dfd693253089d65ab4c689bf2e522b12.jpg

Bu gün Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor, tarix elmləri doktoru Əli Həsənovun doğum günüdür. 

Missiya.Az xəbər verir ki, Əli Məhəmmədəli oğlu Həsənov 1960-cı ilin martın 10-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, Heydər Əliyevin SSRİ dönəmində respublikaya rəhbərliyi zamanı Moskvaya ali təhsil almağa göndərdiyi əlaçı tələbə kontingentinin tərkibində olub.

SSRİ-nin nüfuzlu ali məktəbi sayılan Moskva Dövlət Unversitetinin Tarix fakültəsini bitirən Ə.Həsənov tarix elmləri doktorudur. 1990-cı ilin qanlı yanvar hadisələri və ondan sonrakı informasiya blokadası dövründə Moskvada geniş fəaliyyət göstərən azərbaycanlı ziyalıların ən fəal nümayəndələrindən biri olan Əli Həsənov Bakıda törədilmiş qanlı cinayətə qarşı 1990-cı il yanvarın 21-22-də vüsət alan Ümummoskva hərəkatının ön sıralarında olub.

1993-cü ildən siyasi proseslərə qatılan Ə.Həsənov Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının fəal təşkilatçılarından olub.

O, 1994-95-ci illərdə Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsinin müdiri təyin edilib. Bir il bu vəzifədə çalışdıqdan sonra Ə.Həsənov dövlət idarəçiliynə cəlb olunub. 1995-ci ilin sentyabrında Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə müdir müavini təyin edilib. O, 1996-cı ildən bu şöbəyə rəhbərlik edir.

2005-ci ildən şöbə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi adlanır.

Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Əli Həsənov 1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Missiya.Az saytının kollektivi adından dəyərli dövlət xadimini təqdim edirik: 

22 Avqust 2019 Sabah 42 dərəcə isti olacaq - PROQNOZ
22 Avqust 2019 Polisdən sakinləri qorxuya salan naməlum məxluqla bağlı AÇIQLAMA
22 Avqust 2019 Prezidentin mükafatlandırdığı ifaçı: "Bu, çox böyük diqqətdir"
21 Avqust 2019 “Attestatla bağlı polisə çağırılmışam” –Orxanın atası
21 Avqust 2019 "Arzumuz, xəyallarımız baş tutmadı" - Pilotun xanımı
21 Avqust 2019 55 yaşlı kitab adam
20 Avqust 2019 Nəsimi rayonunda dövlət əmlakı məhv olur – Baxımsız qalmış parkdan FOTOLAR
20 Avqust 2019 Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi
20 Avqust 2019 Rəşad Atakişiyevin nəşi tapıldı - AÇIQLAMA
19 Avqust 2019 MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı - FOTO
19 Avqust 2019 “Relax”da vergi işçilərini döyən deputat oğlu və 5 qohumu saxlanıldı - VİDEO
17 Avqust 2019 Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – Vüqar Bayramovla videomüsahibə
15 Avqust 2019 "Diaspor hərəkatı yeni istiqamətlər götürəcək" - Hikmət Cavadov
15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
15 Avqust 2019 ARB-nin əməkdaşı iki övladını itirdi - FOTO
14 Avqust 2019 Cəlilabad dramı: Uzuntəpəli oliqarx və su başındakı “əjdaha” - Bir kənddə nə qədər narkotacir olar?
14 Avqust 2019 Elman Rüstəmov Mərkəzi Bank sədrləri arasında ikincilərdən olub
14 Avqust 2019 Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 pulsuz çimərlik yaradılıb - FOTO
14 Avqust 2019 Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
13 Avqust 2019 Azərbaycanda 18 yaşlı qız atasına görə özünü körpüdən belə atdı - VİDEO