b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_01-10-10-01-10.jpg

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.

Missiya.Az Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_01-10-10-01.png

O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönələn yazılar yayımlaması razılaşdırılıb.

Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib.

Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

19 İyul 2019 Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr yaradılıb
19 İyul 2019 Bakıda inanılmaz hadisə: dənizdə boğulub "ölən" gənc ayıldı
19 İyul 2019 “FaceApp” haqqında yayılan iddialara cavab verdi
19 İyul 2019 Bakıda bu şəxslər 500 manat cərimələnəcək - Polisdən XƏBƏRDARLIQ
17 İyul 2019 Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
17 İyul 2019 Baş prokurorluq Elinanın ölümü ilə bağlı açıqlama yaydı
17 İyul 2019 Bakıda bu məktəblər söküləcək
16 İyul 2019 Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO
16 İyul 2019 Bakı metrosunda siqaret çəkən şəxs saxlanıldı - VİDEO
16 İyul 2019 Sabirabad bazarındakı dəhşətli yanğının təfərrüatı
15 İyul 2019 Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
15 İyul 2019 “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” - VİDEO
14 İyul 2019 Budağı qırılan Xan çinarın tarixi - Gövdəsi 7.3, hündürlüyü 34 metr...
12 İyul 2019 "Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda intibah mərhələsi başladı" - Ramin Əhmədov
12 İyul 2019 Masallıda baş verən dəhşətli qəzanın tükürpərdici məqamları - VİDEO
11 İyul 2019 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
11 İyul 2019 Prezident Rəsulzadənin nəvəsini təltif etdi
10 İyul 2019 Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı olub - VİDEO
10 İyul 2019 İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü
10 İyul 2019 “Pişik sıçanla oynayır və hər an udmağa hazırdır” - Saakaşvili