b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_cbfhghgjghhj.jpg                                                                                                                                                                                                                                     Ceyhun Musaoğlu


Abşeron rayonu mənə doğmadır. 40 ildir bu yarımadada yaşayırm. Abşeronun uğuruna daha çox sevinir, çatışmazlığına daha çox kədərlənirəm. Yurdum Zəngilandır, ocağım Abşeron. Bu ocağın gur yanması öndə gedən arzularımdandır.

Əhali sayına görə Azərbaycanın ən böyük rayonu olan Abşeron coğrafi nəhəngliyini həm də yaşantılarında qorumağa çalışır. Adına layiq işlər görmək Abşeronun üzərinə götürdüyü mənəvi öhdəliyidir. Üzümü, badamı, zəfəranı, balığı ilə şöhrət qazanan yarımada müasir dövrdə  sakinlərinin təəssübkeşliyi ilə fərqlənir.

Əlbəttə, azərbaycanlı xislətində vətənə, dövlətə, yurda bağlılıq xüsusi çəkiyə malikdir. Təəssübkeşlik bütün bölgələrimizin insanlarının əsas xarakteridir. Sadəcə bu yazıda Abşerondan danışırıq, daha doğrusu abşeronludan, lap dəqiqi abşeronlu gənclərin ocaqlarına olan sevgilərindən.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_79088223_2742492162469751_5295565796884348928_n.jpg

Oktyabrın 4-də bu sevginin əhatəsinə düşmüşdüm. Rayon Mədəniyyət Evində ədəbi-bədii tədbir keçirilirdi. Dəvətliydim. Bir oturacağı belə boş qalmayan zala baxdım, əksəriyyəti müəllimlər, şagirdlər və tələbələr idi. Həvəsli olduqları simalarından oxunurdu. Qabaq cərgədə xüsus geyimli gənclər oturmuşdu. Onların gödəkcələrinin arxasında “Abşeron könüllüləri” yazılmışdı. Peşəm dinc oturmağa qoymur. Bir neçə gəncə yaxınlaşıb soruşuram: “Könüllü nə deməkdir?”. Gülümsəyərək, suala sualla cavab verirlər: “Məgər bilmirsiniz?”... Bir anlıq xəyala dalıram. Onlara necə deyim ki, biz gəncliyimizi yaşadığımız dövrdə könlündən keçənləri etmək yasaq idi, bizim könlümüzü sovet sisteminə təslim etmişdilər, yuxarılar deyirdi, aşağılar əməl edirdi. Cəmi bir dəfə könüllü olduq, o da müstəqilliyimizin payına düşdü, könlümüzü Vətəni qorumağa verdik.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_79385063_2882120641820786_6631873827980705792_n.jpg

Nə ağıılı gənclərdir, susmağımdan oxumuşdular. “Hə, müəllim sizin dövrünüzdə könüllülük bu qədər inkişaf etməmişdi. Könlünü istəyəni etmək müstəqil yaşayanların mükafatıdır” – gənclərdən biri dedi bu sözləri. Replikam da gecikmədi: “Könlünü istəyəni qanunlar və dəyərlər çərçivəsində etmək...”. Başqa bir gəncin reaksiyası: “Əlbəttə, heç müzakirə mövzusu deyil ki...”. Vəssalam da, belə ağıllı gənclərə hansı mövzudan danışsam, tutarlı cavab verəcəklər. Tədbirin başlamasına az qalıb, yaxşısı eləcə onlardan məlumat almaqdır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_79248212_2551506268419531_8677120675762143232_n.jpg

