b_550_325_16777215_00_images_xeber_sekilleri__19.11.2018_cekk.jpg
ABŞ-ın Texas ştatında yaşayan Kristofer Presopia çəkdiyi bir selfie foto sayəsində üzərinə atılan şərdən qurtulub.

Missiya.Az xəbər verir ki, prokurorun 99 il həbs cəzası tələb etdiyi Kristoferin ailəsi məhkəməni 150 min dollar girovla oğlanı müvəqqəti azadlığa buraxmağa razı sala bilib.

21 yaşlı gəncin keçmiş sevgilisi polisə müraciət edərək Kristoferin onun evinə zorla girdiyini, onu döydüyünü, bıçaqla sinəsinə xaç qazıdığını iddia edib. Prokuror isə şikayət ərizəsinə əsasən gənc oğlan üçün 99 il həbs cəzası tələb edib.

Gəncin ailəsi məhkəməyə 150 min dollar girov qoyaraq övladlarını azadlığa buraxıblar və onun günahsız olduğunu sübut ediblər. Kristoferin anası bildirib ki, hücumun baş verdiyi gün ailə hadisə yerindən 65 km uzaqda olan bir oteldə yemək yeyib. Kristofer isə yemək zamanı selfie foto çəkib və onu sosial şəbəkədə paylaşıb. Bu foto polisi inandırıb ki, qıza hücum edilən zaman Kristofer tamamilə başqa bir yerdə olub.

Sonra isə qız Kristoferdən intiqam almaq üçün belə bir yalan uydurduğunu boynuna alıb.


b_550_325_16777215_00_images_xeber_sekilleri__19.11.2018_cekk2.jpg
 
16 Fevral 2019 Çeçenlərlə azərbaycanlılar görüşdülər – VİDEO
15 Fevral 2019 Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı - Vaxtından əvvəl
15 Fevral 2019 Türkiyədə azərbaycanlı sürücü dəhşətli qəza törətdi - 4 yaralı - VİDEO
14 Fevral 2019 Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib
14 Fevral 2019 ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır
14 Fevral 2019 İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam
14 Fevral 2019 Cəfər Xəndanın oğlu vəfat edib
14 Fevral 2019 Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada vəfat etdi - TƏFƏRRÜAT
14 Fevral 2019 Mehriban Əliyeva ağır vəziyyətdə olan Bərdə sakini barədə TAPŞIRIQ VERDİ
13 Fevral 2019 BDU-nun tələbəsi niyə öldürüldü? - Yeni məqam üzə çıxdı
13 Fevral 2019 Prezident Beyləqana səfər edib
13 Fevral 2019 Azərbaycanda 200 mini mənimsəyən vəzifəli şəxslər saxlanıldı
12 Fevral 2019 Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi
12 Fevral 2019 Prezidentin köməkçisindən ictimaiyyətə mühüm ÇAĞIRIŞ
12 Fevral 2019 KİV: Söyün Sadıqov həbs olunub
12 Fevral 2019 Manşet “Reket” jurnalist bu şəxslərdən hədə-qorxu ilə pul alıb - DTX adları açıqladı
12 Fevral 2019 Azərbaycanda zəlzələ: insanlar küçələrə axışdı, icra başçısı sakinlərlə görüşdü - VİDEO
11 Fevral 2019 Sabahın hava proqnozu açıqlanıb
11 Fevral 2019 Mehriban Əliyeva Uşaq Psixonevroloji Mərkəzində - FOTOLAR
11 Fevral 2019 Azərbaycanda qəbiristanlıqda namus üstündə qətl