b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1549954904_1549954106_24174446_581306752205886_2834113314177980184_n.jpg
Ötən illər ərzində ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedici məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olan müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılıb, ölkə ərazisində "reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən şəxslərin silsilə hüquqazidd fəaliyyətlərinin qarşısının alınması üçün qanunla müəyyən olunan tədbirlər görülüb.
 
DTX-nin İctimai əlaqələr şöbəsindən Missiya.Az-a verilən məlumata görə, bəzi informasiya saytlarında qeyd olunan tədbirlərin mahiyyətini təhrif edən məlumatlara rast gəlinir.
 
"Realliq.info” informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı DTX-nin İctimai əlaqələr şöbəsi məlumat verərək bildirir ki, İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
 
Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.
 
İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul vəsaiti tələb edərək alıb.
 
İkram Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.
 
Daha sonra, İkram Rəhimov 2017-ci ilin dekabr ayında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.
 
Bundan əlavə, İkram Rəhimov 2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən, guya, müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul vəsaiti tələb edərək alıb.
 
İkram Rəhimovun əməllərindən daxil olan şikayətlərin obyektiv araşdırılması təmin ediləcək.

25 Aprel 2019 “Yayılan fotoşəkillər 2011-ci ildə çəkilib” – Qoruq idarəsindən bəyanat
25 Aprel 2019 Bakıda kinoteatrın yerində müasir ticarət mərkəzi tikiləcək
25 Aprel 2019 Qadın bankdan kredit götürdüyü pulu itirdi, polis qaytardı
25 Aprel 2019 Tolik Sevdanın atasına:Üzünə tüpürərəm... - Tolik təhqir etdi
25 Aprel 2019 Afəti Rusiyada pul yağışına tutdular - VİDEO
25 Aprel 2019 Türk sürücüdən azərbaycanlı qadın turistə böyük jest - 40 km məsafəni geri dönüb... - VİDEO
24 Aprel 2019 Əli Kərimli və dəstəsi terrorçuları niyə dəstəkləyir? – Ölkəmizə qarşı yeni hücum planı
24 Aprel 2019 Qaz limitinin ləğvi mümkündür? - İqtisadçıdan açıqlama
24 Aprel 2019 İlham Əliyev Çində - FOTO
23 Aprel 2019 Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 2019 Azərbaycanda son 30 ilin ən soyuq apreli - SƏBƏB AÇIQLANDI
23 Aprel 2019 Sürücülük vəsiqələri ilə bağlı - MÜHÜM YENİLİK
23 Aprel 2019 Ukrayna prezidenti Zelenski Bakıda belə yıxıldı - VİDEO
22 Aprel 2019 8 yaşlı idmançımız finalda ermənini məğlub etdi
22 Aprel 2019 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı
21 Aprel 2019 Bakıda ana qızını evdə oğlanla tutdu, aləm bir-birinə dəydi - VİDEO
19 Aprel 2019 Əməkdar artist xalq artisti Səməd Səmədovu “yıxıb-sürüdü” - VİDEO
19 Aprel 2019 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı bu azərbaycanlıdan danışır
19 Aprel 2019 Yevlaxda QƏRİBƏ hadisə: Sıçan kişini dodağından dişləyib
19 Aprel 2019 Namiq Qaraçuxurlunun səhhəti pisləşdi: əməliyyat olunacaq