b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_FB_IMG_1518779638930.jpg

“Ümummilli Lider Heydər Əliyevin vəfatından 16 il keçir. Uzun illər keçməsinə baxmayaraq, xalqımız hər il 12 dekabr tarixini dərin hüznlə yad edir. Azərbaycan xalqı Ulu Öndərin dövlətimiz qarşısındakı xidmətlərini heç vaxt unutmayıb və bundan sonra da unutmayacaq. Xalqımız Heydər Əliyevi həmişə dahi lider, qayğıkeş insan kimi xatırlayır. Çünki Ulu Öndər Azərbaycan xalqının müstəqilliyinin bərpası və onun qorunub saxlanılması üçün misilsiz xidmətlərə imza atıb”. 
 
Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Ulu Öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı verdiyi açıqlamada deyib. 
 
YAP rəsmisinin sözlərinə görə, Azərbaycanı müstəqilliyimizin ilk illərində baş vermiş daxili çaxnaşmalardan, xarici təzyiqlərdən, düşmən işğalından Heydər Əliyevin siyasi iradəsi xilas edib: 
 
“90-cı illərin əvvəllərində Azərbaycanın başına gətirilmiş oyunlar heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Regional və qlobal güclər yenicə müstəqillik qazanan Respublikamızı təkləmişdilər. O vaxtkı hakimiyyət isə sərişdəsiz idi, nə daxili çaxnaşmanı, nə də xarici hədələri dəf edə bilirdi. Xalq çarəsiz vəziyyətdə qalmışdı. Çıxış yolları isə tükənirdi. Həmin vaxt xalqımızın sınanmış lideri Heydər Əliyevin siyasi fəaliyyətində qadağalar tətbiq edilsə də, insanlar israrla dahi liderin Bakıya dəvət olunmasını tələb etdi. Ulu Öndər xalqı qırğınlardan, vətəndaş qarşıdurmasından, daxildəki hərc-məclikdən xilas edəcəyinə söz verdi və sözünü tutdu. Heydər Əliyev ortaya siyasi iradə qoydu və əvvəlcə düşmən işğalının qarşısının alınması ilə bağlı addımlar atdı. Nəhayət, atəşkəsə nail oldu. Həmin müddət ərzində çökmüş ölkə iqtisadiyyatını canlandırmaq üçün maliyyə donorları tapdı və Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün müqavilələr imzaladı. Bu imzalar həm də Azərbaycandakı sabitliyə, təhlükləsizliyə və tərəqqiyə atılan imzalar idi”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111.jpg

Ramin Əhmədov Heydər Əliyevi Azərbaycançılıq idealarından heç bir qüvvənin çəkindirə bilmədiyini deyib: “Ulu Öndər Azərbaycandakı sabitliyə, inkişafa asanlıqla nail olmadı. Heydər Əliyev müharibəyə, beynəlxalq təhdidlərə, daxili çaxnaşmalara baxmayaraq, geri çəkilmədi. Onu ölümlə hədələdilər, amma Azərbaycan xalqı naminə daxili və xarici nadanlara layiqli cavab verdi. Xalqın xilaskarı missiyasını üzərinə götürən Heydər Əliyev, gərgin siyasi mübarizədən qalib çıxdı”. 
 
YAP rəsmisi müasir dövrdə Heydər Əliyev idealarının gənc nəsilə ötürülməsinin vacibliyini vurğulayıb: “90-cı illərdən xeyli müddət keçib. Yeni nəsil formalaşıb. Gənclərimiz müstəqilliyin ilk illərində xalqımızın başına gətirilmiş oyunları yalnız tarix kitablarından oxuyurlar. Müstəqillik tariximiz gənclərimizə daha dərindən öyrədilməlidir. Bu tədris prosesində Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiyi fədakarlıqlar geniş təbliğ olunmalıdır. Gənclərimiz bilməlidir ki, mütəqilliyimizin, inkişafımızın, tərəqqimizin yolunda canlarını sipər edən şəxsiyyətlər var.  Heydər Əliyev həmin şəxsiyyətlərdən birincisidir. Prezident İlham Əliyev də dəfələrlə müstəqillik illərinin əvvələrində baş vermiş hadisələrə, ölkəmizdəki sərişdəsiz idarəçiliyə diqqət çəkib. Heydər Əliyevin hansı çətinliklərlə ölkəmizdəki sabitliyi, təhlükəsizliyi və iqtisadi inkişafı təmin etməsindın danışıb”. 
 
