b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_aygun41.jpg

Xəbər verdiyimiz kimi, Milli Məclisin spikeri Oqtay Əsədov internetdə təhqirə yol verənlərlə bağlı qanunvericilik bazasına yenidən baxılması ilə bağlı tapşırıq verib.

O bildirib ki, Milli Məclis müfəssəl işləyir, lakin onun işləkliyində problem yaranır: “Tütün haqqında” qanun layihəsində də biz bu halı müşahidə etdik. İnternetdə təhqirlər səsləndirənlərə gəldikdə, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinə tapşırmışam ki, bu məsələyə yenidən baxılsın. Hələ xaricdə yaşayanları demirəm, onların parlament, dövlət haqqında səsləndirdiyi fikirləri oxuyanda adam xəcalət çəkir. Daxildəkilərlə bağlı tədbir görülməsi üçün qanunvericilik bazasına yenidən baxılmalıdır”. 

Azadinform.az agentliyi internetdə təhqirə yol verənlərə qarşı hansı tədbirlərin görüləcəyi ilə bağlı sosioloq Əhməd Qəşəmoğlundan açıqlama alıb. 

Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, internet həyatımızın ayrılmaz bir hissəsidir: “İndi heç kimə demək olmaz ki, sosial şəbəkələr yaxşı, yaxud pisdir, qadağan edirik. Sosial şəbəkələr bizim həyatımıza gəlib və bundan da faydalanmaq lazımdır. Mənim tez-tez işlətdiyim bir ifadə var: “İnternet, sosial şəbəkələr ilan zəhəri kimi bir şeydir. Düzgün istifadə edəndə çox qiymətli dərman, eyni zamanda nə qədər böyük səhv edirsənsə, o qədər də fəsadı ola bilər. Əgər daha çox səhv etsən, səni “öldürə” bilər. Bu gün sosial şəbəkə imkanlarından geniş istifadə etməliyik. Xarici ölkələrdə olan insanlarla əlaqəmiz olur, özümüz fikir mübadiləsi edirik, həmkarlarımızla danışırıq. Məsələn, bəzi şeyləri öz aspirantlarım, tələbələrimlə elə məhz sosial şəbəkə vasitəsi ilə müzakirə edirəm. Beləcə, ayrıca görüşməyə də ehtiyac qalmır. Ona görə də bundan faydalanmaq lazımdır. Bizdə yaranan vəziyyətə gəldikdə isə doğurdan da, bir ağsaqqal, bir sosioloq kimi hər dəfə bizim sosial şəbəkələrə baxanda adam bir az məyus olur. Çünki sosial şəbəkə bir xəlvət yer deyil. Necə ki, biz deyirik ki, ictimai yerdə insanlar özlərini əxlaqlı, tərbiyəli aparmalıdır, eləcə də sosial şəbəkələr beş min, əlli min adamın baxdığı yerdir. Əgər biz 5 adamın arasında ictimai yerdəyiksə, minlərlə adamın da iştirak etdiyi bir yerdə insan niyə özünü əxlaq normalarından kənarda aparmalıdır? Elə insanlar var ki, sözü 3 adamın içində deməyə utanır, amma sosial şəbəkədə açıq, aydın, ürəyi nə cür gəldi yazır”.

Sosioloq vurğulayıb ki, sosial şəbəkələrdə də biri-biri ilə müzakirə etmək, irad tutmaq olar: “Mən demirəm ki, sosial şəbəkələrdə heç kimi tənqid etmək olmaz. Bu normal və təbii haldır. Amma sosial şəbəkələrdə hər şey əxlaq normaları daxilində olmalıdır. Bunun analoqu olaraq, ictimai yerdə özünü apara bilməyənlərə qarşı hansı cəzalar, hansı metodlar tətbiq oluna bilərsə, bunu analoji olaraq sosial şəbəkələrdə də düşünmək olar. Sosial şəbəkələrdə daha çox diqqətli olmalıyıq. Çünki biz məhəlləmizdə çıxıb söyüş söysək, adamı təhqir etsək, yaxud kefimizə gələn bir söz desək, bunu 3-5 adam eşidəcək. Amma sosial şəbəkələrdə yazmaqla bütün dünya, Azərbaycanla maraqlanan bütün qüvvələr, güc mərkəzləri, başqa dövlətlərdə əhali haqqında müəyyən fikir yaranır. Mən istəmirəm ki, mənim xalqım barəsində ancaq hay-küy salan, boş mübahisələr aparan bir fikir yaransın. Bu məkanlarda xalqımızın intellekti, gözəl müzakirələri hiss olunmalıdır. Belə olan halda xalq haqqında da yaxşı fikirlər yaranır. Ona görə də sosial şəbəkələr məsələsinə diqqət vermək lazımdır. Yəni boş yerə heç kimi cəzalandırmaq da olmaz. Ora qeyri-adi senzura qoymağın özü də düzgün deyil. Biz sadəcə olaraq çalışmalıyıq ki, sosial şəbəkələrimiz bizim insanlarımızın, ümumiyyətlə xalqımızın daha da mədəniyyətini inkişaf etdirə bilən bir yer olsun. İnsanlar orada söhbət edib, bir-birindən maariflənsin, bir-birindən faydalansın. Beynəlxalq tədbirlərdə sosioloqlar tez-tez deyirlər ki, “biri-biri ilə münasibətlərini mədəniyyət dəyərləri ilə ortaya qoyan xalq daha mədəni, daha üstün fikirlər formalaşdırır. Ümumiyyətlə, insanın xüsusiyyəti, xarakteri belədir ki, o beşikdə olandan özünü təsdiq etməyə çalışır. Biz özümüzü sosial şəbəkələrlə davranışımız, mədəniyyətimiz, intellektual söhbətimizlə təsdiq etməliyik. Kobudluğumuzla deyil. Mən kəskin, siyasi müdaxilənin tərəfdarı deyiləm, amma tərbiyəli, pedaqoji cəhətdən bu müdaxilələrə ehtiyac var”.

