1550820887_1550820881_1549627845_1549626856_mehriban-41535279268.jpg

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.

Missiya.Az xəbər verir ki, Fransa Senatının sədri Jerar Larşe Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılayıb.

Mehriban Əliyeva Senatda Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşüb.

Sonra Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Senatının sədri Jerar Larşenin görüşü olub.

Jerar Larşe ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Prezident İlham Əliyevin ötən ilin iyulunda Paris səfərini məmnunluqla xatırlayan Senatın sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da Fransa-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini, onun mədəniyyət, elm və təhsil sahələrində böyük xidmətlərinin olduğunu vurğulayıb. Azərbaycanda qadınlara səsvermə hüququnun hələ Fransadan əvvəl verildiyini diqqətə çatdırıb. Fransanın Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında maraqlı olduğunu deyən Senatın sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirdi ki, ölkəsi ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya səfərinin uğurlu olduğunu və səfər çərçivəsində bir sıra səmərəli görüşlərin keçirildiyini bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd edən Azərbaycanın Birinci vitse-prezidenti əməkdaşlıq baxımından böyük potensialın olduğunu deyib. Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan Birinci vitse-prezident fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırıb. Mehriban Əliyeva Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin reallaşmadığını və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin də yüksək səviyyədə olduğunu deyib və Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanmasının əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan Mehriban Əliyeva bildirib ki, münaqişənin mövcudluğu bütün regionun inkişafına və təhlükəsizliyinə ciddi təhdiddir.

Görüşdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Senatının xatirə kitabını imzalayıb.

***

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 12-də Yelisey sarayında Fransanın birinci xanımı Bricit Makron ilə görüşü olub.

Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirilib. Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparılıb, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olunub, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirilib. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövlərlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın birinci xanımı Bricit Makronu ölkəmizı səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olunub.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.

Görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olundu. Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

21 May 2019 Göygöl rayonu Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib - FOTO
21 May 2019 İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"
21 May 2019 Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - SƏBƏB AÇIQLANDI
20 May 2019 Mahirdən soyadı ilə bağlı növbəti addım - FOTO
20 May 2019 Mehriban Əliyeva və Leyla Əliyeva ziyarətgahda - FOTOLAR
20 May 2019 Prezidentin Brüssel səfəri: Avropa İttifaqı Azərbaycanla ittifaqdan məmnundur – SƏBUHİ MƏMMƏDLİ YAZIR
20 May 2019 İŞİD 14 ölkəyə terrorçu göndərdi – Siyahıda Azərbaycan da varmı? - VİDEO
19 May 2019 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın”
19 May 2019 "Brüssel səfəri göstərdi ki, İlham Əliyev milli maraqları heç nəyə qurban vermir" - Ramin Əhmədov
18 May 2019 Prezidentin Brüssel səfəri – gücün diqtəsi və sarsılmaz milli mövqe
18 May 2019 Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? Təhlil və faktlar...
17 May 2019 Putin Rusiyanın əsas silahını açıqladı
17 May 2019 “Green Card” sistemi dəyişir - Rəsmi
17 May 2019 Bakıda sürücü keçiddə piyadaları belə vurdu - VİDEO
17 May 2019 ABŞ hərbi gəmiləri İran körfəzinə daxil oldu
16 May 2019 Prezident bu şəxsə “Şöhrət” ordeni verdi - FOTO
16 May 2019 Bakıda zibil maşınının avtobusa çırpıldığı qəzanın görüntüsü - VİDEO
16 May 2019 Dilarə və İslamdan qeyri-adi BACARIQ - VİDEO
15 May 2019 Prezident Bakı Ekspo Mərkəzində
15 May 2019 Gömrükçülərə rüşvət təklif etdi, kameraya düşdü - VİDEO