222222222222222222222222222.jpg
“Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Azərbaycan Ordusu 1918-ci il iyunun 26-da yaradılıb. Həmin tarixdə ilk hərbi hissə - əlahiddə korpusun əsası qoyuldu. Bu qərarla müsəlman şərqində ilk demokratik hökumətə məxsus ordunun təməlləri atıldı. Daha sonra Orduya çağırışla bağlı qaydalar müəyyənləşdirildi və fərmanlar verildi. Qısa zaman ərzində Ordu quruculuğu sahəsində böyük uğurlar əldə olundu.

Amma təəssüfələr olsun ki, Sovet işğalına məruz qalan Azərbaycan Xalq Cumhuriyyəti süquta uğradı.

70 ildən çox işğal altında qalan Azərbaycan dövləti nəhayət 1991-ci ildə müstəqilliyini bərpa edə bildi. Həmin dövrdə ölkəmizdə yaşanan hərc-mərcilik Ordu quruculuğuna da mənfi təsir göstərirdi. Vahid komandanlığın olmaması, daxili çəkişmələr, qeyri-peşəkarların səlahiyyət əldə etməsi, Ermənistanın amansız hücumlarına məruz qalan Azərbaycanın geri çəkilməsinə və torpaqlarının işğal olunmasına gətirib çıxardı. Hərbi texnikası və şəxsi heyəti çatışmayan Ordumuz, bir tərəfdən də o zamankı hakimiyyət nümayəndələrinin xəyanətkar davranışları nəticəsində ağır məğlubiyyətlərə düçar oldu. Nəhayət 1993-cu il iyunun 15-də Naxçıvandan Bakıya dəvət olunan Ümummilli Lider Heydər Əliyev Azərbaycanda Ordunun yenidən qurulması ilə bağlı prinsipial addımlar atdı. Heydər Əliyevin möhkəm iradəsi nəticəsində qüdrətli Azərbaycan Ordusunun əsası qoyuldu, maddi-texniki bazası möhkəmləndirildi, şəxsi heyətin özünə güvəni artırıldı”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_111111143334354654656.jpg

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı özünün Facebook səhifəsində paylaşdığı yazıda qeyd edib.

Ordu quruculuğunun mürəkkəb proses olduğunu vurğulayan R.Əhmədov Azərbaycan Silahlı Qüvvələrinin hazırkı səviyyəsindən də söz açıb: “İdarəçilikdə naşı olan, şəxsi maraqları dövlətin və xalqın mənafeyindən üstün tutan o zamankı iqtidar yetkililəri ölkədə iqtisadi və siyasi gərginlik yaratmaqla bərabər, Silahlı Qüvvələrin qurulmasında da səriştəsizlik göstərdilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütün sahələrdə olduğu kimi Ordu quruculuğunda da yeni dönəmin əsası qoyuldu. Qısa müddət ərzində komplekləşdirmə işləri aparıldı, qanunsuz hərbi birləşmələr ləğv olundu, vahid komandanlıq altında idarəçilik mexanizmi formalaşdırıldı. Çətin mərhələlərdən keçən Azərbaycan dövləti Heydər Əliyevin səyləri nəticəsində Ordu quruculuğunda da böyük uğurlara imza atdı. Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycanın hərb tarixində böyük əhəmiyyətə malik olan Horadiz əməliyyatı baş tutdu. Bununla yanaşı, Horadiz qəsəbəsi, həmçinin Füzuli rayonunun Arazboyu 20 kəndi işğaldan azad edildi. Bütün bu uğurlarımızın kökündə Ulu Öndərin dəmir iradəsi, qətiyyəti və uzaqgörən siyasi manevrləri dayanırdı”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dgfhghgjh.JPG

Ramin Əhmədov Ali Baş Komandan İlham Əliyevin orduya xüsusi diqqət yönəltməsindən də bəhs edib: 

“2007-ci ildən etibarən Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini əhəmiyyətli dərəcədə üstələyir. Cənab Prezident hakimiyyətə gəldiyi ilk illərdən bəyan edib ki, Ordu quruculuğu onun üçün prioritetdir. İlham Əliyevin mütəmadi olaraq hərbi hissələrə, xüsusilə cəbhə xəttində yerləşən hərbi bazalara səfərlər etməsi əsgərlərimizin döyüş ruhunu artırır və onların əhval-ruhiyyəsinə müsbət təsir göstərir. Əsgər əmindir ki, Ali Baş Komandan onun yanındadır! Ölkə başçısı çıxışları zaman Azərbaycan Ordusunun dünyanın ən güclü Orduları sırasında olduğunu dilə gətirir. Azərbaycan Prezidenti Ordumuzun gücünə tam əmindir. Çünki Ordumuzun arsenalına ən yeni silah növləri, modern hərbi texnika nümunələri daxil edilir, hərbi hissələrimiz yenidən qurulur. Azərbaycan Cənubi Qafqazın ən güclü Ordusuna sahibdir. Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrinin yetəri qədər texnikası və əsgəri var. Düşmən havadarlarının silahlarına göz diksə də, Azərbaycan öz imkanları hesabına ən müasir hərbi texnikaları almaq gücündədir. Azərbaycan İsrail, Türkiyə, Rusiya, Belarus və Pakistandan milyardlara manatlıq silah alır. Ermənistanın isə yeni silahlar almağa nə maliyyəsi var, nə də siyasi nüfuzu”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_111111111111111111111111323434.JPG