Gənclərdən öyrənirəm ki, onlar “Facebook” sosial şəbəkəsində Abşeron rayonunu “Milli Amal” qrupu vasitəsi ilə təmsil edirlər. Qrupun minlərlə üzvü var, əksəriyyəti gənc olsa da, yaş məhdudiyyəti yoxdur. Könüllülər virtual aləmdə ölkədə yaşanan uğurlu prosesləri, ölkə rəhbərliyinin həyata keçirdiyi islahatları, sakini olduqları rayonda görülən işləri təbliğ və təşviq edirlər. Onlar azaddırlar, təbii ki, qrupda yazılan fikirlər yalnız təbliğat xarakterli deyil, həlli vacib olan problemlərdən də söz açırlar. Sonradan öyrənirəm, daha doğrusu Abşeron rayon İcra baççısı İradə Gülmmədovanın təbrik nitqindən eşidirəm, başçı könüllülərin yazdıqlarını bircə-bircə şəxsən oxuyurmuş. Hətta onları adları, simaları ilə tanıyır.

Tədbiri giriş nitqi ilə açan İradə Gülmmədova çox maraqlı danışdı. 5 dekabr Beynəlxalq Könüllülər Günü çərçivəsində “Milli Amal”ın dekabrın 11-də tamam olacaq iki illik tarixinə də ekskursiya etdi. Necə yaranıblar, necə fəaliyyət göstərirlər, daha hansı işləri görmələri vacibdir mövzularında tövsiyə xarakterli çıxış sakinlərin bir neçə dəfə alqışına səbəb oldu.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_78871410_715891872153136_3174340694168829952_n.jpg

Abşeron könüllüləri virtual aləmdəki varlıqları ilə kifayətlənmirlər. Onlar real aləmdə də özlərinin mübarək missiyalarını davam etdirirlər. Başçı çıxışında könüllülərin uşaq baxçalarına, məktəblərə, universitetlərə, uşaq evlərinə, xəstəxanalara, hərbi hissələrə ziyarətlər təşkil etdiklərini, görüşlər keçirdiklərini, xüsusən bayram günlərində xeyli insanla təmaslar qurduqlarını, uşaqlara, ahıllara mənəvi yardımlar göstərdiklərini dedi: “Azərbaycan Prezidenti cənab İlham Əliyev, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda könüllülük institutunun baniləridir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə minlərlə könüllünün möhtəşəm şəkildə iştirakı xarici mətbuatın heyrətinə səbəb olmuşdu. Zaman-zaman xarici KİV orqanlarında bizim könüllülər barədə yazılar dərc olunub. Abşeron rayon könüllüləri ölkə könüllülərinin tərkib hissəsidir. Siz Azərbaycan üçün çox müqqədəs fəaliyyətlə məşğulsunuz. Hər birinizə ayrı ayrılıqda təşəkkür düşür. Mən sizə bu ürəyinizə, bu könlünüzə, bu enerjinizə, bu intellektinizə görə nə qədər minnətdarlıq etsəm də azdır”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_-------------------------------------------------------------------------------------------.jpg

Tədbirdə Abşeron könüllülərinin “Milli Amal” qrupundakı fəaliyyətlərinin müxtəlif aspektlərdən  statistikası da açıqlandı. Məhz “Facebook”un qeydə aldığı statistikaya əsasən fərqlənənlər başçı tərəfindən mükafatlandırıldı.

Mükafat alacaq şəxslər səhnəyə çıxmağa başlayanda, onların uzağı 10 nəfər olacağını zənn etdim. Yanılmışdım, onlarla könüllü fəallıqlarının qiymətini alırdılar. Onların arasında müxtəlif yaş kateqoriyasına aid onlar da vardı. “Könüllülük yaş tanımaz” – bu fikri də başçı səsləndirdi. İradə xanımın, müavini – rayonda könüllülük hərəkatının formalaşmasında böyük xidmətləri olan Fuad Cəbrayılova üzünü tutaraq, “könüllü xanımlarımız, könüllü bəylərimizdən daha çoxdur, deyəsən bu işdə bizə uduzursunuz” deməsi hər kəsdə xoş ovqat yaratdı.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_78659009_493519724594923_2753178911247433728_n.jpg

Bu, həm də sağlam rəqabət idi. Yqəin ki, Fuad müəllim bu fərqin azalması üçün daha səylə çalışacaq və könüllü bəylərin sayının artmasına nail olacaq. Qoy ilk addım məndən gəlsin, könüllü kişilərin sırasında bir nəfər də artdı. Onsuz qeyri-rəsmi könüllüyəm, Abşeronum üçün vəzifəmi rəsmiləşdirməyi xahş edirəm.

