b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fdhgfhgjgjhjh.JPG

Prezident İlham Əliyevin Belçika səfəri  Azərbaycan-Avropa İttifaqı əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Dövlət başçımızın paytaxt Brüsseldə  istər Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə, istərsə də digər səviyyələrdə keçirdiyi görüşlər əsas və qırmızı xətlə keçən bir məqamla yadda qaldı: keçirilən görüşlər görüşlər hazırkı mərhələdə milli maraqlarımızın təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilməlidir.

Xüsusilə cənab Donald Tuskla görüşdə o, özü etiraf etdi ki,  ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır, Azərbaycanın regiondakı rolu əvəzedilməzdir. Elə Prezident İlham Əliyev də  Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin çox uğurla inkişaf etdiyini və ölkəmizin bu əlaqələrin genişlənməsinə böyük önəm verdiyini bildirib. Yeri gəlmişkən, dövlət başçımız D.Tuska Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə də məlumat verib.

Azərbaycan Prezidenti "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd edib. Dövlət başçısı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq bildirib ki, 25 ildən çoxdur, bu münaqişə davam edir. Və bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Prezident İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.

Göründüyü kimi, Prezident yenə də milli maraqlar çərəivəsində çıxış edərək, dünyanın siyasi mərkəzində qətiyyətini ortaya qoyub.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində , bu fikirlərin səsləndiyi anda Nikol Paşinyan başını soxmağa yer tapmırdı. Elə Brüsseldə çəkilmiş protokol fotosunda da  Azərbaycan liderinin ön sırada, Donald Tuskun yanında yer alması, Paşinyanın isə demək olar ki, görünməməsi Avropa İttifaqında kimin kim olduğunun əyani sübutudur. Bu bir daha sübut edir ki, Avropa İttifaqı Azərbaycan kimi etibarlı tərəfdar tapıb və onunla İttifaqdan məmnundur.

Brüssel səfəri zamanı o da məlum oldu ki, Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı və bir-birinin mənafelərin nəzərə almaqla inkişaf edən münasibətlər ciddi perspektivlərindən xəbər verir. Prezidentin  Brüssel səfəri həm də bununla yadda qaldı:  Avropa İttifaqında hamı bilməlidir ki, Azərbaycanın Bakının yürütdüyü xarici siyasət yalnız Azərbaycanın milli maraqlarının təminatına, ölkənin güclənməsinə və mövqelərinin möhkəmlənməsirnə xidmət edir və edəcək.

Səfər çərçivəsində dövlət başçısının keçirdiyi görüşlərdə ortaya qoyulan mövqe və səsləndirilən fikirlər bir daha sübut edib ki, Avropa İttifaqı da Azərbaycana vacib və əhəmiyyətli tərəfdaş kimi baxır, strateji əməkdaşlığa xüsusi önəm verir.

Prezidentin Brüssel səfəri, orada göstərdiyi mövqe, sammitdə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü məsələsini gündəmə gətirmək və mövqeyimizi qorumaq idi ki, bu da uğurla həyata keçirildi. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycanı etibarlı, məsuliyyətli tərəfdaşı kimi qiymətləndirməsi və ölkəmizin regional əhəmiyyətli ölkə kimi qiymətləndirməsi də gözlənilən idi. Çünki regionun lider dövləti statsunu Azərbaycan çoxdan haqq edib. Brüssel səfəri zamanı bir həqiqətə yenə də çılpaqlığı ilə aydınlış gəlindi; Avropa diplomatiyası, siyasəti Azərbaycanı etibarlı tərəfdaş kimi bir daha tanıdı və qiymətləndirdi. Bundan sonrakı əlaqələrdə bu görüşün çox əhəmiyyətli rolu olacaq.

Görəcəyik!

24 Avqust 2019 Təhsil nazirindən yeni - TƏYİNAT
23 Avqust 2019 “Rəşad Atakişiyevin əzalarının hər biri yerində idi” - Qabil Hüseynli
23 Avqust 2019 Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə
22 Avqust 2019 Sabah 42 dərəcə isti olacaq - PROQNOZ
22 Avqust 2019 Polisdən sakinləri qorxuya salan naməlum məxluqla bağlı AÇIQLAMA
22 Avqust 2019 Prezidentin mükafatlandırdığı ifaçı: "Bu, çox böyük diqqətdir"
21 Avqust 2019 “Attestatla bağlı polisə çağırılmışam” –Orxanın atası
21 Avqust 2019 "Arzumuz, xəyallarımız baş tutmadı" - Pilotun xanımı
21 Avqust 2019 55 yaşlı kitab adam
20 Avqust 2019 Nəsimi rayonunda dövlət əmlakı məhv olur – Baxımsız qalmış parkdan FOTOLAR
20 Avqust 2019 Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi
20 Avqust 2019 Rəşad Atakişiyevin nəşi tapıldı - AÇIQLAMA
19 Avqust 2019 MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı - FOTO
19 Avqust 2019 “Relax”da vergi işçilərini döyən deputat oğlu və 5 qohumu saxlanıldı - VİDEO
17 Avqust 2019 Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – Vüqar Bayramovla videomüsahibə
15 Avqust 2019 "Diaspor hərəkatı yeni istiqamətlər götürəcək" - Hikmət Cavadov
15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
15 Avqust 2019 ARB-nin əməkdaşı iki övladını itirdi - FOTO
14 Avqust 2019 Cəlilabad dramı: Uzuntəpəli oliqarx və su başındakı “əjdaha” - Bir kənddə nə qədər narkotacir olar?
14 Avqust 2019 Elman Rüstəmov Mərkəzi Bank sədrləri arasında ikincilərdən olub