Ə.Qəşəmoğlu əlavə edib ki, bu barədə televiziyalarda ara-sıra formal şəkildə yox, təhlil xarakterli, psixoloqların, sosioloqların, yazıçıların, jurnalistlərin iştirakı ilə yaxşı müzakirələr tez-tez aparılmalıdır: “Ona görə ki, bunlar ictimaiyyətdə də bir fikir yaratmalıdır. Hər bir insan bilməlidir ki, onun sosial şəbəkədə davranışı həm özü haqqında, həm də xalq haqqında fikir yaradır. Bu istiqamətdə televiziyanın rolu böyük ola bilər. Digər tərəfdən, bununla bağlı gənclər arasında müxtəlif təhsil ocaqlarında geniş müzakirələr aparmaq olar. Bunlar bizdə çox vaxt formal şəkildə olur, insanları daha da qıcıqlandırır. Əslində isə bu şeylər çox yaradıcı, düşünülmüş şəkildə, mütəxəssislərin iştirakı ilə hazırlanmış ssenarilərin əsasında elə olmalıdır ki, insanlarda qıcıq yaratmasın”.

 

23 Fevral 2019 Bəşəriyyətin nə qədər ömrü qalıb? - Alimlər Qiyamətin dəqiq vaxtını açıqladılar
22 Fevral 2019 Azərbaycanlı məşhur özünü səfil qadın görkəminə salıb onunla görüşə getdi - VİDEO
22 Fevral 2019 "Onu Allaha həvalə edirəm" - Damla intim görüntüdən danışdı
22 Fevral 2019 Afiq Səfərov "Azərsun"dan getdi - Müəmmalı gəlişmə - ÖZƏL
21 Fevral 2019 Prezident Sovet İttifaqı Qəhrəmanını qəbul etdi
21 Fevral 2019 Bakıda məhkəmədə hakim və prokuror döyüldü
21 Fevral 2019 İnternetdə tanış olduğu qadını evinə çağıraraq intim münasibətdə olub işğəncə verdi - Qadına 40 tikiş vurulub - ŞOK FOTOLAR
21 Fevral 2019 Azərbaycan şahmatçısı Rusiyada ermənini “mat” qoydu
21 Fevral 2019 Paytaxt şəhərimizin köhnə vəziyyətini xatırlayaq - FOTOLAR
20 Fevral 2019 İlham Mirzəyevi bu görüntülərə görə biabır etdilər - VİDEO
20 Fevral 2019 "Şübhəli ideologiyalara xidmət edən, antimilli ruh daşıyıcısı..." - Əli Həsənov fərqi göstərdi
20 Fevral 2019 Özçivit varlı qadınlarla görüşdü, üç saata minlərlə dollar qazandı
20 Fevral 2019 İslahatlar dalğası və müxalifətin isterikası - Millət vəkilindən AÇIQLAMA
19 Fevral 2019 Azərbaycan və Çeçenistan arasında görüş - Zabit Səmədov və Polad Bülbüloğlu bir masada
19 Fevral 2019 İlham Əliyev səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi - FOTO
19 Fevral 2019 Əhaliyə şad xəbər - Prezident vacib fərman imzaladı
19 Fevral 2019 Xəyanətin “qonorarı”, dumanlı ölkədəki havalı “Youtuber” və Turalın saxtakarlığı
18 Fevral 2019 Türkiyədə azərbaycanlı qızların "seks köləsi" olduğu evdən görüntülər - VİDEO
18 Fevral 2019 Çörək bahalaşıb? - Nazirdən açıqlama
18 Fevral 2019 Tural Sadıqlı azərbaycanlı qızı Avropaya aparıb başına oyun açdı - Mühacirlərin iç üzü açılır - VİDEO