b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1547207288_untitled-1.jpg
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin əməkdaşlarının tutulması ilə bağlı rəsmi məlumat yayıb.
 
Missiya.Az-a daxil olan birgə məlumatda bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən "161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Baş İdarə tərəfindən aparılmış birgə ilkin araşdırmalarla korrupsiya şəbəkəsi yaradan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olunub. 
 
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri ilə Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi AbasovMərkəzin baş məsləhətçisi Hafis Allahyarov və qeyriləri ilə əlbir olaraq, müxtəlif vədlər verərək işsiz və işaxtaran şəxslərdən ümumilikdə 7.400 manat məbləğində rüşvət almalarına, habelə eyni məqsədlə 1 nəfər rayon sakinindən 1.000 manat rüşvət almağa cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
 
Cinayət işi üzrə Mehdi Abasov və Hafis Allahyarovun xidməti otaqları və yaşadıqları ünvanlarda məhkəmənin müvafiq qərarları ilə aparılmış axtarış nəticəsində içərisində ayrı-ayrı şəxslərdən pul alınmasını təsdiq edən yazılar olan kitabçalar, işaxtaran vətəndaşların qeydiyyatı kitabı, müxtəlif arayışlar, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
 
Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında M.Abasov və H.Allahyarov şübhəli şəxs qismində tutulublar.
 
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
17 Yanvar 2019 Azərbaycan gəmisi Xəzərdə qasırğaya düşdü - VİDEO
17 Yanvar 2019 Ramil Usubov yeni polis rəisi təyin etdi
17 Yanvar 2019 Azərbaycan-Ermənistan sərhəddində partlayış - Yaralanan var
17 Yanvar 2019 Bakıda parkomatlar sökülür - VİDEO
16 Yanvar 2019 Eldar Əzizovda hava ilə bağlı tapşırıq
16 Yanvar 2019 Mehriban Əliyeva Sarkozi ilə görüşüb
15 Yanvar 2019 AzTV-nin Kiyevdə Kliçko hoqqası və park adına imitasiya - VİDEO/FOTO
15 Yanvar 2019 Arif Alışanov AzTV-dən çıxarıldı - Rəsmi
15 Yanvar 2019 Azərbaycan polisi necə işləyir? - TƏDBİR
15 Yanvar 2019 Gənc oğlanı metorunun yaxınlığında öldürən şəxslərdən XƏBƏR VAR
15 Yanvar 2019 Burnu ilə balabanda ifa edən sabirabadlı hər kəsi heyrətləndirdi - VİDEO
14 Yanvar 2019 İlham Əliyev nazirliyi ləğv etdi - FƏRMAN
14 Yanvar 2019 Bu dövlət qurumları ləğv edildi - FƏRMAN
14 Yanvar 2019 Çavuşoğludan canlı yayımda həmkarına sərt sözlər - VİDEO
14 Yanvar 2019 Nuşirəvan Məhərrəmli MTRŞ-ya yeni Aparat rəhbəri təyin etdi
14 Yanvar 2019 Aybəniz Haşımova Vasif Talıbova təşəkkür etdi – FOTOLAR
14 Yanvar 2019 Arvadını namaz üstündə bıçaqladı - MƏHKƏMƏ
14 Yanvar 2019 Səddam Hüseyni edam etdirən hakimin faciəli sonu - VİDEO
13 Yanvar 2019 Könül Xasıyevaya ağır itki üz verdi
13 Yanvar 2019 Deputatdan maraqlı ad təklifi - “Aprel yağış, may çiçək, noyabr xəzəl olsun”