b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_03c68-1552306896.jpg

Xəbər verdiyimiz kimi, Elçin Səfəralı oğlu Babayev prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Missiya.Az xəbər verir ki, Elçin Babayev rektor təyin olunana qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb.

O, həmçinin AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, "ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsi şöbəsinin rəhbəri vəzifələrində işləyib. Elçin Babayev fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. 4 aprel 1965-ci ildə Naxçıvan MR-da anadan olub. Yeni rektor 2005-ci ilin sentyabrında "Tərəqqi" medalı ilə təltif edilib.

O, Azərbaycan elminə böyük töhvələr verib. 

1999-2000-ci illərdə BMT-nin Xarici kosmosun tədqiqi üzrə Vyana Ofisinin (UNOOSA) proqramı çərçivəsində bir il müddətində Avropa Kosmik Agentliyində (Hollandiya) tədqiqatçı alim kimi çalışarkən Yer ionosferində yayılan mikrodalğa uzunluqlu elekromaqnit dalğalarının ssintilyasiysının öyrənilmişdir. Transionosferik GHz tezlikli GPS siqnallarının ssintilyasiyasına heliogeofiziki şəraitin və digər fiziki faktorların təsiri bütün en dairələri üçün araşdırılmış, orta en dairələri üçün daha ətraflı tədqiq edilmiş və nəticələr Avropa Kosmik Agentliyində dərc olunmuşdur. Stenford Universiteti (ABŞ) ilə yaradılmış əlaqələr sayəsində 2008-ci ildə Yer ionosferində Çox Aşağı Tezlikli (VLF) elektromaqnit dalğalarının yayılmasının məsafədən tədqiqi üzrə bu Universitetdə hazırlanmış cihaz Şamaxı Astrofizika Rəsədxanasında qurulmuş və beynəlxalq tədqiqatlar şəbəkəkəsinə qoşulmuşdur.

Günəş-Yer əlaqələrinin öyrənilməsi və kosmik hava variasiyalarının texnoloji və ekoloji sistemlərə təsirinin öyrənilməsi üzrə İsrail, ABŞ, Yunanıstan, Bolqarıstan, Belçika, Ukrayna, Rusiya, İngiltərə, Slovakiyavə digər ölkələrin alimləri ilə aparılmış elmi-tədqiqat işləri nəticəsində mühüm və yeni nəticələr alınmış, xaricdə nüfuzlu jurnallarda onlarla məqalələr dərc olunmuş, bu işlərə onlarla istinadlar verilmiş, nəticələr 50-dən yuxarı beynəlxalq konfrans, simpozium və seminarlarda şifahi məruzə edilmişdir.

Günəş, geomaqnit və kosmik şüalar fəallığının yerüstü bioloji sistemlərə təsiri üzrə kompleks tədqiqatlar bir sıra kardioloji xəstəliklərə (qəfil ürək ölümləri, kəskin miokard infarktı tutmaları və ölümləri və s.), ürək-qan-damar sisteminin (kardioloji parametrlər, ürək döyüntülərinin variasiyaları, qan təyziqi və s.) vəziyyətinə, yol-nəqliyyat hadisələrinin dinamikasına, qrip epidemiyalarının yayılma tezliyinə, fizioloji sağlam insanların baş beyninin funksional hallarına və bioelektrik aktivliyinə, psixo-emosional sferasına və s. təsirlərin araşdırılmasını əhatə etmişdir. Tədqiqatlar ilk dəfə olaraq Yer üzərində orta en dairələrini kompleks şəkildə əhatə etmiş, müasir riyazi-statistik və emal metodları tətbiq edilmiş, statistik araşdırmalarla yanaşı, aktiv heliobioloji və heliotibbi eksperimenlər də aparılmışdır. Kosmik hava variasiyalarının yerüstü orta en dairələrində yerləşən elektrik verilişi sistemlərinin stabil işinə təsiri öyrənilmişdir. Tədqiqatlarda geomaqnit fırtınalarının və müxtəlif səviyyəli geomaqnit həyəcanlaşmalarının texnoloji və bioloji sistemlərə təsiri ayrıca olaraq araşdırılmışdır. Aşkar edilmişdir ki, geomaqnit həyəcanlaşmalarının ən yüksək səviyyəsi ilə yanaşı, zəif və ən zəif səviyyələri də nəzərəçarpacaq dərəcədə təsirə malikdir. Kosmik şüalar fəallığının insan homeostazında xüsusi rolu olduğu göstərilmişdir.

 

21 May 2019 Göygöl rayonu Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib - FOTO
21 May 2019 İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"
21 May 2019 Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - SƏBƏB AÇIQLANDI
20 May 2019 Mahirdən soyadı ilə bağlı növbəti addım - FOTO
20 May 2019 Mehriban Əliyeva və Leyla Əliyeva ziyarətgahda - FOTOLAR
20 May 2019 Prezidentin Brüssel səfəri: Avropa İttifaqı Azərbaycanla ittifaqdan məmnundur – SƏBUHİ MƏMMƏDLİ YAZIR
20 May 2019 İŞİD 14 ölkəyə terrorçu göndərdi – Siyahıda Azərbaycan da varmı? - VİDEO
19 May 2019 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın”
19 May 2019 "Brüssel səfəri göstərdi ki, İlham Əliyev milli maraqları heç nəyə qurban vermir" - Ramin Əhmədov
18 May 2019 Prezidentin Brüssel səfəri – gücün diqtəsi və sarsılmaz milli mövqe
18 May 2019 Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? Təhlil və faktlar...
17 May 2019 Putin Rusiyanın əsas silahını açıqladı
17 May 2019 “Green Card” sistemi dəyişir - Rəsmi
17 May 2019 Bakıda sürücü keçiddə piyadaları belə vurdu - VİDEO
17 May 2019 ABŞ hərbi gəmiləri İran körfəzinə daxil oldu
16 May 2019 Prezident bu şəxsə “Şöhrət” ordeni verdi - FOTO
16 May 2019 Bakıda zibil maşınının avtobusa çırpıldığı qəzanın görüntüsü - VİDEO
16 May 2019 Dilarə və İslamdan qeyri-adi BACARIQ - VİDEO
15 May 2019 Prezident Bakı Ekspo Mərkəzində
15 May 2019 Gömrükçülərə rüşvət təklif etdi, kameraya düşdü - VİDEO