b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_Hadise-yeznesini-gulleleyib-Hozu-Rauf.jpg
Bakının Sabunçu rayonunda silahlı insident olub. APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində törədilib.

İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu güllələnib. Belə ki, həmin şəxs mübahisə zamanı avtomobilindəki odlu silahı götürərək R.Məmmədova ağır xəsarətlər yetirib.

Verilən məlumata görə həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məmmədov Ramiz Hümbət oğlu xəstəxanada dünyasını dəyişib.

Bakının Sabunçu rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub. Məlumatına görə, Ramiz Məmmədov   öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla qətlə yetirilib.

Artıq Sabunçu rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi Bəşir Bünyadov küçəsindədir və ərazidə müayinələr aparılır. R.Məmmədovun güllələndiyi yerdən cinayətdə istifadə olunmuş odlu silahın gilizləri də aşkar edilib.

Onu da qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən R.Həsənov “Hozu” ləqəbi ilə tanınırmış.

Məlumata görə, R.Məmmədov Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.

Odlu silahla yeznəsi qətlə yetirən şəxs saxlanılıb.

“Hozu” ləqəbli Rauf Həsənov Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Prokurorluğuna təhvil verilib.

Cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.




15 İyul 2019 Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
15 İyul 2019 “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” - VİDEO
14 İyul 2019 Budağı qırılan Xan çinarın tarixi - Gövdəsi 7.3, hündürlüyü 34 metr...
12 İyul 2019 "Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda intibah mərhələsi başladı" - Ramin Əhmədov
12 İyul 2019 Masallıda baş verən dəhşətli qəzanın tükürpərdici məqamları - VİDEO
11 İyul 2019 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
11 İyul 2019 Prezident Rəsulzadənin nəvəsini təltif etdi
10 İyul 2019 Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı olub - VİDEO
10 İyul 2019 İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü
10 İyul 2019 “Pişik sıçanla oynayır və hər an udmağa hazırdır” - Saakaşvili
10 İyul 2019 Mərkəzi Gömrük Hospitalının əməkdaşları Türkiyədə təkmilləşdirmə kursu keçir
09 İyul 2019 Rusiyadan Gürcüstana qarşı sanksiya qərarı
09 İyul 2019 8 nəfərin öldüyü qəzadan sağ çıxan sürücü danışdı - VİDEO
09 İyul 2019 Vüqar Zifəroğlunun "Sirr"i
09 İyul 2019 Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində növbəti açılışı etdi - FOTO
08 İyul 2019 FHN çimərliklərlə bağlı ƏHALİYƏ MÜRACİƏT ETDİ - XƏBƏRDARLIQ
08 İyul 2019 Sürücü səhlənkarlığı: ara məsafəsi saxlamamağın aqibəti - VİDEO
08 İyul 2019 Gürcüstanın "Rustavi 2" televiziya kanalı müvəqqəti yayımı dayandırıb
05 İyul 2019 Ağsaqqallar Şurası ilə "Azərbaycan" qəzeti Heydər Əliyevə həsr olunmuş konfrans keçirib - Foto
04 İyul 2019 Nadir Qafarzadə və Elton Hüseynəliyev də səfir oldu