b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dfvfgfgh.jpg

Ermənistan ordusunun döyüş meydanında məğlub olması daxildə siyasi çəkişməni pik həddə çatdırıb.  Artıq baş nazir Nikol Paşinyana qarşı etiraz səsləri ucalamağa başlayıb. Ermənistan ordusunun biabırçı məğlubiyyətinə görə Paşinyanı günahlandıranlar sırasına ilk baş nazir və ikinci müdafiə naziri, “Milli Demokratik Birlik” partiyasının sədri Vazqen Manukyan da qoşulub.

O,  Ermənistan hökumətini istefaya çağırıb.

“Bu gün tariximizin biabırçı səhifələrindən birini yaşayırıq. Ermənilərin gələcəyi olan Ermənistan da təhlükə altındadır. Vəziyyəti dəyişdirmək, geri dönüş etmək mümkündürmü? Bəli! Ancaq mövcud hökumətlə yox. Bu hökumət istefaya getməlidir. Yeganə xilas budur. Əks təqdirdə hər şeyi itirə bilərik",-deyə Manukyan qeyd edib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fffghggh.jpg

Qeyd edək ki, Manukyandan əvvəl “Qarabağ klanı”nın üzvü, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da açıqlamasında Paşinyanın məğlubiyyətə əsas səbəbkar olduğuna eyham vurmuşdu.

Şarmazanov Paşinyan hökumətinə güclü ordu, etibarlı “Artsax Respublikası” təhvil verildiyini, ancaq indi məğlubiyyətlə üz-üzə olduqlarını bildirmişdi.

Həmçinin Ermənistanın və qondarma rejiminin keçmiş rəhbərləri baş nazir Nikol Paşinyanı idarəçilikdən uzaqlaşdırmaq üçün müxtəlif vasitələrə əl atmağa başlayıblar. Məsələn, onların əsas hədəfi ilk növbədə müharibənn idarəçiliyindən Paşinyanı uzaqlaşdırmaq və komandanlığı ələ keçirməkdir. Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və həmçinin Qarabağın keçmiş qondarma rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan baş nazir Nikol Paşinyana təklif ediblər ki, müharibə ilə bağlı bütün idarəçiliyi onlara versin və özü kənarda dursun. Paşinyan isə keçmiş prezidentlərin təklifini qəbul etməyib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_gfhgghggfgf.jpg

Proseslər göstərir ki, “Qarabağ klanı” Ermənistanın müharibədəki məğlubliyyətindən istifadə edərək Paşinyanı hakimiyyətdən göndərmək niyyətindədirlər. 

Erməni mətbuatı hakimiyyətin indi ciddi təlaş içində olduğunu vurğulayır. Ölkədə çevriliş təhlükəsi var. Faktiki olaraq bütün xalq Paşinyandan, onun komandasından izahatlar tələb edir.

Cəmiyyət hələ müharibənin bitməsini gözləyir. Xalq Müharibə bitən kimi Paşinyandan həm diplomatik, həm də hərb meydanında neçə və nə zaman məğlub olduqları barədə hesabat tələb edəcək. Cəbhədə artan itkilər xalqı Paşinyan iqtidarına qarşı daha qəzəbli edir. Ona qarşı artıq istefa tələbləri səslənməyə başlayır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_4108_d3f32pmsqd.jpg

Proseslər göstərir ki, Paşinyan devirilsə və Sarkisyan-Köçəryan cütlüyü hakimiyyətə gəlsə belə müharibənin gedişində heç bir dəyişiklik olmayacaq. Çünki Azərbaycanın əks-hücumu nəticəsində artıq Ermənistan ordusu dağıdılıb. Yeni hakimiyyətin qısa müddət ərazində ordu qurması isə mümkünsüzdür. Digər tərəfdən, Ermənistan ordusunun qurulma prosesinin əsas hissəsi Serj Sarkisyan və Robert Köçəryanın prezident olduqları dövrə təsadüf edir. Paşinyan isə iki ildir hakimiyyətə gəlib. Əgər “Qarabağ klanı”na rəhbərlik edən Sarkisyan-Köçəryan cütlüyü güclü ordu qura bilsəydi, indi Ermənistan ordusu belə biabırçı vəziyyətə düşməzdi. Əksinə, Paşinyana rəqib qüvvələr hakimiyyətə gələrsə, ölkədəki siyasi böhran daha da dərinləşəcək, ikihakimiyyətlilik formalaşacaq, baş naziri hakimiyyətə gətirən dairələr aktivləşəcək. Hakimiyyətə kimin gəlməsindən, ordunu kimin idarə etməsindən asılı olmayaraq, Ermənistan həm siyasi, həm də döyüş meydanında məhvə məhkumdur.


Missiya.Az


03 Dekabr 2020 Zəfər Gününün tarixi dəyişdirildi - RƏSMİ
03 Dekabr 2020 Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd tapdı – 76 yaşlı türk düşməni
03 Dekabr 2020 Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
03 Dekabr 2020 Laçın şəhərinin görüntüləri - VİDEO
03 Dekabr 2020 Ürəyindən yaralanmış qazimiz Elçindən sevindirici xəbər - FOTO
02 Dekabr 2020 Xəzər dənizində zəlzələ oldu
02 Dekabr 2020 Hulusi Akar: "Sonadək Azərbaycanın yanında olacağıq"
02 Dekabr 2020 Vladimir Putin Qarabağdan danışdı
02 Dekabr 2020 Hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək
01 Dekabr 2020 Azərbaycanda sərt karantin tətbirləri tətbiq olunmalıdırmi? – COVİD-19-un təhlükəli sürəti və qorxulu rəqəmlər
01 Dekabr 2020 Rusiya MN türk əsgərinin Qarabağdakı sülh missiyası haqda açıqlama verdi
01 Dekabr 2020 Erməni analar Paşinyana ümidini itirib, Putinə yalvarırlar: "Yalvarırıq, bizə kömək edin" - VİDEO
01 Dekabr 2020 Müharibə zamanı düşmənə satılanlar - Onları hamı tanımalıdır - VİDEO
01 Dekabr 2020 Ali Baş Komandanın xalqa müraciəti - TAM MƏTN
01 Dekabr 2020 Rusiya sülhməramlıları Laçında erməni bayrağını çıxardılar
30 Noyabr 2020 Azərbaycan Ordusu Laçın rayonuna daxil olub - RƏSMİ VİDEO
30 Noyabr 2020 Azərbaycan Müdafiə Nazirliyindən Türkiyəyə TƏŞƏKKÜR
30 Noyabr 2020 Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO
30 Noyabr 2020 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA
30 Noyabr 2020 İraq Parlamentinin Baş katibi Azərbaycan Prezidentinə məktub yazıb