b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1558435677_untitled-1.jpg
"İçəridə müştəriyə məhsul satırdıq. Qəfildən bir də gördük ki, cənab Prezident içəri daxil oldu. Həyəcan bizi bürüdü. İnana bilmirdim ki, bizimlə üzbəüz dayanan Prezidentimizdir".
 
Bunu "Report"un çəkiliş qrupuna bu gün Prezident İlham Əliyevin Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirakı çərçivəsində həmsöhbət olduğu marketin satıcısı Hörüza İbrahimova deyib.
 
O bildirib ki, dövlət başçısının onunla səmimi söhbətində marketdə satılan məhsulların keyfiyyətindən danışıb: "Cənab Prezident içəri daxil olan kimi bizimlə salamlaşıb hal-əhvalımızı, işlərimizin necə getdiyini soruşdu. Biz də hər şeyin qaydasında olduğunu dedik. Bizimlə çox səmimi söhbət etdi. Bizdən məhsulların keyfiyyətini və satışda nə qədər yerli məhsulların olduğunu soruşdu. Biz də burada satılan məhsulların 90 faizinin yerli olduğunu dedik. Həyatda ən böyük arzum Prezidentimizlə söhbət etməyim idi, bu arzuma da çatdım. Təsəvvür edin ki, Prezident içəri daxil olanda mən müştərini yola salırdım. Həmin vaxt içəridə bir neçə müştəri var idi".
 
Digər satıcı Yuliya Quliyeva Prezidentlə söhbəti zamanı əldə etdiyi təəssüratları bölüşüb. Satıcının sözlərinə görə, ölkə başçısının qəfildən marketə daxil olması onun üçün gözlənilməz olub: "Biz hər zaman Prezident İlham Əliyevi televiziya vasitəsilə görürdük. Bu gün isə onunla canlı şəkildə həmsöhbət olduq. Bizdən satılan məhsullar haqqında bəzi məlumatları soruşdu. Biz də dedik. İnanın ki, cənab Prezidentin bizim mağazaya gələcəyini əvvəlcədən bilsəydik, hazırlıq görərdik. Hər şey yuxu kimi gəlir mənə".
 
Daha sonra qəsəbə sakinləri Prezidentlə görüşünün təəssüratlarını bölüşüblər. Onlar dövlət başçısına cansağlığı arzu ediblər.
14 İyun 2019 Gəncədə "Son zəng" - FOTOLAR
14 İyun 2019 Azərbaycanlı idmançı toyunda xanımı ilə “yumruqlaşdı”
14 İyun 2019 Yeznəsini güllələyən “Hozu Rauf” saxlanılıb – VİDEO
13 İyun 2019 Baş redaktor dövlətə xəyanətə görə həbs edildi - DTX-nın əməliyyatı - FOTO
12 İyun 2019 Elman Babayev vəzifəsindən azad edildi
12 İyun 2019 Azərbaycanda tanınmış şair HƏBS EDİLDİ - FOTO
12 İyun 2019 Qonşu ölkə 4 günlük iş həftəsinə keçir
12 İyun 2019 İlham Əliyev “Yanardağ” qoruğunun açılışında - FOTO
11 İyun 2019 Millimiz Bakıda rusvayçı hesabla uduzdu
11 İyun 2019 Metro üçün alınan yeni vaqonlar artıq Bakıdadır - FOTOLAR
11 İyun 2019 Bəxti gətirmiş xalq və ya 9 iyundan başlayan Qurtuluş GÜNÜ
11 İyun 2019 “Heydər Əliyev olmasaydı, dövlət mövcudluğunu itirəcəkdi” – Ramin Əhmədov
11 İyun 2019 Bakıda avtomobil magistral yolda belə “uçdu” – REAL VİDEO
10 İyun 2019 Aeroport yolunda yeddi maşın toqquşdu - VİDEO
10 İyun 2019 Qarabağ qazisindən prezidentə müraciət - FOTO
10 İyun 2019 Yol Polisi avtomobili saxladı - içərisindən çıxanlar hər kəsi heyrətləndirdi
10 İyun 2019 Nüsrət ilk dəfə sərvətini açıqladı - VİDEO
08 İyun 2019 Kriminal avtoritetin qətlinin təfərrüatı - Səbəb qatilin xanımı olub
08 İyun 2019 Məsut Özil evləndi, nikah şahidi Ərdoğan oldu - FOTO
08 İyun 2019 Avro-2020 həyəcanı: Azərbaycan Macarıstana qarşı