b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1547119787_1494227837467085477_1000x669.jpg
"Rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin”.

Missiya.Az xəbər verir ki, bunu Trend-in bu günlərdə Fransa Xarici İşlər Nazirliyinin (XİN) Mehman Hüseynovla bağlı ünvanlanan sualı cavablandırması və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezirin məsələ ilə bağlı Azərbaycanın xarici işlər nazirinə məktub ünvanlaması barədə sorğusuna cavab olaraq Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri vəzifəsini idarə edən Leyla Abdullayeva bildirib.
L.Abdullayeva deyib ki, Fransa tərəfinin hazırda ölkəni "sarı jilet”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir: "Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar”.
 
Onun sözlərinə görə, Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər:
 
"Məhz Fransa vətəndaşı olan Arlem Dezir Fransa Xarici işlər Nazirliyinin dövlət katibi vəzifəsində çalışdığı müddətdə Ermənistan-Azərbaycan münaqişəsinə də təhkim olunaraq Azərbaycanda qatı ermənipərəst şəxs kimi tanınırdı. Görünür, A.Dezir qərəzsizlik prinsipini unudaraq vətəndaşı olduğu ölkənin mövqeyindən çıxış etməyi üstün tutub. Ona da məsləhət görürük ki, ölkəsində nümayişçilərə qarşı istifadə olunan zorakılığı dəyərləndirsin. Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür”.
 
Xatırladaq ki, Xarici İşlər Nazirliyinin nümayəndəsi bloger Mehman Hüseynovun işini diqqətlə izlədiyini bildirmişdi: "Biz bu jurnalistin və hüquq müdafiəçisinin ətrafında yaranmış vəziyyətdən narahatıq. Biz vəziyyəti, xüsusilə onun saxlanma şəraitini diqqətlə izləyirik. Ümid edirik ki, Mehman Hüseynova qarşı yeni cinayət ittihamı onun üzərindən götürüləcək və o, tezliklə azadlığa buraxılacaq", 
19 İyun 2019 "Prezident həmişə vətəndaşın yanındadır" - Davamlı sosial siyasət və nümunəvi dövlət modeli
18 İyun 2019 Minimum aylıq əməkhaqqı artırıldı - SƏRƏNCAM
18 İyun 2019 "Cəmiyyət müharibəyə hazır olmalıdır" - Hazırıqmı?
18 İyun 2019 8 nəfərin güllələndiyi qan davasının TƏFƏRRÜATLARI – VİDEO
17 İyun 2019 İmamoğlundan Binəli Yıldırıma maraqlı hədiyyə - VİDEO
15 İyun 2019 Çingiz Mustafayevin ölümündən 27 il ötdü - Milli Qəhrəmanın həyatı
15 İyun 2019 Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir
14 İyun 2019 Gəncədə "Son zəng" - FOTOLAR
14 İyun 2019 Azərbaycanlı idmançı toyunda xanımı ilə “yumruqlaşdı”
14 İyun 2019 Yeznəsini güllələyən “Hozu Rauf” saxlanılıb – VİDEO
13 İyun 2019 Baş redaktor dövlətə xəyanətə görə həbs edildi - DTX-nın əməliyyatı - FOTO
12 İyun 2019 Elman Babayev vəzifəsindən azad edildi
12 İyun 2019 Azərbaycanda tanınmış şair HƏBS EDİLDİ - FOTO
12 İyun 2019 Qonşu ölkə 4 günlük iş həftəsinə keçir
12 İyun 2019 İlham Əliyev “Yanardağ” qoruğunun açılışında - FOTO
11 İyun 2019 Millimiz Bakıda rusvayçı hesabla uduzdu
11 İyun 2019 Metro üçün alınan yeni vaqonlar artıq Bakıdadır - FOTOLAR
11 İyun 2019 Bəxti gətirmiş xalq və ya 9 iyundan başlayan Qurtuluş GÜNÜ
11 İyun 2019 “Heydər Əliyev olmasaydı, dövlət mövcudluğunu itirəcəkdi” – Ramin Əhmədov
11 İyun 2019 Bakıda avtomobil magistral yolda belə “uçdu” – REAL VİDEO