b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1552567144_collage.jpg
Müğənni Aysel Əlizadənin adı keçən qalmaqallı ailə münaqişəsi ilə bağlı iş məhkəmə instansiyalarında həll edilir. Lakin qərarlar icra olunmadığını iddia edən iş adamı Nəcəfov Elçin Oruc oğlunun keçmiş həyat yoldaşı Turanə Nəcəfovanın ailəsi müvafiq qurumlara müraciət edib.
 
Missiya.Az xəbər verir ki, E.Nəcəfovun arvadı Turanə Nəcəfovanın nənəsi Manya Nəcəfova "Qafqazinfo” ilə əlaqə saxlayaraq Ali Məhkəmənin qərarından 3 aydan artıq müddət keçsə də‚ icraçı məmurların yuxarı instansiyanın qərarına məhəl qoymadığını bildirib.
 
Azərbaycan SSRİ Ali Sovetinin keçmiş deputatı, Frunze kalxozunun sədri işləmiş M.Nəcəfova qeyd edib ki, 2 ildən çoxdur nəvəsi Turanə və kürəkəni Elçin ayrılıblar: "Bütün instansiya məhkəmələrində uşaqların qəyyumluğu anaya verilib, lakin atası Elçin 9 yaşlı Zeynəbi bizə verməyib. İndi çalışırlar ki, Zeynəbin 10 yaşı olana kimi prosesi uzatsınlar‚ sonra da uşağı öyrədib atasında saxlasınlar. Çünki biz 2 ildir Zeynəbi görmürük, onu öyrədirlər, qorxudurlar, amma biz bilmirik. Nəticəmin taleyindən narahatam. Lakin Nərimanov rayon məhkəmə icraçıları nəticəm Nəcəfova Zeynəbi atasından alıb anası Nəcəfova Turanə Mətləb qızına təqdim etmirlər, öz vəzifə borclarını yerinə yetirməkdən boyun qaçırırlar”.
 
Cütlük boşanma üçün 2 il əvvəl məhkəməyə müraciət etsə də, mülk məsələsinə görə proses uzanıb və hələ qərar verilməyib.
 
Məlumata görə, iş adamı Elçin Nəcəfov Bakıda maşın satışı ilə məşğuldur. E. Nəcəfov "Auto Gallery” avtomobil salonun və paytaxtın bir neçə yerində maşın salonlarının sahibdir. Onun biri Novxanı qəsəbəsində olmaqla 3 villasının olduğu bildirilir.
 
Qeyd edək ki, T. Nəcəfova dünən "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və ailəsini dağıtmaqda ittiham etmişdi.
21 Mart 2019 Türkmənistan blokada elan etdi - Tacikistan Azərbaycana üz tutdu
20 Mart 2019 Bakıda qonşuların davası qanla bitdi - VİDEO
20 Mart 2019 Novruz Məmmədovdan cəzaçəkmə müəssisələri ilə bağlı yeni qərar
19 Mart 2019 Nazarbayev istefa verdi - SON DƏQİQƏ
19 Mart 2019 Vicdan əzabına dözməyən türk 5 il sonra Bakıya gəlib təslim oldu - VİDEO
19 Mart 2019 KİVDF-nin 10 illik yubileyi qeyd edilib
18 Mart 2019 Kredit müqavilələrinə dair yeni qayda
18 Mart 2019 İlaxır çərşənbənin hava proqnozu - Güclü külək və leysan
18 Mart 2019 Əli İnsanov həbsdən model kimi çıxdı- Palto 3500 dollar...
17 Mart 2019 Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı azadlığa buraxılıb – FOTO
17 Mart 2019 "Yeni Zelandiyada məscidə hücum edən şəxs 2 dəfə Türkiyədə olub" - Ərdoğan
17 Mart 2019 Emin Milli əfvə görə Prezidentə təşəkkür etdi: Çox istəyərdim ki, Azərbaycana qayıdım
16 Mart 2019 Tanınmış məhbuslardan kimlər əfv olunub? - SİYAHİ
16 Mart 2019 Prezident Əli İnsanovu əfv etdi
16 Mart 2019 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
16 Mart 2019 Azərbaycandan Ermənistana keçən ruhi xəstədir - Rəsmi
16 Mart 2019 Azərbaycanda əhalinin sayı açıqlandı
15 Mart 2019 "Bu zavod ilk 5 il müddətində Azərbaycana 800 milyon dolları gəlir qazandıracaq" - Baş nazir
15 Mart 2019 Vidadi Zeynalov azadlığa buraxıldı
15 Mart 2019 Afət işdən qovulan tibb bacılarına sahib çıxdı: “Maaşlarından çox pul verəcəm”