Tədbirin rəsmi hissəsinin ardından, dəyərli sənətkarların iştirakı ilə konsert proqramı keçirildi. “Rəsmi hissə” ifadəsinə aydınlıq gətirim. İcra başçısı İradə Gülmmədova çıxışı, münasibəti, ünsiyyəti ilə elə ortam yaratmışdı ki, hər kəs özünü Abşeronun bir parçası hesab edərək, səmimi abu-havanın içərisinə düşmüşdü.

Sonda başçı bütün könüllülərlə xatirə fotosu çəkdirdi. Mən fotoda olmadım. Bir könüllü kimi Abşeron üçün o könüllülərdən çox az iş görmüşəm. Eybi yox, qalsın növbəti dəfəyə. Hələ könüllülər sırasına yeni yazılıram, gələcəkdə o fotoya düşmə haqqı qazanacağıma söz verirəm.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_78202036_1021406951525745_4551893837374554112_n.jpg

 

 

28 Yanvar 2020 Çindəki azərbaycanlıların vəziyyəti necədir? - Səfir AzTV-yə eksklüziv açıqlama verdi
28 Yanvar 2020 Ceyhun Musaoğlu alternativ namizədlərini bir masa arxasına dəvət etdi
27 Yanvar 2020 Yol polisi sürücüləri "tələ"yə salır? - RƏSMİ AÇIQLAMA
27 Yanvar 2020 Belçika parlamentinin deputatı Şevket Temiz: "Ramin Əhmədovun təşviqat startegiyasi uğurludur"
27 Yanvar 2020 İsmayıllıdakı dəhşətli qəza ilə bağlı DYP-dən AÇIQLAMA
26 Yanvar 2020 Ceyhun Musaoğlu Mehdiabadda möhtəşəm görüş keçirdi - FOTO
25 Yanvar 2020 Bakının iki rayonunda çoxmənzilli binaların sakinlərinə ŞAD XƏBƏR
25 Yanvar 2020 Akademik yasamallıları Ramin Əhmədova səs verməyə çağırdı - VİDEO
25 Yanvar 2020 Türkiyədəki dəhşətli zəlzələdən - Yeni görüntülər - VİDEO
24 Yanvar 2020 Ramin Əhmədov: "Hər bir uğurumuzun, yüksəlişimizin arxasında Cənab Prezidentimiz dayanır"
24 Yanvar 2020 Tolik 6 ildir çalışdığı müğənnidən ayrıldı
24 Yanvar 2020 Ramin Əhmədovun maraqlı və fərqli seçki kampaniyası - FOTO
24 Yanvar 2020 Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib
24 Yanvar 2020 Bakı məktəbində qızları oğurladığı deyilən qadınla bağlı polisdən açıqlama - FOTO
23 Yanvar 2020 Bakının bu istiqamətlərində 11 yeni metrostansiya tikiləcək - RƏSMİ
23 Yanvar 2020 Ramin Əhmədov: “ İndi qol çirmələyib iş görmək vaxtıdır” - Yasamalda izdiham
22 Yanvar 2020 Səyyad Əlizadə tükürpədən hadisədən DANIŞDI: “O klipdən sonra övladım öldü” - VİDEO
22 Yanvar 2020 Güclü qar yağacaq, temperatur 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
22 Yanvar 2020 Kirayə mənzillərə sahib olmaq istəyənlərə PİS XƏBƏR
22 Yanvar 2020 Ramin Əhmədovun seçki kampaniyasının daha bir özəlliyi - Könüllülər ordusu - FOTO