fe9a89aee5bb134dcb3bfcf323a15ded.jpg

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı bütün hərəkət iştirakçılarına müraciət edib.

Missiya.Az xəbər verir ki, Bakı şəhəri və respublikanın digər ərazilərində hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilib.

Bildirilir ki, sürücülər nəqliyyat vasitələrinin hündür binaların yaxınlığında, balkonların altında saxlamasınlar: “Belə ki, binanın fasadından düşən parçalar nəqliyyat vasitələrinə, sürücü və sərnişinlərə xəsarət yetirə, əmlaka ziyan vura bilər. Həmçinin hündür və aşmağa meyilli ağacların ətrafında da avtomobili park etmək təhlükəlidir. Piyadalardan və sərnişinlərdən xahiş edirik ki, küçə və yollarda hərəkət edərkən son dərəcə diqqətli olsun, binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Bundan əlavə, qeyd etmək istəyirik ki, sürücülər hərəkətdə olan zaman hava şəraiti ilə bağlı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də yarana biləcək təhlükəli vəziyyətlərdə özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməli, yüklərin daşınması zamanı yükləri düzgün qablaşdırmalı, ötmə və manevr hərəkətləri edən zaman daha da diqqətli olmalıdırlar. Baş Dövlət Yol Polisi İdarəsi bu sadalananlara hər bir hərəkət iştirakçısına əməl etməyi tövsiyə edir!"

 
15 Avqust 2019 "Diaspor hərəkatı yeni istiqamətlər götürəcək" - Hikmət Cavadov
15 Avqust 2019 ARB-nin əməkdaşı iki övladını itirdi - FOTO
14 Avqust 2019 Cəlilabad dramı: Uzuntəpəli oliqarx və su başındakı “əjdaha” - Bir kənddə nə qədər narkotacir olar?
14 Avqust 2019 Elman Rüstəmov Mərkəzi Bank sədrləri arasında ikincilərdən olub
14 Avqust 2019 Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 pulsuz çimərlik yaradılıb - FOTO
14 Avqust 2019 Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
13 Avqust 2019 Azərbaycanda 18 yaşlı qız atasına görə özünü körpüdən belə atdı - VİDEO
13 Avqust 2019 “Qarabağ” üçün həlledici gün
13 Avqust 2019 Daha bir qərar: Bu şəxslərin də maaşları artırıldı
12 Avqust 2019 Nadiq Qafarzadə Həcc ziyarətinə gedənləri qınadı
12 Avqust 2019 Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO
11 Avqust 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
10 Avqust 2019 Türkiyədən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş edib
09 Avqust 2019 Klarnet ifaçımız tələbə adını qazanıb - FOTO
08 Avqust 2019 "Söyüş şəbəkəsi"nin üzvləri xalqın nifrətini qazanırlar" - Ramin Əhmədov
08 Avqust 2019 Sumqayıtda avtobus sürücüsü sükan arxasında öldü - VİDEO
07 Avqust 2019 DİN vacib məlumat yaydı - BAKIDA ƏMƏLİYYAT
07 Avqust 2019 Şəmkirli iş adamının “Hummer”ini və özünü yandırmasının - TƏFƏRRÜATI
06 Avqust 2019 Şahzadə Salman seksual aktirisa ilə eşq yaşayır - Təyyarəsinə mindirib... İDDİA - VİDEO
06 Avqust 2019 Bakıda sakinlər uçmaqda olan binadan çıxmırlar - Eldar Əzizov hadisə yerində - FOTO