b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75341086_2518158474949022_5473087360847577088_n.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) tərəfindən həyata keçirilən "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsi yekun mərhələsinə başlayıb.

Mərkəzdən Missiya.Az-a verilən məlumata görə, iyul-noyabr ayları ərzində 4 aylıq müddətdə icra olunması nəzərdə tutulmuş layihənin ilk mərhələsində tat, udi, şahdağlılar xalqı, ləzgi, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, etnik tərkibi, etimologiyası, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar hər həftənin şənbə günü "525-ci qəzet"də dərc olunub. Nəzərdə tutulan 10 məqalə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanıb. Növbəti mərhələdə həmin yazılardan ibarət kitabça hazırlanıb. Hazırda həmin kitabçalar KİV orqanlarına hədiyyə edilir.

Layihənin əməkdaşları ilk olaraq "Kaspi" qəzetində, Azadinform.az, Multikultural Azərbaycan, Sfera.az saytlarında qonaq olublar. Layihə rəhbəri, JEM sədri Ceyhun Musaoğlu redaksiya heyətinə layihənin mahiyyəti barədə məlumat verib və kitabçaları jurnalistlərə təqdim ediblər.

Digər redaksiyalarda da görüşlər keşiriləcək. 400 tirajla nəşr olunan "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" kitabşası jurnalistlərə hədiyyə olunacaq. C.Musaoğlu layihənin mahiyyəti barədə danışarkən bildirib ki, Azərbaycanda yaşayan azsaylı xalqlar barəsində indiyə qədər çoxsaylı materiallar dərc olunub, onların mədəni irsi haqqında məlumatlar müxtəlif mənbələrdə əksini tapıb: "Belə materialları kitabxanalarda və internet resurslarında tapmaq mümkündür. Həmin nəşrlərdə əksini tapan yazılar daha geniş məzmunludur. Oxucu vahid mənbəyə istinad etməklə hər hansı milli azlıq barəsində konkret, lakonik, eyni zamanda, həmin xalqın bütöv obrazını yarada biləcək yazı axtarır. Belə yazıların bir mənbədə toplanması zəminində aşkara çıxan problemin həlli, təbii ki, jurnalistlərin üzərinə düşür. Bunun üçün jurnalistlər onlara lazım olan faktların əlçatan olmasını arzulayırlar. Həmin faktların həm də sadə üslubda bir məlumat kitabçasında toplanmasına ehtiyac var idi". 

JEM sədri bu ehtiyacı düzgün qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlıq etdiklərini vurğulayıb: "Layihənin icrası zamanı SƏLİS XİDMƏTİN imkanlarından yüksək səviyyədə yararlandıq. Sistem mükəmməl hazırlanıb və layihənin icrası zamanı vaxt itkisi yaşanmır, görülən işlər sadə şəkildə donorun diqqətinə çatdırılır. Bunun üçün vaxt itirməyə, məsafə qət etməyə ehtiyac yoxdur. SƏLİS layihənin effektiv olmasına böyük təkan verdi".

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75604033_2518158244949045_7221033888045334528_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75392781_2518158604949009_3430321969076109312_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_74649836_2518158538282349_2185294907986411520_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_73341335_2518158191615717_7692842702710243328_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_73513619_2518158401615696_400168781642465280_n.jpg

 

 
14 Noyabr 2019 Siyasi mühacir kələfində “alman düyünü” - Jalə Mütəllimovanın yazısı
14 Noyabr 2019 Gəncənin klassika heyranlığının FƏXRİ zirvəsi - REPORTAJ (FOTOLAR)
14 Noyabr 2019 Prezident: Qarabağ Azərbaycanın tərkibində qalmalıdır
14 Noyabr 2019 "Söyüş müxalifəti"nin təmsilçisi Fransada həbs olundu - Deportasiya ediləcək
13 Noyabr 2019 Bakıda vətəndaşlara hücum edən yarıçılpaq kişi tutuldu - VİDEO
13 Noyabr 2019 Mirqafar Seyidova ağır itki
13 Noyabr 2019 Bakıda yarıçılpaq kişi insanlara hücum etdi - VİDEO
13 Noyabr 2019 Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir olunur - VİDEO
12 Noyabr 2019 Türkiyədə Bayraq günü ilə bağlı silsilə tədbirlər keçirilib
12 Noyabr 2019 Yasamal rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
12 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
11 Noyabr 2019 Prezident və xanımı ağacəkmə aksiyasında - FOTO
11 Noyabr 2019 Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq
11 Noyabr 2019 Rusiyada qəza: Azərbaycanlı qadınlar yaralandı
09 Noyabr 2019 İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – FOTO
09 Noyabr 2019 Bayraq insan - İradə Tuncay
09 Noyabr 2019 Dadaş Dadaşlinski kimdir? - Bütün suallara cavab verdi - VİDEO
08 Noyabr 2019 Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi
07 Noyabr 2019 Amaliya Pənahovanın abidəsi ucaldıldı - FOTO
07 Noyabr 2019 Fuad Muradov: Diaspor sahəsində 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb