b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_getImage.jpg
Ramin Əhmədov: "Orduxan ağalarının sifarişini yerinə yetirmək üçün şərəfsizliyin ən müxtəlif formalarını nümayiş etdirdi"

“Azərbaycana qarşı təşkil edilən "qara piar" kampaniyalarının sistemli qaydada xarici dairələrdən idarə olunduğu heç kəsdə şübhə doğurmur. Ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan qlobal tədbirlər, beynəlxalq idman və musiqi yarışları zamanı, eləcə də Prezident İlham Əliyev nüfuzlu tədbirlərdə iştirak edərkən Azərbaycana qarşı fəaliyyət göstərən qruplara vahid komanda verilir”.

Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müvini Ramin Əhmədov mayın 13-də 3-4 nəfər anti-milli ünsürün Brüsseldə aksiya keçirməyə cəhd göstərməsindən danışarkən deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən yubiley toplantısında iştirak edir.

R.Əhmədov hesab edir ki, İlham Əlievin uğurlarını, dünyanın siyasi arenasında böyük nüfuz sahibi olmasını, Azərbaycanın Avropa ölkələrilə ikitərəfli münasibətlərinin durmadan inkişaf etməsini həzm edə bilməyən düşmən mərkəzlərin cənab Prezidentin Brüsselə səfəri zamanı da könül bulandırmağa yönəlmiş addımlar ata biləcəkləri gözlənilən idi: “Bu baxımdan, əsas həşəratlardan biri kimi tanınan Orduxanın dünən Brüssel küçələrində nümayiş etdirdiyi tərbiyyəsizlik qətiyyən təəccüb doğurmamalıdır. Orduxanın düyməsinə basıb, komandanı belə vermişdilər və o da ağalarının sifarişini yerinə yetirmək üçün şərəfsliyin ən müxtəlif formalarını nümayiş etdirdi. Hamı gördü ki, bu gədə hakimiyyətə və Prezidentə deyil, bilavasitə dövlətə və xalqa qarşı düşmən münasibəti bəsləyir. Orduxan və onun kimi məxluqlar dövlətin simvollarına, milli dəyərlərinə sayğısızlıq edəcək qədər korlanıblar. Erməni lobbisi tərəfindən maliyyələşdirilən layihələrdə yer alan bu şərəfsizlər üçün artıq müqəddəs heç nə qalmayıb. Elə bir səviyyəyə eniblər ki, artıq milli dəyərlərimizlə ziddiyyət təşkil edən vasitələrə əl atırlar”.

YAP yetkilisi qeyd edib ki, Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir və ölkəmizin yalnız onun rəhbərliyi ilə daha böyük uğurlar əldə edəcəyinə inanır: “Xalq Orduxan kimi xəyanətkarların yerinin hara olduğunu yaxşı bilir. O və ətrafındakı 3-4 avaranın nə deməsindən, hansı iyrənc vasitəyə əl atmasından asılı olmayaraq, xalqı heç vaxt tutduğu düz yoldan çəkindirmək mümkün olmayacaq.

Elvin
Missiya.Az
21 May 2019 Göygöl rayonu Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib - FOTO
21 May 2019 İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"
21 May 2019 Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - SƏBƏB AÇIQLANDI
20 May 2019 Mahirdən soyadı ilə bağlı növbəti addım - FOTO
20 May 2019 Mehriban Əliyeva və Leyla Əliyeva ziyarətgahda - FOTOLAR
20 May 2019 Prezidentin Brüssel səfəri: Avropa İttifaqı Azərbaycanla ittifaqdan məmnundur – SƏBUHİ MƏMMƏDLİ YAZIR
20 May 2019 İŞİD 14 ölkəyə terrorçu göndərdi – Siyahıda Azərbaycan da varmı? - VİDEO
19 May 2019 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın”
19 May 2019 "Brüssel səfəri göstərdi ki, İlham Əliyev milli maraqları heç nəyə qurban vermir" - Ramin Əhmədov
18 May 2019 Prezidentin Brüssel səfəri – gücün diqtəsi və sarsılmaz milli mövqe
18 May 2019 Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? Təhlil və faktlar...
17 May 2019 Putin Rusiyanın əsas silahını açıqladı
17 May 2019 “Green Card” sistemi dəyişir - Rəsmi
17 May 2019 Bakıda sürücü keçiddə piyadaları belə vurdu - VİDEO
17 May 2019 ABŞ hərbi gəmiləri İran körfəzinə daxil oldu
16 May 2019 Prezident bu şəxsə “Şöhrət” ordeni verdi - FOTO
16 May 2019 Bakıda zibil maşınının avtobusa çırpıldığı qəzanın görüntüsü - VİDEO
16 May 2019 Dilarə və İslamdan qeyri-adi BACARIQ - VİDEO
15 May 2019 Prezident Bakı Ekspo Mərkəzində
15 May 2019 Gömrükçülərə rüşvət təklif etdi, kameraya düşdü - VİDEO