b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_chgnhjhj.jpg

Tanınmış jurnalist Nicat Dağların bloqunda "Mətbuatın günü, Aslanın “dərdi” və ya BİZ NİYƏ “SATILDIQ”?başlıqlı yazı dərc olunub. Mövzunun aktuallığını nəzərə alıb sözügedən yazını təqdim edirik:

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) qəzetlərin maliyyələşdirilməsi ilə bağlı tətbiq edəcəyi yeni qaydalar barədə ötən yazılarımızın birində söhbət açmışdım.  Növbəti dəfə də bu mövzuya toxunmaq zərurəti yarandı. Konkret səbəbini aşağıda biləcəksiniz…

Ümumiyyətlə, media adamı olaraq KİVDF-nin yeni mərhələ üçün müəyyənləşdirdiyi prioritetləri maraqla qarşılayır və bu xüsusdakı gediaşatı diqqətdən kənarda qoymamağa çalışıram. Hər halda söhbət bilavasitə taleyimizi bağladığımız sahədən və bu sahədə gözlənilən dəyişikiliklərdən gedir. Biganə qalmaq, quru müşahidələrlə kifayətlənmək olmur…

Etiraf etməliyik ki, KİVDF-nin yaradılması ilə dövrün mürəkkəb sıxıntılarına tab gətirməkdə çətinlik çəkən yazılı medianın “dizinə” təpər, “qollarına” taqət gəldi. Olmasaydı, yaradılmasaydı qəzetlərin əksəriyyəti bu günümüzə gəlib çıxa bilməyəcəkdi. Başqa sözlə, dövlət çap mediasının tamamilə sıradan çıxmasına imkan vermədi, bataqlıqdan çəkib çıxararaq hamar yola qədəm qoymasına şərait yaratdı. Onu da nəzərə almaq lazımdır ki, 10 il əvvəl internet media kəmiyyət və keyfiyyət baxımından bugünkü səviyyədən çox-çox aşağı göstəricilərə malik idi və heç bir halda alternativ iş yeri – gəlir ünvanı rolunu oynaya bilməzdi. Deməli, həmin dövrdə qəzetlərin sıradan çıxması təbii olaraq həm də jurnalistlərdən ibarət işsizlər ordusunun yaranmasına gətirib çıxaracaqdı. Məhz KİVDF-nin yaradılması ilə bu arzulanmaz halın qarşısı alındı.  Təkcə bumu?..

Daha geniş aspektdən yanaşsaq, deyə bilərik ki, KİVDF-nin meydana gəlməsi ilə funksiyasını tamamilə dəyişmiş mətbuatın özünəqayıdışı təmin olundu. Buna qədər jurnalistlərdən siyasi proseslərdə alət kimi istifadə olunur,  KİV əməkdaşları bəzən mitinqçiyə, bəzən piketçiyə, bəzən də döyüşçüyə çevrilirdilər. Yaranmış yeni şərait jurnalistləri partiyalara xidmət göstərmək, media mənsubundan daha çox “mücahid” kimi davranmaq məcburiyyətindən azad etdi – Hər kəs öz işilə məşğul olmağın zövqünü yaşamağa başladı. Bundan başqa, xarici qapılardan qrant ummağa da ehtiyac qalmadı və beləliklə xüsusi məqsədlərə hesablanmış, dolayısı ilə dövlətə qarşı qurulan oyunlara medianı cəlb etmək kimi proqramlar tədricən sıradan çıxdı… Əvəzində nə baş verdi? Bəli, hamının bildiyi – qəzetlər dövlət dəstəyi ilə əhatələnib davamlı və sistemli fəaliyyət formasına keçid etməyə müvəffəq oldular.  Beləcə dünənə qədər hanısa partiyadan, hansısa təşkilatdan aylarla pul gözləyən redaksiyalarda stabil və dayanıqlı qonorar-məvacib sistemi formalaşdırıldı. Birdəfəlik yardımlar, redaksiya layihələrinin dəstəklənməsi, fərdi yazı müsabiqələri isə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasında böyük rol oynadı. İndi tam əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatının təmsilçiləri bu gün həkimdən də, müəllimdən də, alimdən də çox məvacib alır.

