b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_vbQNnzHwABzqXIkwow.jpg

“Azərbaycan dünyada beynəlxalq konvensiylara və hüquqi prinsiplərə daim əməl edən dövlət kimi tanınır. Hər bir Azərbaycan vətəndaşı qanun qarşısında bərabərdir. Hər bir şəxs etdiyi əmələ görə qanun qarşısında məsuliyyət daşıyır”.

Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov Avropada mühacir adı ilə məskunlaşmış “söyüş müxalifəti” adlı başıpozuq dəstənin xəyanətkar davranışlarından danışarkən deyib.

R.Əhmədov qeyd edib ki, Azərbaycan dövlətinə və xalqına qarşı müxtəlif kampaniyalar aparan cinayətkar dəstənin ayrı-ayrı elementləri, nə vətəndaşı olduqları ölkənin qanunlarına məhəl qoyurlar, nə də mühacir kimi sığındıqları ölkələrin qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə əməl edirlər: “Bütün dəyərlərdən imtina etmiş xəyanət çetesinin üzvləri, ciddi cəhdlə belə təsəvvür yaradırlar ki, guya bunlar Azərbaycanda təzyiq və təqib altında olub, səsləri boğulub, iş qurmalarına imkan verilməyib, az qala hər küçədə, hər tində döyülərək işgəncələrə məruz qalıblar. Bütün bunlar iddia olunarkən isə ortaya normal bir arqument qoyulmur, fikirlər konkret faktlarla əsaslandırılmır. Çünki yalan danışır, götürdükləri öhdəliyə uyğun olaraq şər və böhtana əl atır, ölkəmiz və dövlətimiz barədə yalnış qənaətlərin formalaşmasına çalışırlar. Bu isə birmənalı şəkildə ermənilərin “milli-ideoloji xətti” ilə üst-üstə düşür. Ermənilər də əzildiklərini, daim təziq altında olduqlarını iddia edirlər”.

fvfgfgfg.png

R.Əhmədov vurğulayıb ki, Azərbaycan dövlətinə qarşı aparılan bütün qarayaxma kampaniyaları son nəticədə fiaskoya uğrayıb, kampaniyanı təşkil edənlərin çirkin məqsədləri ifşa olunub: “Azərbaycan cəmiyyəti Avropada oturub, sosial şəbəkələrdə hər gün canlı yayımlar etmək kimi öhdəliyi olanların xəyanətkar davranışlarına heç vaxt dəstək verməyib. Bu vaxta qədər hansı yalanlarla çıxış ediblərsə, son nəticədə ifşa olunaraq rüsvayçı vəziyyətə düşüblər. Baxın, blogger kimi təqdim olunan Mehman Hüseynovun guya ölüm aksiyası keçirdiyini iddia edirdilər. Hər gün videolar yayır, statuslar paylaşırdılar ki, Mehman 10 gündən artıqdır ki, heç nə yemir, su içmir. “Mehmanı hər an itirə bilərik” deyib, elə təsəvvür yaradırdılar ki, guya Mehmanın ayaq üstündə dayanmağa taqəti çatmır. Amma biz nə gördük? Hüquq müdafiəçiləri gedib ona baş çəkdilər və bu görüşü əks etdirən fotolar mətbuatda yayıldı. Hamı gördü ki, Mehman heç də deyildiyi kimi halsız deyil, kilo itirməyib, əksinə, xeyli çəki alıb. Hamı bilir ki, insan çox yox, iki gün qida qəbul eləməsə, su içməsə, onun orqanizmində ciddi dəyişikliklər yaranır, təzyiq aşağı düşür, dəri öz rəngini itiririr. Tibbi ədəbiyyatlarda bu barədə dəqiq bilgilər var. Aclığın ilk 1-2 gün ərzində bədən mövcud enerjisini istifadə edir. Bədəndəki qlikogen (orqanizmin enerji deposu), daha sonra isə piy bu müddət ərzində istifadə olunur. Baş ağrısı və enerjisizlik hiss olunur. 3-7 günlərdə isə bədəndəki qlükoza ehtiyatı da tükənməyə başlayır. Bədən özü-özünü yeyir, orqanizm  əzələlərdən istifadə edir, nəticədə çəki itirilir. Su da qəbul etməyən adam bu müddətdə ölə bilər. Amma şəkillərdən də göründüyü kimi, bütün bu kimi fəsadlar Mehmanda müşahidə olunmur. Avropadakı söyüş müxalifətinin təmsilçiləri isə insanlarda elə təsəvvür yaratmağa çalışırdılar ki, sanki Mehman artıq ömrünün son günlərini yaşayır. Amma bu ucuz kampaniyalarını uzun müddət sürdürə bilmədilər. Çalışdılar ki, dövlətimizi tənqid hədəfinə gətirsinlər. İnsanları küçələrə səslədilər. Müxtəlif çağırışlar yayıldı. Amma yenə də cəmiyyətdən hər hansı dəstəyi görmədilər. Bundan sonra da belə olacaq. Xalq müqayisə etməyi bacarır. İnsanlarımız görür ki, Avropada oturub iyrənc videolar yayan, dövlətimizə qarşı əsassız iddialar səsləndirənlər əxlaqdan və mədəniyyətdən uzaq adamlardır. Cəmiyyət üçün artıq hər şey aydındır: bu cinayətkar dəstənin üzvləri xarici xüsusi xidmət orqanları qarşısında öhdəlik götürüb, öz dövlətlərinə qarşı çirkin oyunlar qurur, ölkəni qarışdırmaq, qarşıdurmalar yaratmağa çalışırlar”.

