b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1546859584_412775858.jpg
Bu il yanvarın 1-dən pensiya qanunvericiliyində qüvvəyə minən dəyişikliyə əsasən, pensiya təyinatının avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə başlanılıb. Pensiya hüququ yarananda ölkə vətəndaşının onu reallaşdırmaq üçün sənəd toplayıb hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Həmin islahat tədbiri pensiyalarda artıma da imkan yaradıb.
 
Missiya.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Çingiz Əliyev pensiya qanunvericiliyində həyata keçirilən bu yeniliyin məğzini şərh edərək deyib: "Vətəndaşın qanunvericilikdə nəzərdə tutulan pensiya yaşı çatdığı təqdirdə heç bir təşkilata müraciət edib sənəd toplamadan, pensiya yaşı tamam olan gün ona elektron qaydada pensiya təyin olunacaq. Ona, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır, həmin vaxtdan sonrakı dövr isə fərdi hesabında olan pensiya kapitalı da nəzərə alınmaqla müvafiq hesablama aparılaraq pensiya təyin edilir. Əgər pensiya təyin edilənlərdən kimlərinsə faktiki stajı 2006-cı ilədək 25 ildən çox təşkil edirsə, onların faktiki stajı əsasında pensiya təyinatı həyata keçirilir".
 
Şöbə müdiri qeyd edib ki, pensiya təyin olunan kimi vətəndaşa SMS və e-mail vasitəsilə bu barədə, həmçinin pensiyanın məbləği və pensiya kartını haradan əldə edəcəyi barədə məlumat çatdırılır: "2019-cu ildə pensiya yaşına çatanlardan 70 faizinə, təxminən 36 min nəfərə pensiyalar avtomatlaşdırılmış qaydada təyin ediləcək və onların pensiyalarının məbləğlərində, gəlirlərində artımlar gözlənilir, çünki 2006-cı ilə qədər vətəndaşlara təqdim edilən 25 il sosial sığorta stajı minimum 122 manat pensiya qazanılması deməkdir. 2006-cı ildən sonra işləyənlər üçün həmin məbləğin üzərinə fərdi hesabında qeydə alınmış pensiya kapitalının hesablanması yolu ilə əlavələr də edilir".
 
Çingiz Əliyevin verdiyi məlumata görə, yaşa görə müavinət təyin ediləcək on minlərlə vətəndaş pensiya sahəsində həyata keçirilən bu islahat tədbiri nəticəsində artıq əmək pensiyası hüququna malik olacaq: "Yəni bu il təxminən 19,5 min nəfər şəxs onlara avtomatik şəkildə 25 il sosial sığorta stajı hesablanması nəticəsində yaşa görə əmək pensiyası almaq hüququ qazanacaq. Bu da yaşa görə sosial müavinətdən yaşa görə pensiyaya keçdikləri üçün onların gəlirlərində artım özünü göstərəcək".
 
Nazirliyin rəsmisi onu da bildirib ki, bu il pensiya yaşına çatanlardan 30 faizinin isə pensiyaları hələ ki, avtomatlaşdırılmış qaydada təyin edilməyəcək. Onların sırasına güzəştli şərtlərlə əmək pensiyasına hüquq qazananlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. daxildir. Lakin onların da pensiya təyinatının avtomatlaşdırılması üçün işlər aparılacaq.

Azərtac
25 Mart 2019 Aydın Xırdalanlı həmkarına nə vəsiyyət edibmiş? - VİDEO
25 Mart 2019 Azərbaycanlı iş adamının oğlu həlak oldu - Odessada dəhşətli qəza (Fotolar + VİDEO)
25 Mart 2019 Afətdən xalq artistlərinə ağır sözlər: "Qələt edirsiz, məni tənqid etdiyiniz yerdə!"
23 Mart 2019 Astananın dəyişdirilməsi rəsmi şəkildə təsdiqini tapdı
23 Mart 2019 Üzeyirdən döyülməsi xəbərinə reaksiya
21 Mart 2019 Türkmənistan blokada elan etdi - Tacikistan Azərbaycana üz tutdu
20 Mart 2019 Bakıda qonşuların davası qanla bitdi - VİDEO
20 Mart 2019 Novruz Məmmədovdan cəzaçəkmə müəssisələri ilə bağlı yeni qərar
19 Mart 2019 Nazarbayev istefa verdi - SON DƏQİQƏ
19 Mart 2019 Vicdan əzabına dözməyən türk 5 il sonra Bakıya gəlib təslim oldu - VİDEO
19 Mart 2019 KİVDF-nin 10 illik yubileyi qeyd edilib
18 Mart 2019 Kredit müqavilələrinə dair yeni qayda
18 Mart 2019 İlaxır çərşənbənin hava proqnozu - Güclü külək və leysan
18 Mart 2019 Əli İnsanov həbsdən model kimi çıxdı- Palto 3500 dollar...
17 Mart 2019 Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı azadlığa buraxılıb – FOTO
17 Mart 2019 "Yeni Zelandiyada məscidə hücum edən şəxs 2 dəfə Türkiyədə olub" - Ərdoğan
17 Mart 2019 Emin Milli əfvə görə Prezidentə təşəkkür etdi: Çox istəyərdim ki, Azərbaycana qayıdım
16 Mart 2019 Tanınmış məhbuslardan kimlər əfv olunub? - SİYAHİ
16 Mart 2019 Prezident Əli İnsanovu əfv etdi
16 Mart 2019 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb