b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_53873454_294231057915620_684454131548553216_n.jpg

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev övladlığa uşaq götürmək məqsədilə Ukraynanın Sosial Siyasət Nazirliyinə müraciət edib.

Özəl mənbədən Missiya.Az-a daxil olan məlumata görə, səfir A.Xudiyev övladığa götürülməyə dair Ukrayna qanunvericiliyin tələblərinə uyğun olaraq bir müddət öncə bütün prosedurlardan keçib və hazırda onun müraciəti baxılma mərhələsindədir. Hətta məlumatlara görə, Ukraynanın Sosial Siyasət Nazirliyi tərəfindən Azərbaycanın müvafiq qurumlarına A.Xudiyevlə bağlı sorğu da göndərilib.

Ukrayna Ailə Məcəlləsinin tələblərinə görə, övladlığa uşaq götürmək məqsədilə müraciət etmiş şəxs əvvəllər məhkumluq həyatı yaşamamalıdır. Ümumiyyətlə, müraciət etmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması məsələsinə xüsusi önəm verilir. Ukraynanın Sosial Siyasət Nazirliyi də qanunvericiliyin məhz bu tələbindən çıxış edərək Azərbaycanın müvafiq qurumlarına A.Xudiyevlə bağlı sorğu göndərib.

Azərbaycan diplomatlarının xarici ölkələrdə uşaq övladlığa götürməsinə təcrübədə rast gəlinmir. Əgər A.Xudiyevin istəyi reallaşarsa, bu halda o, ilk nümunə olacaq. Maraqlıdır, Ukraynadakı səfirin həmin ölkədə uşaq övladlığa götürmək istəyindən Xarici İşlər Nazirliyinin məlumatı varmı? Ümumiyyətlə, fövqəladə və səlahiyyətli səfirlərə akreditə olunduqları ölkələrdə əcnəbi uşağı övladlığa götürmək kimi sərbəstlik verilirmi və bu kimi məsələlərdə XİN-in razılığı olmalıdırmı?

Bu suallara cavab almaq məqsədilə XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva ilə əlaqə saxladıq çalışdıq. Leyla xanım məsələni araşdıracağına və yalnız növbəti həftə cavab verə biləcəyini dedi. Eyni zamanda əlavə etdi ki, diplomatik fəaliyyətdə olan şəxslərin akreditə olunduqları ölkələrdə övladlığa uşaq götürməsi kimi hallar barədə XİN-ə məlumat verilməlidir.

A.Xidiyevin Ukraynada uşaq övladlığa götürmək istəyinin hansı zərurətdən irəli gəldiyini deyə bilmərik. Bildiyimiz ancaq odur ki, cənab səfir ailəlidir və tərcümeyi-halında 5 uşaq atası olduğu göstərilir. Belə olduğu halda onun xarici ölkədə uşaq övladlığa götürmək niyyəti başadüşülən deyil. Əgər doğrudan da cənab səfir savab iş görmək, kimsəsiz uşağa ailədə yaşamaq səadəti bəxş etmək istəyirsə, onda niyə seçimində azərbaycanlı deyil, ukraynalı uşağın üzərində dayanıb? Diplopmatik fəaliyyətdə olan şəxsi, 5 övladı olduğu halda akreditə olunduğu ölkədə əcnəbi uşağı övladlığa götürməyə hansı amillər həvəsləndirə bilər? Hər halda inandırıcı deyil ki, cənab səfir Bred Pitt və Ancelina Coli cütlüyünün yaratdığı nümunələrin təsiri altına düşərək analoji addımlar atmaq niyyətinə düşüb. Çox güman ki, arxa planda başqa məqamlar var... Ümid edirik ki, qarşıdakı günlərdə məsələnin təfərrüatlarına da aydınlıq gətiriləcək.

Qeyd edək ki, A.Xudiyevin ailə vəziyyəti ilə bağlı informasiyalar qatmaqarışıqdır. Bəzi mənbələr onun 2 uşaq atası olduğunu deyirlər.

Sonda onun da xatırladaq ki, son dövlər mətbuatda yayılan informasiyalarda sabiq səfir Tələt Əliyevə istinadən Ukraynadakı səfirliyimizin binasında naməlum ukraynalı xanımın yaşaması faktına diqqət yönəldilir. Qeyd olunur ki, diplomatik missiyaya hər hansı aidiyyatı olmayan bu xanım 3 uşaq anasıdır və övladları da onunla birgə səfirliyimizdə məskunlaşıblar. Üstəlik, həmin qadının səfirliyə məxsus diplomatik nömrəli dövlət avtomobillərindən istifadə etdiyinə dair videgörüntülər də yayılıb. Səfirlik qadının kimliyi barədə hər hansı açıqlama vermədiyindən bu məqam ətrafında mülahizələr getdikcə daha da artır.

Məsələ ilə bağlı tərəfimizdən Azərbaycanın Ukraynadakı Səfirliyinə də sorğu göndərilib. Lakin təəssüf ki, sualımıza cavab verilmədi.

19 Aprel 2019 Əməkdar artist xalq artisti Səməd Səmədovu “yıxıb-sürüdü” - VİDEO
19 Aprel 2019 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı bu azərbaycanlıdan danışır
19 Aprel 2019 Yevlaxda QƏRİBƏ hadisə: Sıçan kişini dodağından dişləyib
19 Aprel 2019 Namiq Qaraçuxurlunun səhhəti pisləşdi: əməliyyat olunacaq
19 Aprel 2019 Nöqsanlara yol verən icra hakimiyyətləri - SİYAHI
19 Aprel 2019 Əkrəm İmamoğlunun qolundakı saatın qiyməti təəccübləndirdi - VİDEO
18 Aprel 2019 Fuad Qəhrəmanlının qızına hücum edən şəxs saxlanıldı
17 Aprel 2019 Sərhəddə insident - Narkotacirlərə atəş açıldı
17 Aprel 2019 Passentinə etdiyi fırıldaq 28 il sonra ortaya çıxdı - Xəstənin ağzından görün nə çıxdı - FOTO
17 Aprel 2019 Rüfət Axudov Xəzər TV-dən belə kənarlaşdırıldı – VİDEO
17 Aprel 2019 Notr-Damdakı yanğını 7 il öncədən xəbər verən cizgi filmi - İlginc kadrlar - VİDEO
16 Aprel 2019 Məktəb direktoru barədə məhkəmə qərar verdi
16 Aprel 2019 Hulusi Akar Vaşinqtonda azərbaycanlı zabitlə görüşdü - FOTO
16 Aprel 2019 Məktəb direktoruna cinayət işi açıldı - Bu gün məhkəməsidir
16 Aprel 2019 Azərbaycanda bu şəxslərin pensiyaları yeni qayda ilə hesablanacaq
16 Aprel 2019 Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə verildi
16 Aprel 2019 Bakıda QORXUNC HADİSƏ - Həbsxanadan çıxdı, iki bacısını doğradı - VİDEO
15 Aprel 2019 Fuad Muradov: Hər bir soydaşımız Ukrayna Azərbaycanlıları Radasını öz evi kimi qəbul edəcək
14 Aprel 2019 Zukerberq “Facebook” rəhbərliyindən uzaqlaşdırıla bilər
12 Aprel 2019 Qənirə Paşayeva: “Azərbaycan saxta informasiya təcavüzünə məruz qalan ölkələrdən biridir”