rrtrtr.jpg

Azərbaycan polisi barədə səsləndirilən fikirlərə münasibətini açıqlayan R.Əhmədovun sözlərinə görə, əsassız iddialarla  polislərimizi xalqın gözündən salmaq və insanları itaətsizliyə meyilləndirmək məqsədi güdülür: “Onlar bunu məqsdli şəkildə edirlər. Öz vəzifə borcunu yerinə yetirən, qanunsuz aksiyaların qarşısını alan Azərbaycan polisini özlərinə düşmən hesab edirlər. Çünki bunlara özbaşınalıq lazımdır. İstədikləri odur ki, ölkədəki sabitlik pozulsun. Yaşadıqları ölkələrdə isə polisin vətəndaşlarla sərt davranışlarını görməzdən gəlirlər. Fransada “Sarı jiletlilər”in aksiyalarında polisin necə amansız olduğunu bütün dünya seyr etdi. Asayişi pozan, təxribatçı hərəkətlərə yol verən, polisin qanuni tələblərinə məhəl qoymayanları ölümcül döydülər, qadınların saçından tutub yerlə sürüdülər... Amma söyüş müxalifətinin Fransadakı “lojası”, eləcə də Ameriakada oturub xalqa “demokratiya” dərsi keçən, xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq şəraitində işləyən jurnalistlər bunu görmədi, bu barədə bir kəlmə də olsun danışmadılar. Məgər təkcə Fransadımı? Avropanın bütün ölkələrində qanunsuz aksiyalar eyni şəkildə dağıdılır”.

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1544286908.jpg

R.Əhmədov "söyüş müxalifəti"nin çağırışlarına nəinki Azərbaycan cəmiyyətinin, heç mühacir adı ilə Avropaya üz tutan azərbaycanlıların da əhəmiyyət verməməsi faktına da diqqət çəkib: “Günlərlə çağırdılar, müraciətlər yaydılar, amma nəticəsi olmadı. Guya Avropanın müxtəlif şəhərlərində “etiraz aksiyası” keçiriblər. Bunlar 5-10 nəfərin bir yerə yığışıb boş-boş danışmasına da mitinq deyirlər. Fakt odur ki, nə buradakı azərbaycanlılar, nə də oradakılar söyüş müxalifətinin səsinə səs vermədi. Bu isə insanların sözügedən cinayətkar dəstəyə münasibətinin aydın göstəricisidir. Onlar xəyanət yoluna ayaq basmasaydılar, dövlətimizə qarşı böhtan kampaniyaları aparmaq kimi öhdəliklər götürməsəydilər, bu vaxta qədər heç olmasa bir dəfə Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirərdilər. Dədə-baba yurdlarını ziyarət edərkən ermənilərə əsir düşən Dilqəm və Şahbazın taleyi onlar üçün maraqlı deyil. Maraqlı olsaydı, Avropa ölkələrindəki Ermənistan səfirliklərinin qarşısında etiraz aksiyaları keçirər, dünya ictimaiyyətinin diqqətini bu iki qeyrətli Azərbaycan oğlunun ağır durumuna yönəldərdilər”.

