b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_xx1.jpg

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində zəruri tədbirləri davam etdirir.

Missiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan yerli bürosuna verilən məlumata görə, iyunun 29-da Şəmkir rayon Xuluf kənd sakini Əkbər Qəribov Rayon Polis Şöbəsinə müraciət edərək, azyaşlı övladı üçün kiçik toy məclisi keçirmək istədiyini bildirib.

Həmin vaxt vətəndaşa Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilmiş karantin qaydalarına ciddi riayət olunması bir daha izah olunmaqla, bu cür hüquqazidd əməllər törətməməsi barədə ciddi xəbərdarlıq edilib.

Lakin buna baxmayaraq, Əkbər Qəribov yaşadığı Xuluf kəndindəki evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edib. Şəmkir RPŞ-nin əməkdaşları dərhal vətəndaşın evinə gələrək məclisin başlanmasını dayandırıb, oradakı iştirakçılar RPŞ-yə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 100 manat həddində cərimə edilib.

Məclisin təşkilatçısı, polisin qanuni tələbinə qəsdən tabe olmayan Əkbər Qəribov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə müvafiq protokol tərtib olunaraq, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_xx3.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_xx4.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_xx2.jpg


10 İyul 2020 Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır - RƏSMİ
10 İyul 2020 Real sektora qoyulan sərmayənin pandemiya dövründəki əhəmiyyəti
10 İyul 2020 İnternetin zəifliyi nə ilə əlaqədardır? - KATV1-dən AÇIQLAMA
10 İyul 2020 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
10 İyul 2020 Samir Şərifova yeni səlahiyyət verildi
09 İyul 2020 "Cavid Paşayevin sağalması istiqamətində bütün addımlar atılır" - Qənirə Paşayeva
09 İyul 2020 "Mehriban Əliyevanın çətin dövrdə həssas təbəqəyə göstərdiyi diqqət ona olan inamı daha da artırır" - Ramin Əhmədov
09 İyul 2020 Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
09 İyul 2020 Prezidentin göstərişi ilə Bakıya gələn mütəxəssislər Azərbaycandakı son vəziyyəti açıqladılar - VİDEO
08 İyul 2020 Bakıda ekspress avtobusların hərəkət qrafiki dəyişdiriləcək
08 İyul 2020 Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
08 İyul 2020 Azərbaycana çəyirtkə sürüsü hücum etdi - VİDEO
07 İyul 2020 Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır - AÇIQLAMA
07 İyul 2020 Ağdərənin işğalından 27 il ötür
07 İyul 2020 Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş - Baş infeksionist danışdı
07 İyul 2020 Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - Həkimdən açıqlama
06 İyul 2020 Prezident: “Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”
06 İyul 2020 Prezident “Fairmont”dakı hadisədən danışdı
06 İyul 2020 BDU-da virtual elmi seminar keçirilib - FOTO
06 İyul 2020 Prezident bu nazirliyə yeni səlahiyyət verdi