b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_anar_28.jpg

Vəkillər Kollegisyasının sədri Anar Bağırov sosial şəbəkələrdə vəkillərin gözdən salınmasını, onların  şəffaf fəaliyyətini ləkələməyi hədəfləyən,  yalan və böhtan xarakterli paylaşımlarla bağlı bəyanat yayıb.

Missiya.Az Vəkillər Kollegisyasının sədri Anar Bağırovun bəyanatını təqdim edir:

Əziz həmkarlar, dəyərli dostlar!

Son 20 gün ərzində VK-na qarşı ömrü boyu sədr olmaq ambisiyasında olan, lakin heç vaxt vəkillər arasında dəstəyə malik olmayan, indi isə öz “uşaqlıq” arzusunun baş tutmadığını görən, çox uzağa getmiş qatarın arxası ilə çirkab daş atmaqdan başqa işə yaramayan İ. A. və bir necə başqa VK-na münasibətdə həmişə qərəzli olan şəxslər (keçmiş vəkillər, fetoçular, hakimiyyətlə əbədi problemləri olan başqa şəxslər) tərəfindən yalan, absurd, özlərinin uydurduqları saxta şaiyə şəklində məlumatlar paylaşılır, vəkilləri təhqir edirlər. Bu məlumatlarla bağlı RH dərhal bəyanat yayıb, onları yayan şəxslərdən təkzib vermələrini tələb edib. Lakin bu şəxslər təkzib vermək əvəzinə yalan və böhtan xarakterli məlumatları yaymaqda davam edirlər. Əvvəl yaydıqları guya VK-nın hazırki binasının RH rəhbərliyinə məxsusluğu haqda, keçmiş rəhbərlikdən 1 mln pulun qalması və mənimsənilməsi, israf olunması, 12 saylı VB-nun RH-nin hesabına təmiri haqda yalanlara əlavə olaraq 12 saylı VB-nun binasının əvvəllər VK-na məxsus olması sonradan isə dövlət mülkiyyətinə keçməsi barədə də yeni yalan xəbərlər paylaşırlar. Bizim heç kəsdən heç bir sirimiz yoxdur, ola da bilməz. Vəkillərimiz bilir ki, istənilən suala VKRH-da dərhal yerindəcə cavab verilir, mövzunu sosial şəbəkədə şouya çevirmək isə böhtançıların arzusu və məqsədidir.

Bu adamların məqsədləri bizə tam aydındır:

1. apardığımız işlərə cəmiyyətdə kölgə salmaq;

2. RH ləkələmək, əsassız olaraq cinayətdə ittiham etmək, nüfuzdan salmaq;

3. özlərini “mübariz” şəxs kimi sırımaq;

4. vəkillikdə konflikt yaratmaq və s.

Əlbir olduqları adamların şəxsiyyətləri onu deməyə əsas verir ki, bu plan xüsusi olaraq cızılıb, əvvəlcədən ssenari hazırlanıb, bizim uğurlu fəaliyyətimizi durdurmaq əsas hədəflərindəndir. Ancaq bunlar bir şeyi bilməlidirlər: Vəkillər Kollegiyası öz yolundan dönməyəcək, işimizi daha da gücləndirəcəyik, inkişafımız davam edəcək, hər böhtana görə də onu yayan şəxs qanun qarşısında cavab verəcək! Bu sizə məşhur idman brendi olan Adidasın adının saxtalaşdırılması deyil ki, illərlə məsuliyyətsiz qalsın. Böhtançılar isə indi qoy hər böhtanı sübüt etsinlər, demirlər sənədləri var, qoy çıxarışları qoysunlar ortalığa, bu isə mümkün deyil, ola da bilməz. Kişi sözünün ağası olar, sözünün ağası olmayan bəs necə adlanır?

21 Mart 2019 Türkmənistan blokada elan etdi - Tacikistan Azərbaycana üz tutdu
20 Mart 2019 Bakıda qonşuların davası qanla bitdi - VİDEO
20 Mart 2019 Novruz Məmmədovdan cəzaçəkmə müəssisələri ilə bağlı yeni qərar
19 Mart 2019 Nazarbayev istefa verdi - SON DƏQİQƏ
19 Mart 2019 Vicdan əzabına dözməyən türk 5 il sonra Bakıya gəlib təslim oldu - VİDEO
19 Mart 2019 KİVDF-nin 10 illik yubileyi qeyd edilib
18 Mart 2019 Kredit müqavilələrinə dair yeni qayda
18 Mart 2019 İlaxır çərşənbənin hava proqnozu - Güclü külək və leysan
18 Mart 2019 Əli İnsanov həbsdən model kimi çıxdı- Palto 3500 dollar...
17 Mart 2019 Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı azadlığa buraxılıb – FOTO
17 Mart 2019 "Yeni Zelandiyada məscidə hücum edən şəxs 2 dəfə Türkiyədə olub" - Ərdoğan
17 Mart 2019 Emin Milli əfvə görə Prezidentə təşəkkür etdi: Çox istəyərdim ki, Azərbaycana qayıdım
16 Mart 2019 Tanınmış məhbuslardan kimlər əfv olunub? - SİYAHİ
16 Mart 2019 Prezident Əli İnsanovu əfv etdi
16 Mart 2019 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
16 Mart 2019 Azərbaycandan Ermənistana keçən ruhi xəstədir - Rəsmi
16 Mart 2019 Azərbaycanda əhalinin sayı açıqlandı
15 Mart 2019 "Bu zavod ilk 5 il müddətində Azərbaycana 800 milyon dolları gəlir qazandıracaq" - Baş nazir
15 Mart 2019 Vidadi Zeynalov azadlığa buraxıldı
15 Mart 2019 Afət işdən qovulan tibb bacılarına sahib çıxdı: “Maaşlarından çox pul verəcəm”