b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_gggggfffffff.jpg

Dünya azərbaycanlılarının birliyi bizim əsas hədəfimizdir. Cənab Prezidentimiz etimad göstərib məni Dövlət Komitəsinin rəhbəri təyin edərkən, çox ciddi tapşırıqları oldu. Bunlardan biri soydaşlarımızın birliyinin təmin edilməsi məsələsi idi.

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayında çıxışı zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.

F.Muradov bildirib ki, Ukraynada yaşayan soydaşlarımız dünya ölkələri üçün bir nümunədir, burada güclü diaspor mövcuddur. “Ukrayna hər zaman Azərbaycanın yanında olub. Ölkə hər zaman dünya xalqlarına qucaq açıb, Azərbaycanı sülhpərvər ölkə kimi tanıyıb. Bu istiqamətdə Ukraynada yaşayan soydaşlarımızın əməyi az olmayıb. İnanıram ki, bütün soydaşlarımız siyasi və sosial mövqeyindən asılı olmayaraq Ukrayna Azərbaycanlıları Radasını öz evi kimi qəbul edəcək”, - deyə komitə sədri qeyd edib.

F.Muradov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, xaricdə yaşayan soydaşlarımızın birliyi, onların yaşadıqları cəmiyyətə daha yaxından inteqrasiya etməsi, Azərbaycanla əlaqələrinin gücləndirilməsi və digər istiqamətlərdə bütün mümkün olanlar edilir və gələcəkdə də davam etdiriləcək.

“Burada bizim çox dəyərli, bacarıqlı, istər Azərbaycanda, istərsə də Ukrayna cəmiyyətində nüfuz sahibi olan soydaşlarımız yaşayır. Bu qurultayın əhəmiyyəti ondadır ki, belə soydaşlarımız birgə fəaliyyət göstərəcək və bu fəaliyyət daha səmərəli, daha uğurlu olacaq.

Təbii ki, məqsəd yalnız bir ölkədə olan həmvətənlərimizin birliyi deyil, dünyada yaşayan soydaşlarımızın birliyinə nail olmaqdır”, - F.Muradov belə deyib.

13 Dekabr 2019 İş adamları "Eurohome" rəhbərinin - TƏKLİFİNİ QƏBUL ETMƏDİLƏR
13 Dekabr 2019 “EuroHome”da malları yanan sahibkarlara ŞAD XƏBƏR
13 Dekabr 2019 Dünya mediası azərbaycanlı bəydən yazdı - İzləyicilər cütlüyü boşanmağa çağırdı - VİDEO
13 Dekabr 2019 Bakıda vətəndaşlara bıçaqla hücum edən yarıçılpaq şəxslərin adları bilindi
12 Dekabr 2019 Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
11 Dekabr 2019 "Heydər Əliyev olmasaydı Azərbaycanı məhv edəcəkdilər" - Ramin Əhmədov
11 Dekabr 2019 Bu yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI
11 Dekabr 2019 Azərbaycanlı həkimdən böyük uğur: 5,3 milyon avro mükafat alıb
10 Dekabr 2019 Ramin Əhmədov medalla təltif olundu - FOTO
10 Dekabr 2019 Nizami rayonunda Veteranlar Birliyinin 25 illik yubileyi qeyd olunub - FOTO
10 Dekabr 2019 Yanvarın 1-dən pensiyalar artırılacaq - ŞAD XƏBƏR!
10 Dekabr 2019 Bakıda ticarət mərkəzi yanır - VİDEO
09 Dekabr 2019 Naxçıvan Ali Məclisi buraxıldı - SƏRƏNCAM
09 Dekabr 2019 Prezident iki köməkçisinə əlavə vəzifə verdi - SƏRƏNCAM
09 Dekabr 2019 “Azərbaycanın Mehriban Siması” kitabı oxuculara təqdim olundu
09 Dekabr 2019 Fədayə Laçın 1 saatda qazandığı pulun məbləğini açıqladı - VİDEO
09 Dekabr 2019 Yağışlı havada Bakıda baş verən ağır qəzalar - ANBAAN VİDEO
07 Dekabr 2019 Ramin Əhmədov Fəxri Fərmanla təltif olundu - FOTO
07 Dekabr 2019 Aygün xanım üçün ən böyük sevinc o gün olacaq
06 Dekabr 2019 Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı QƏRAR