b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_sdsdsdsffdfdfdfd.jpg
ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrdə yayılan yalan və əsassız informasiyalarla mübarizə məqsədi ilə imzaladığı fərman dünya mediasında geniş müzakirələrə səbəb olub.

Prezident Tramp bu fərmanı ilə sosial şəbəkələrin taxirində yeni mərhələyə start verə bilər. Fərman sosial şəbəkələrə rəhbərlik edən texnoloji şirkətlərin məsuliyyətini artırmağa, onlara platformalarında yayılan bütün informasiyalara görə öhtəlik götürmələri ilə bağlı tələb qoyur. ABŞ prezidentinin imzaladığı fərmana görə, 1996-cı ildə ABŞ-da qəbul edilmiş "Kommunikasiya Müdafiə Aktı"nın 230-cu paraqrafının ləğvi ilə bağlı qərar ləğv olunur. Həmin Müdafiə Aktının 230-cu paraqrafında qeyd olunurdu ki, texnoloji şirkətlər öz sosial şəbəkələrində, platformalarında yayılan informasiyaların məzmununa görə məsuliyyət daşımırlar. İndi isə bütün sosial şəbəkələrdə yayılan dezinformasiyalara görə həmin platformalar məsuliyyət daşıyacaq və hər bir fərdin, dövlət qurumunun sosial şəbəkədə yayılan yalan informasiyaya görə “Facebook”, “İntagram”, "Twitter", “Youtobe” və digər bu kimi sosial media şirkətlərini məhkəməyə vermək hüququ olacaq. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_17dc-virus-trump2-mediumSquareAt3X.jpg

Donald Trampdan sitat: “Bu gün söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzaladım. “Twitter” kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. Ancaq bu, belə deyil. İcra olunan sərəncam kommunikasiya etikasına dair qanunun 230-cu hissəsinə əsaslanaraq yeni qaydaların yaradılması məqsədini daşıyır. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu, böyük bir qərardır”. ABŞ prezidenti hansı səbəbdən belə bir fərman imzaladığını açıq şəkildə izah edir və bildirir ki, sosial şəbəkələrin rəhbərlikləri öz məsuliyyətlərini dərk etməlidirlər: “Sosial şəbəkələr bu fərmandan əvvəl istədiklərini edə bilirdilər”. 

Əlbəttə, Trampın bu məsələ ilə bağlı ortaya qoyduğu mövqe alqışalayiqdir. Dünyada sosial şəbəkələrlə bağlı durum ABŞ prezidentinin verdiyi qərarın tam əsaslı olduğunu demyə əsas verir. Əminliklə deyə bilərik ki, sosial şəbəkələrlə bağlı hüquqi tənzimlənmələrin tətbiqinin vaxtı çoxdan çatmışdı. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_social-media-reach-750x500.jpg

Çünki sosial platformalar uzun illərdir ki, əsl mahiyyəti üzrə deyil, “siyasi alət” kimi istifadə olunur. 

Sosial medianı müxtəlif dövlətlərə qarşı “siyasi alət” kimi istifadə edən xaos qrupları bu platformalar vasitəsi ilə ölkələrin daxili işlərinə qarışır, insanlar arasında kin, nifrət, qeyri-etik davranış toxumları səpir. Həmçinin bu platformalar vasitəsi ilə terrora və etnik qarşıdurmalara çağırışlar edilir, ölkələrin yüksək rütbəli məmurları təhqir olunurlar, insanlar, siyasi qruplar vətəndaş müharibəsinə, hakimiyyətin zorla ələ keçirilməsinə təhrik edilirlər. 

Belə çirkin kampaniyalar mütəmadi olaraq Azərbaycana qarşı da həyata keçirilir. Ölkəmizin apardığı müstəqil siyasəti və iqtisadi inkişafı hədəfləyən siyasi qruplar xalqın hakimiyyətə olan inamını sarsıtmağa çalışırlar. Uzun illərdir aparılan bu kampaniyaya Azərbaycan xalqı öz layiqli cavabını versə də, belə ünsürlərə qarşı mübarizə hüquqi müstəvidə də aparılmalıdır. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_donald-trump-social-media.jpg

Cəmiyyətə təhqir aşılayan, söyüş və əxlaqsız ritorikaları gündəlik həyat tərzinə çevirən şəxslər sosial şəbəkələrdəki cəzasızlıq mühitindən sui-istifadə edirlər. Nifrət dolu fikirlərin meydan suladığı sosial şəbəkələrin rəhbərləri isə platformalarla bağlı beynəlxalq hüquqi konvensiyalar olmadığı üçün məsuliyyətdən asanlıqla yayına bilirlər. Sosial şəbəkələrin cəmiyyətə ciddi təsir gücünə malik olduğu bir zamanda belə bir qeyri-etik davranışlar və nifrət dolu paylaşımlara görə mütləq məsuliyyət müəyyən edilməli və hər bir platforma sahibi öz rəhbərlik etdiyi şəbəkəyə görə hüquqi məsuliyyət daşımalıdır.

Bu nöqteyi-nəzərdən ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı imzaladığı fərman bütün dünya ölkələri tərəfindən dəstəklənməlidir. Sosial şəbəkə istifadəçiləri və şəbəkə sahiblərinin məsuliyyəti beynəlxalq konvensiyalarla tənzimlənməlidir. Hər bir ölkə öz daxili qanunları ilə bu platformalar üzərində ciddi nəzarət tədbirləri görməli və bu tədbirlər beynəlxalq hüquqla tənzimlənməlidir.

Missiya.Az



07 İyul 2020 Ağdərənin işğalından 27 il ötür
07 İyul 2020 Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş - Baş infeksionist danışdı
07 İyul 2020 Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - Həkimdən açıqlama
06 İyul 2020 Prezident: “Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”
06 İyul 2020 Prezident “Fairmont”dakı hadisədən danışdı
06 İyul 2020 BDU-da virtual elmi seminar keçirilib - FOTO
06 İyul 2020 Prezident bu nazirliyə yeni səlahiyyət verdi
06 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
06 İyul 2020 AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxdu - FOTO
06 İyul 2020 Mirşahin Ağayev koronavirusa yoluxdu
06 İyul 2020 Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb - VİDEO
06 İyul 2020 Hovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi - VİDEO
05 İyul 2020 Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
04 İyul 2020 “Sobsan” boya fabrikində güclü yanğın - VİDEO
04 İyul 2020 Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT
04 İyul 2020 İş icazəsi ilə Qəbələyə istirahətə gedənlər cərimələndi - VİDEO
03 İyul 2020 Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
03 İyul 2020 Bakıda ekspress xətlərin fəaliyyəti bərpa olunur
03 İyul 2020 Azərbaycanda daha bir kanalın əməkdaşlarında koronavirus aşkarlandı
03 İyul 2020 DTX əməliyyat keçirdi - Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxsləri saxlanıldı