənubi Qafqaz regionunun geopolitikası məhz rəsmi Bakının fəaliyyəti hesabına dəyişib: “Belə olan təqdirdə, məsələyə bəsit, yəni turistlərin təhlükəsizliyi kontekstində yanaşırlar. Ötən illər ərzində Azərbaycanda bir dəfə də olsun, turistlərə təhlükə olmayıb, kimsə məqsədli olaraq hansısa əcnəbi vətəndaşı qətlə yetirməyib və yaxud ona hər hansı şəkildə önyarqılı münasibət göstərməyib. Bu bölgədə işğal reallığının hökm sürməsi terroru gücləndirən faktor kimi göstərilirsə, bu, əlahiddə olaraq Azərbaycanın siyasəti ilə əlaqədar məsələ deyil. Bu, təcavüz aktının nəticəsidir. Bunun Azərbaycan dövlətinin ayağına günah kimi yazılması qəbul edilməzdir”.

Komitə üzvü qeyd edib ki, Cənubi Qafqazda Ermənistan və Gürcüstanı təhlükəsizlik baxımından Azərbaycandan ön sıraya qoymaq absuddur: “Bu ölkələrdən biri, yəni Ermənistan Azərbaycana silahlı təcavüzü həyata keçirir, ölkədə də hərbi xunta rejimi hökm sürür. Bu, erməni vətəndaşlarının azadlıq və təhlükəsizliklərini təhdid edən amilə çevrilib. Gürcüstan isə hazırki vəziyyətdə sabitliyinin, dövlət kimi mövcudluğunda Azərbaycanı iqtisadi, trransmilli və.s layihələr baxımından xüsusi qeyd edir. Əgər ötən illər ərzində ABŞ terror təşkilatlarına qarşı mübarizə aparsaydı, xüsusi strateji məqsədləri güdməsəydi, Azərbaycanın da yerləşdiyi məkan daha da firavan və güvənli olardı. Azərbaycan indiyədək siyasətini reallaşdırarkən Ermənistan kimi terror təşkilatları yaradaraq onların üzərindən fəaliyyət aparmayıblar. Belə bir nümunə yoxdur. ABŞ narahatdırsa, problem olan mənbələri göstərsinlər, bizimlə bərabər həmin ünvanlara atəş açsınlar. Terroru stimullaşdıranları yaxşı tanıyırıq. Azərbaycanda xarici vətəndaşların hər biri əmin-amanlıq şəraitində yaşamaqdadır. Bu, beynəlxalq hesabatlarda da əksini tapıb. İndiyədək hər hansı əcnəbi təxribata məruz qalmayıb. Azərbaycanı təhlükəli ölkələrin sırasına qoymaq yanlışdır. Azərbaycan dövlətinin rəsmi orqanları bu məsələyə düzgün reaksiya veriblər”.

Deputat bu məsələdə ABŞ-ın Azərbaycandakı səfirini günahlanıdırıb: “Bu məsələdə ABŞ-ın Azərbaycandakı səfirliyinin də günahı olub. Çünki onlar bu işlərlə bağlı araşdırmaları, müxtəlif qurumların məxfi və açıq məlumatlarını ABŞ Dövlət Departamentinə göndərdikdən sonra belə rəylər formalaşıb. Hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ səfirliyi ilə bu məsələni araşdıracaq. İnanmaq istəyirəm ki, problem dialoq, danışıqlar səviyyəsində aydınlaşacaq, Azərbaycan arzuolunmaz yerdən çıxarılacaq, ölkəmiz layiqli olduğu yerə daxil ediləcək. Bu məsələlər siyasi əlaqələrə də mənfi təsir göstərir. Azərbaycana gələn ABŞ-ın rəsmi şəxsləri hər zaman ölkəmizin rolunu qeyd edirlər. İndiki situasiya isə o mövqelərə ziddir. Əgər Azərbaycan təhlükəli məkandırsa, hansı səfir və ya səfir personalı ziyan çəkib? Bir daha qeyd edirəm, bu məsələdə ABŞ-ın Azərbaycandakı səfirliyinin qeyri-peşəkarlığı var, hansısa nöqtələrdə məsələlərə diqqət etməyiblər”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Azərbaycan amerkalı turistlərin təhlükəsizliyi baxımından risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.

Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb:

1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir;

2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun;

3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin;

4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.
21 Avqust 2018 Ərdoğan ABŞ-a gedir
20 Avqust 2018 Markov: Ermənistanda növbəti hakimiyyət dəyişikliyi ola bilər
20 Avqust 2018 Sərhədçilərin birgə taktiki döyüş təlimi sona çatıb - FOTOLAR
20 Avqust 2018 Ermənistan polis qoşunlarını Azərbaycanla sərhədə yola salır
17 Avqust 2018 Türkiyədə dollar yenidən bahalaşmağa başladı
16 Avqust 2018 Jirinovski: Qarabağ bizim ümumi torpağımızdır
16 Avqust 2018 Putin, Ərdoğan və Ruhani Tehranda görüşəcək
16 Avqust 2018 Türkiyədən ABŞ-a növbəti zərbə
16 Avqust 2018 ABŞ vitse-prezidenti Türkiyəni təhdid etdi
16 Avqust 2018 Ankara və Moskva vizaları qismən ləğv edəcəklər
15 Avqust 2018 Ərdoğan Trampa qalib gəldi - Dollar sürətlə düşür
15 Avqust 2018 Türkiyə ABŞ-ın 20 faizinə 100 faizlə cavab verdi - Gömrük rüsumu artdı
15 Avqust 2018 Ermənilər Azərbaycanla geosiyasi qarşıdurmada məğlubiyyəti etiraf etdilər
15 Avqust 2018 Dövlət Departamenti: ABŞ-ın Türkiyənin iqtisadi problemlərində rolu yoxdur
14 Avqust 2018 Türkiyə Jandarm Qüvvələrinin baş komandanı Azərbaycanda - FOTO
14 Avqust 2018 Ərdoğandan ABŞ-a elektron əşya BOYKOTU
14 Avqust 2018 Xəzərlə bağlı danışıqlar Bakıda davam edəcək
14 Avqust 2018 İngiltərə ABŞ-ın çağırışlarına meydan oxudu: "Rahib azad edilsə..."
14 Avqust 2018 Ermənistanın müdafiə naziri Qarabağa gəlib
13 Avqust 2018 Rəsmi Bakı: Türkiyənin yanındayıq