Əldə olunan gəlirin kirayə haqlarının ödənilməsinə yönəldilməsinə də artıq ehtiyac qalmayıb. Evsizlikdən əziyyət çəkən media mənsublarının böyük əksəriyyətinə mənizllər hədiyyə olunub və bu proses davamlı xarakter daşıyır. Bir vaxtlar jurnalistlərin xəyal belə etmədiyini dövlət reallığa çevirib, yüzlərlə media mənsubunu nə vaxt bitəcəyi bilinməyən ağır bir qayğıdan azad etdi. Hə, bu prosesə kölgə salmaq məqsədilə, “jurnalistlər satıldı” kimi axmaq iddilarla çıxış edənlər də var. Bu o adamlardılar ki, xarici kəşfiyyat orqanlarına işləməyi dövlətə xidmət göstərməkdən üstün tuturlar. Onların gözündə “anası-dədəsi” bilinməyən hansısa beynəlxalq təşkilatlardan pul alıb sifariş yerinə yetirmək “qəhrəmanlıqdır”, amma HƏR HANSI ÖHDƏLİYƏ İMZA ATMADAN öz dövlətindən məzil hədiyyə almaq “satqınlıq”.  Onlar hesab edirlər ki, jurnalistlər hakimiyyətə düşmən kəsilməli, hər hansı müsbət təzahürə diqqət yetirməməli, ölkəni ancaq və ancaq qara rəngdə təsfir etməlidirlər. Bunların düşüncəsində xarici mərkəzlərdən ötürülən vəsaitlə mənzil almaq, maraqları təmin olunmadığına görə dövlətimizə qarşı hikkəli davranan təşkilatlara hərbi sirlər kateqoriyasına aid informasiyaları belə ötürməyə hazır olmaq normal haldır, amma, KİVDF-nin və dövlətin ayrı-ayrı qurumlarının təşkil etdiyi müsabiqələrdə iştirak etmək “xəyanətdir”. Kimə xəyanət etdik? Məsələn, mənim siyasi mənusbiyyətim yoxdur, kiminsə qarşısında da sədaqət andı içməmişəm. Bu gün olduqca sərbəst şəkildə öz işimlə məşğulam. Rahatam, azadam, kimsə işimə müdaxilə etmir, belə yaz, elə yaz demir, nəyi necə görürəmsə, o şəkildə də qələmə alıram. Hansısa sahədə problem qabarırsa, çatışmazlıq müşahidə olunursa, yazırıq. Kiməsə qarşı ədalətsizlik varsa, buna yol verənin üstünə gedirik. Zərurət yarananda naziri də, komitə sədrini də, deputatı da, səfirləri də tənqid edirik. Bəli, mən də dövlətdən ev almışam. Səhhətimdə ciddi problemlər yaranıb, ölümlə üz-üzə qalmışam, köməyimə cənab Prezident gəlib. Göydə Allah, yerdə məhz onun sayəsində bu gün həyatdayam. Amma vallahi-billahi buna görə kimsə məndən qarşılıq tələb etməyib, qarşıma öhdəlik qoymayıb. Ümumiyyətlə, bu gün bəzilərinin “xəyanətkar davranış” kimi qiymətləndirdiyi pisi də, yaxşını da yazmaq gərəkliyinin təməli evlərin verilməsindən çox-çox əvvəl qoyulub. Oturub düşünmüşük, baş verənləri təhlil etmişik, yaşadıqlarımızı götür-qoy edib anlamışıq ki, siyasi oyunlarda istifadə olunur, jurnalistikadan başqa hər işlə məşğul oluruq. Dərk etmişik ki, bizim işimiz yazı yazmaqdır, mitinqlər üçün şüar yazmaq, adam toplamaq yox. Olanları, keçənləri bir-bir göz önünə gətirib qətiləşdirmişik ki, mətbuat nümayəndələri adı altında potensial ixtişaşçı, təxribatçı yetişdirmək istəyənlərin oyunlarında rol almamalıyıq. Siyasətlə siyasətçilər məşğul olmalıdır. Heç bir siyasi iddiası olmayan jurnalist kimlərinsə hakimiyyət uğrunda mübarizəsində niyə qələmini süngüyə çevirməlidir? Niyə jurnalistin fəaliyyətini hansısa partiya sədri tənzimləməlidir? Niyə mətbuat nümayəndəsi qonum-qonşusunu, qohum-əqrabasını mitinqlərə cəlb etmək kimi öhdəlik daşımalıdır?.. Nədən biz hakimiyyəti “azad sözü boğmaqda” suçlayanların tam bir despot davranışlarını sinirməliydik?.. Bax, bu suallara cavab tapdıqca jurnalistika ilə məşğul olmaq kimi “xəyanət yolunu” tutası olduq. Evin məsələlərə heç bir dəxli yoxdur!