Aprel döyüşlərində Azərbaycan Ordusunun böyük uğurlar əldə etdiyini qeyd edən Ramin Əhmədov vurğulayıb ki, Ermənistanın biabırçı məğlubiyyəti işğalçı rejimin uzun illər təbliğ etdiyi “ordumuz yenilməzdir” mifini darmadağın edib: “Azərbaycan Ordusu 6 gün ərzində keçirdiyi uğurlu əməliyyatla Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olundu. Ermənistan Ordusu hələ də bu əməliyyatın şokundan ayılmayıb. Silahlı Qüvvələrimizin vurduğu zərbə nəticəsində Ermənistan cəmiyyəti ordularının “məğlubedilməzlik” dastanının yalan olduğunu, hakimiyyətin onları uzun illər aldatdığını anladı. Nəticə isə göz qabağındadır. Xalq işğalçı Sarkisyan rejimini devirdi. Ermənistanda yaşanan siyasi proseslərdə Azərbaycan Prezidentinin və Ordumuzun böyük rolu var. Biz Prezidentimizlə və Ordumuzla fəxr edirik! Əminik ki, şanlı Ordumuz üçrəngli bayrağımızı Xankəndində, Şuşada dalğalandıracaq. Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağa Qələbə Paradı təşkil olunacaq. O gün çox uzaqda deyil!”

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_100-00-100.jpg

Missiya.Az

18 Oktyabr 2019 Mehriban Əliyeva xalqı təbrik etdi
18 Oktyabr 2019 14 il əvvəlki təxribat və növbəti cinayətə çağırış
17 Oktyabr 2019 "Əli Kərimli çaxnaşma görüntüsü yaradıb, müəyyən dairələrə mesaj ötürməyə çalışır" - Yeganə Hacıyeva
17 Oktyabr 2019 Vilayət Eyvazov generalı təqaüdə göndərdi -FOTO
17 Oktyabr 2019 “Prezidentin xəbərdarlıq etdiyi məmurlar özləri istefa verməlidir” - Siyavuş Novruzov
17 Oktyabr 2019 "Prezidentin çıxışı gələcək inkişaf hədəflərimizi göstərdi"- Ramin Əhmədov
17 Oktyabr 2019 "Maşın şou"da qalmaqal: "Əlini götür get..." - VİDEO
16 Oktyabr 2019 Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 2019 ‘Gənc, savadlı kadrları işə cəlb edin’ – Prezidentdən Baş Nazirə tapşırıq
16 Oktyabr 2019 Milli Şuranın mitinqinə icazə verildi - Bu ərazidə
16 Oktyabr 2019 Əli Kərimlinin canlı yayımında rüsvayçı başlıq – Mitinqə söyüşlü çağırış - FOTO
15 Oktyabr 2019 "İlham Əliyev verdiyi hər bir vədi yerinə yetirib" - Ramin Əhmədov
14 Oktyabr 2019 AzTV-də nələri gördük? - Nicat Dağlar yazır
14 Oktyabr 2019 Rəcəb Tayyib Ərdoğan Azərbaycandadır - Prezidentlə görüşdü - FOTO
14 Oktyabr 2019 Suriya əsgərləri Türkiyə ordusuna qarşı döyüşə gedir - Gözlənilməz manevr - VİDEO
12 Oktyabr 2019 DİN avtomobillərini satışa çıxarır - “BMW 320”, “Mercedes Benz E500”...
11 Oktyabr 2019 İlham Əliyev MDB Dövlət Başçılarının sammitində - FOTO
11 Oktyabr 2019 Fuad Qəhrəmanlı qızlarından imtina etdi - Həyat yoldaşını və qızını evdən qovdu
10 Oktyabr 2019 Noyabrda ardıcıl 3 gün iş olmayacaq
10 Oktyabr 2019 Paşinyan məşhur porno ulduzla bir arada: "Tez-tez gələcək"