R.Əhmədov qeyd edib ki, "söyüş müxalifəti"ni təmsil edənlər gec-tez bir-birlərini ifşa edəcək, hansı məqsədə qulluq etdiklərini özləri açıb ortaya qoyacaqlar: “Bir müddət əvvəl ikisinin arasında yaşanan qarşıdurmanı hamı müşahidə etdi. Məlum oldu ki, bunlar aldıqları qrantları bölüşdürə bilməyiblər. Biri digərini ittiham edirdi ki, onu işlədib, əvəzində pulunu verməyib. Hamı gördü ki, əslində bu adamları maraqlandıran dövlətə, dövlət məmurlarına qarşı ağır təhqirlərlə müşayət olunan kampaniyalar aparmaqla Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən təşkilatlardan, fondlardan pul qoparmaqdır”.

Sonda R.Əhmədov "süyüş müxalifəti"nin  apardığı kampaniyaların bundan sonra da cəmiyyət tərəfindən dəstəklənməyəcəyini vurğulayıb: “Dövlətimizə qarşı aparılan şər və böhtan kampaniyaları iflasa məhkumdur. Cəmiyyət heç vaxt cinayətkar şəbəkənin təmsiçilərinə dəstək verməyib, bundan sonra da verməyəcək. Bu xalq, ölkədəki sabitliyi və daha böyük hədəflərə hesablanmış inkişaf  yolunu heç nəyə qurban verməz”.

19 Mart 2019 Vicdan əzabına dözməyən türk 5 il sonra Bakıya gəlib təslim oldu - VİDEO
19 Mart 2019 KİVDF-nin 10 illik yubileyi qeyd edilib
18 Mart 2019 Kredit müqavilələrinə dair yeni qayda
18 Mart 2019 İlaxır çərşənbənin hava proqnozu - Güclü külək və leysan
18 Mart 2019 Əli İnsanov həbsdən model kimi çıxdı- Palto 3500 dollar...
17 Mart 2019 Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı azadlığa buraxılıb – FOTO
17 Mart 2019 "Yeni Zelandiyada məscidə hücum edən şəxs 2 dəfə Türkiyədə olub" - Ərdoğan
17 Mart 2019 Emin Milli əfvə görə Prezidentə təşəkkür etdi: Çox istəyərdim ki, Azərbaycana qayıdım
16 Mart 2019 Tanınmış məhbuslardan kimlər əfv olunub? - SİYAHİ
16 Mart 2019 Prezident Əli İnsanovu əfv etdi
16 Mart 2019 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
16 Mart 2019 Azərbaycandan Ermənistana keçən ruhi xəstədir - Rəsmi
16 Mart 2019 Azərbaycanda əhalinin sayı açıqlandı
15 Mart 2019 Vidadi Zeynalov azadlığa buraxıldı
15 Mart 2019 Afət işdən qovulan tibb bacılarına sahib çıxdı: “Maaşlarından çox pul verəcəm”
15 Mart 2019 Afətin mahnısına oynadıqlarına görə işdən çıxarılan işçilər danışdı
14 Mart 2019 Məhkəmə Kamil Zeynallı ilə bağlı qərar verdi
14 Mart 2019 Ayselin dağıtdığı iddia olunan ailənin münaqişəsi - Detallar
14 Mart 2019 Ukraynadakı səfir əcnəbi uşağı övladlığa götürür? – Müəmmalar davam edir...
14 Mart 2019 “Kurtlar Vadisi”nin məşhur aktyoru QƏFİL VƏFAT ETDİ - FOTO