b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_11111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111.jpg
 
R.Əhmədov qeyd edib ki, Heydər Əliyevin düşünülmüş siyasi və iqtisadi manevrləri ölkəmizin gələcək taleyini müəyyənləşdirib: “Ulu Öndər hakimiyyətə gəldikdən sonra Ermənistanla atəşkəs imzaladı və müharibəni durdurdu. Bu müqavilə Azərbaycanın yeni ordu qurması və güclənməsi üçün tarixi şans yaratdı. Qısa müddətdə böyük hədəflərə nail olundu. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Siyasi və hərbi uğurlarla yanaşı iqtisadi nailiyyətlərimiz günü gündən artır. Beynəlxalq şirkətlərlə imzalanan bərabərhüquqlu müqavilələr Azərbaycanın iqtisadi inkişafını təmin edən amillərdəndirlər. İndi tam əminliklə deyə bilərik ki, Azərbaycan Qafqazın ən güclü ordusuna və ən dayanıqlı iqtisadiyyatına sahibdir. Bütün bu uğurların təməlində sözsüz ki, Ulu Öndərin böyük təcrübəsi və möhkəm iradəsi dayanır. Allah Heydər Əliyevə rəhmət eləsin, qəbri nurla dolsun. Azərbaycan xalqı Ulu Öndərin misilsiz xidmətlərini heç vaxt unutmayacaq”.

Missiya.Az
22 Yanvar 2020 Səyyad Əlizadə tükürpədən hadisədən DANIŞDI: “O klipdən sonra övladım öldü” - VİDEO
21 Yanvar 2020 Baş Prokurorluq Nərminin qətli ilə bağlı daha bir sayta XƏBƏRDARLIQ ETDİ
20 Yanvar 2020 "Qoca"nın qardaşı həbs edilib - SON DƏQİQƏ
20 Yanvar 2020 Dünya çempionundan Ramin Əhmədova dəstək - FOTO
20 Yanvar 2020 20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar 2020 Ramin Əhmədov internet səsverməsində liderdir - FOTO
18 Yanvar 2020 Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə yazılan radar cəriməsi ləğv olunmalıdır
18 Yanvar 2020 Nərminin anası nə üçün ev istədiyini açıqladı
17 Yanvar 2020 MSK Zahir Əzəmətlə bağlı qərar verdi
17 Yanvar 2020 Metro istifadəçilərinə ŞAD XƏBƏR
17 Yanvar 2020 Mənim deputatlıq əqidəm – Ceyhun Musaoğlunun seçki platforması - VİDEO
17 Yanvar 2020 Azərbaycanlı aparıcı təcili əməliyyata götürüldü - Qarnından 5 kilodan çox... - VİDEO
16 Yanvar 2020 Nərminin atası Bakıda ev istəmələrindən DANIŞDI - Jurnalistlərin uydurmasıdır
16 Yanvar 2020 Sənədsiz evlərin sahiblərinə ŞAD XƏBƏR
15 Yanvar 2020 İran “Boeing”in vurulma anının görüntülərini yayan şəxsi həbs etdi - VİDEO
14 Yanvar 2020 Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
14 Yanvar 2020 Vilayət Eyvazov rüşvət alan polisi işdən çıxardı - VİDEO
13 Yanvar 2020 Tahir İmanov efirdə Nigar Camalı biabır etdi: “Keçmişini yaddan çıxarıb” - VİDEO
13 Yanvar 2020 Bütün icra başçıları Bakıya çağırıldı
13 Yanvar 2020 Azərbaycanda dəhşət: Ər-arvad dəm qazından boğulub öldü