Əlbəttə, KİVDF-nin yaradılması jurnalistləri küçələrə salıb, “İstefa” qışqırdanların maraqlarına cavab vermirdi. Qəzetlərdən “boyevıye listovki” kimi istifadə edən, redaksiyaya partiyasının rayon təşkilatı kimi yanaşanlar, medianın özünəqayıdışını həzm edə bilmir, bu prosesin mahiyyətini təhrif edərək cəmiyyətdə yalnış rəylərin formalaşmasına çalışırdılar. Başqa reaksiyalar da gözlənilmirdi – jurnalistlərdən ibarət  “partizan dəstələri” əldən çıxır, mətbuat üçün yeni səhifə açılırdı. Özünü çağdaş dövrün “Zərdabisi” hesab edən, lakin prosesdən kənarda qalıb, “niyə biz yuxarı başda deyilik” hikkəsinin təsiri altına düşənlər də KİVDF-nin mətbauta az qala fəlakət gətirəcəyinə dair çeşidli fikirlər yaymağa başladılar. Amma zaman göstərdi ki, dövlət KİV-ə dəstək fondunu yaratmaqla əslində sıradan çıxmaqda olan print medianı həyata qaytardı. İndi biz əminliklə deyə bilərik ki, 10 il əvvəl atılmış bu addım olduqca əhəmiyyətli idi. O başqa məsələdir ki, bəzi qəzetlər yaranmış fürsətdən lazımınca istifadə etməyi bacarmadılar. Fakt odur ki, dövlət hamı üçün bərabər şərait yaratmışdı. Olmasaydı, biganəlik nümayiş etdirilsəydi, uzağı 2-3 qəzet birtəhər başını saxlaya biləcəkdi. Qalanları, elə 2009-da “canını tapşıracaqdı”… Bunu dərk etmək üçün dərin təhlil qabiliyyətinə ehtiyac yoxdur. Qərəzli olmamaq, şəxsi maraqlardan çıxış etməmək, “mənim olmadığım yerlərdə yaxşı heç nə ola bilməz” kimi yekəxana və ziyanlı yanaşmalardan uzaq durmaq kifayətdir ki, məsələlərə ədalətli qiymət verəsən.

Açıq deyəcəm, bu vaxta qədər KİVDF-dən bir manat da olsun vəsait almamışam. Heç vaxt layihə təqdim etməmişəm, fərdi jurnalist yazıları müsabiqələrində iştirakım olmayıb. Təsəvvür edin, bu 10 ildə bir dəfə də olsun məni KİVDF-nin təşkil etdiyi adi bayram ziyafətlərinə dəvət etməyiblər. İndi mən buna əsaslanıb qurumun gördüyü işlərə kölgə salım? Vicdansızlıq, Allahsızlıq olmazmı? Dövlət tamamilə məhv olmaqda olan çap mediasını gözümüzün qarşısında dirçəldibsə, mətbuatımız son 10 ildə kifayət qədər ciddi inkişaf göstəriciləri əldə edibsə, jurnalistlərin sosial vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıbsa, bunu inkar etmək, görülən işləri qiymətləndirməmək ədalətsizlik deyilmi?  “KİVDF 20 qəzetin fəaliyyətini dayandırdı” kimi əsassız iddialarla məsələlərin məhiyyətini təhrif edənləri necə qınamayasan? Yaxşı, aşağı-yuxarı mətbuata dəxli olan adamların çığallığını haradasa başa düşürük. Bəs saçı-başı ağarmış, amma sosial şəbəkələrdəki balaca-balaca uşaqların davranışı sayaq yüngül hərəkətlərə yol verən vəkil Aslan İsmayılovun mətbuata “ağı” deməsini necə qəbul edək? Yetənə yetib, yetmədiyinə də daş atan, ağır oturub batman gəlməli olduğu yaşında öz urvatına qənim kəsilərək şou-biznes nümayəndələri kimi ancaq qalmaqallarla gündəmə gəlməyə çalışan bu adama mətbuatın soyuğundan nə, istisindən nə? Görünür mətbuatdan əvvəlki qaydada istifadə edə bilməməsi İsmayılovu əməllicə narahat edir. Elə mətbutdan oxuyuruq ki, bu adam iddiaçı tərəfin nümayəndəsi olanda cavadeh tərəfə, savabdeh tərəfin nümayəndəsi olanda isə iddiaçı tərəfə qarşı qaralama kampaniyaları aparıb və bu işdə müxtəlif KİV orqanlarından istifadə edərək məsələləri məhkəmələrdən kənarda həll etməyə çalışıb. Məsələ aydındır: Yoldaş İsmayılov mətbuat kimi silahdan məhrum olunduğuna, əvvəlki kimi uydurmalarla dolu yazıları gizli şəkildə redaksiyalara ötürə bilmədiyinə görə nə KİVDF-ni bağışlaya bilir, nə də KİVDF-ni yaradanları. Adamın qərəzi sərhəd tanımır: maliyyələşmə şərtlərinin dəyişdilməsini ciddi cəhdlə “KİVDF qəzetləri maliyyələşdirməyə son qoydu” formalı sarsaq təqdimatlara çevirir, 60 yaşlı kişiyə yaraşmayan dıydıq statuslar paylaşır…  Baxırsan, oxuyursan və ahıllıq çağına qədəm qoymuş adamın ağır taxtalı davranışlardan uzaq düşüb şivənçiliyə alüdə olmasına görə təəssüflənirsən…

