b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_67897657.jpg

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanmasından sonra Rusiyanın ən zəngin insanları 29 mlrd. dollar varlanıb.

Missiya.Az
 xəbər verir ki, ABŞ-dakı prezident seçkilərindən sonra ən çox Gennadi Timçenko qazanc əldə edib.

Ştatların yeni prezidentinin adı açıqlandıqdan sonra milyarderin sahibi olduğu "Novatek" şirkətinin səhmləri 16% bahalaşıb. Hazırda G. Timçenkoya məxsus 23%-lik səhm paketinin dəyəri hazırda 1,8 mlrd. dollar təşkil edir. "Forbes" G. Timçenkonun sərvətini 15,1 mlrd. dollar həcmində dəyərləndirir.

Rusiyanın ən zəngin insanı olan Leonid Mixelson da "Novatek" şirkətinin səhmdarıdır. ABŞ-dakı seçkilərdən sonra bu şəxs 1,9 mlrd. dollar varlanıb. Hazırda onun sərvəti 18,2 mlrd. dollar təşkil edir.

"Polad maqnatları" olan Aleksey Mordaşov və Vladimir Lısin isə D. Tramp prezident seçildikdən sonra müvafiq olaraq 1,6 mlrd. və 1,4 mlrd. dollar varlanıb. Maraqlıdır ki, V. Lısinin sərvəti seçkilərdən sonrakı 3 gün ərzində 830 mln. dollar artıb.

D. Trampın qələbəsi "Lukoil" şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərovu 1,8 mlrd. dollar varlandırıb. Onun uğurları neft bazarındakı radikal dəyişikliklərlə, konkret olaraq OPEC üzvləri və kartelə üzv olmayan ölkələr arasında neft hasilatının azaldılmasına dair əldə olunan razılaşma ilə əlaqədardır. "Forbes" yazır ki, həmin dövrdən etibarən "Lukoil" şirkətinin səhmləri 8% bahalaşıb. Ümumilikdə, 2016-cı il ərzində "Lukoil"in səhmləri 59% bahalaşma nümayiş etdirib.

Qeyd edək ki, D. Trampın qələbəsindən sonra rusiyalı milyarderlərin sərvəti 29 mlrd. dollar artıb.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-dakı prezident seçkilərindən sonra amerikalı milyarderlər sərvətini 2,8% artırdığı halda, rusiyalı milyarderlər 7,1% varlana bilib.

APA
27 İyul 2017 Qonşusunun döydüyü qadın: "Maşından düşüb üstümə gəldi..." - VİDEO
27 İyul 2017 Şəmkirdə baş vermiş dəhşətli intiharın təfərrüatı - VİDEO
27 İyul 2017 Salyanda baş verən dəhşətli qəzanın görüntüləri - VİDEO
26 İyul 2017 Reyd zamanı gərgin anlar: "Ay qardaş, nazirliyə gedirəm..." - VİDEO
26 İyul 2017 Yetim Eyvaz müğənni oğlu barədə ŞOK AÇIQLAMA
25 İyul 2017 Mehriban Əliyevanın nəvəsi ilə yeni FOTOSU
25 İyul 2017 Bakıdan İrəvana qayıdan erməni qadın: "Məni fahişəlikdə günahlandırdılar"
25 İyul 2017 Növbəti doğuş terroru - “Şıxlinskaya”da
25 İyul 2017 Tünzalə Ağayeva hansı mükafatları pulla alıbmış? - ŞOK AÇIQLAMA
25 İyul 2017 Tanınmış aparıcının oğlunun şirkəti qarət olundu - Bakıda
25 İyul 2017 Avtomagistralda bir neçə dəqiqədə 3 qəza baş verib - VİDEO
25 İyul 2017 Olimpiadada azərbaycanlının erməniyə qarşı bu hərəkəti alqışlarla qarşılandı - VİDEO
24 İyul 2017 Əyalət kimi Avropa şəhəri və atasız qalan azərbaycanlı qız - Kişinyovdan reportaj
24 İyul 2017 Azərbaycanlı gənclərdən möhtəşəm ifa - VİDEO
24 İyul 2017 Məşhur aparıcı yeni verilişə başlayır - VİDEO
24 İyul 2017 Azərbaycanda qadın ərini öldürərək basdırdı - FOTO
22 İyul 2017 Bakıda imtahan keçirilən universitet binasında yanğın başlayıb
22 İyul 2017 Bilgəh çimərliyində faciə: 20 yaşlı oğlan öldü
22 İyul 2017 Naz neçə minə soyunacağından danışdı:"Sadəcə alt paltarlarını..." - VİDEO
22 İyul 2017 Bakıda maraqlı hadisə - Avtomobilin nömrəsinə “seks” yazıldı - FOTO