Aslan İsmayılov və onun kimilər nə deyirsə desin, mətbuatın son 10 ili məhz inkişaf mərhələsi kimi dəyərləndirilməlidir.  Uzun illər jurnalistlərdən “killer” kimi istifadə edənlər isə bu günkü reallıqlarla barışmaq məcburiyyətindədirlər.  

Mən hakimiyyətə gəlmək istəmirəm!

Azadam, sərbəstəm, öhdəlik daşımıram!

Pisi də, yaxşını da yazmağın komfortunu, qələmimə sığınmağın səadətini yaşayıram!

23 Fevral 2019 Bəşəriyyətin nə qədər ömrü qalıb? - Alimlər Qiyamətin dəqiq vaxtını açıqladılar
22 Fevral 2019 Azərbaycanlı məşhur özünü səfil qadın görkəminə salıb onunla görüşə getdi - VİDEO
22 Fevral 2019 "Onu Allaha həvalə edirəm" - Damla intim görüntüdən danışdı
22 Fevral 2019 Afiq Səfərov "Azərsun"dan getdi - Müəmmalı gəlişmə - ÖZƏL
21 Fevral 2019 Prezident Sovet İttifaqı Qəhrəmanını qəbul etdi
21 Fevral 2019 Bakıda məhkəmədə hakim və prokuror döyüldü
21 Fevral 2019 İnternetdə tanış olduğu qadını evinə çağıraraq intim münasibətdə olub işğəncə verdi - Qadına 40 tikiş vurulub - ŞOK FOTOLAR
21 Fevral 2019 Azərbaycan şahmatçısı Rusiyada ermənini “mat” qoydu
21 Fevral 2019 Paytaxt şəhərimizin köhnə vəziyyətini xatırlayaq - FOTOLAR
20 Fevral 2019 İlham Mirzəyevi bu görüntülərə görə biabır etdilər - VİDEO
20 Fevral 2019 "Şübhəli ideologiyalara xidmət edən, antimilli ruh daşıyıcısı..." - Əli Həsənov fərqi göstərdi
20 Fevral 2019 Özçivit varlı qadınlarla görüşdü, üç saata minlərlə dollar qazandı
20 Fevral 2019 İslahatlar dalğası və müxalifətin isterikası - Millət vəkilindən AÇIQLAMA
19 Fevral 2019 Azərbaycan və Çeçenistan arasında görüş - Zabit Səmədov və Polad Bülbüloğlu bir masada
19 Fevral 2019 İlham Əliyev səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi - FOTO
19 Fevral 2019 Əhaliyə şad xəbər - Prezident vacib fərman imzaladı
19 Fevral 2019 Xəyanətin “qonorarı”, dumanlı ölkədəki havalı “Youtuber” və Turalın saxtakarlığı
18 Fevral 2019 Türkiyədə azərbaycanlı qızların "seks köləsi" olduğu evdən görüntülər - VİDEO
18 Fevral 2019 Çörək bahalaşıb? - Nazirdən açıqlama
18 Fevral 2019 Tural Sadıqlı azərbaycanlı qızı Avropaya aparıb başına oyun açdı - Mühacirlərin iç üzü açılır - VİDEO