n168.jpg

Prezident Administrasiyasına dəvət edilən QMİ sədrini məlum qalmaqalla bağlı dinləyiblər; sabiq rektorun YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvlüyündə qalıb-qalmayacağı hələ də bilinmir...

Noyabrın 15-də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun fəaliyyəti yoxlanılır. “Yeni Müsavat”a daxil olan məlumata görə, iki gün əvvəl eyni vaxtda hüquq-mühafizə orqanları da daxil olmaqla, bir neçə qurum BDU-da yoxlamalara başlayıb. Mənbə bildirib ki, A.Məhərrəmovdan dərhal sonra prorektorların da işdən uzaqalaşdırılmasına səbəb bu yoxlamalardır.

Missiya.Az xəbər verir ki, A.Məhərrəmovun “İspaniyadakı macəraları” haqda 15 noyabrda günün birinci yarısında Prezident Administrasiyasına dəvət edilən Qafqaz Müsəlmanları İdarəsinin sədrini dinləyiblər. Bu görüşdən dərhal sonra da A.Məhərrəmovla bağlı məlum sərəncam elan olunub. A.Məhərrəmovun içkinin təsiri altında həddini aşması, “universiteti ayağa qaldırmaq” təhdidi və gec saatlarına baxmayaraq, hörmətli Şeyxi narahat etməsi rektorun sonunu gətirib. Mənbə deyib ki, A.Məhərrəmovla məclis qurduğu deyilən adını çəkmək istəmədiyimiz bir deputat da PA-da rəhbərlik səviyyəsində ciddi danlanıb.
b_550_325_16777215_00_images_xeber_sekilleri__14.11.2018_n170.jpg

Adı çaxır biznesində hallanan A.Məhərrəmovun İspaniyadakı səfir oğlunun taleyinə gəlincə, Azərbaycan Xarici İşlər Nazirliyi məlum qalmaqalla bağlı hələ mövqe bildirməyib. Amma səfir Anar Məhərrəmovdan da baş verənlərlə bağlı yazılı izahat alınıb. Gözlənilir ki, yaxın günlərdə onun da diplomatik fəaliyyətinə son veriləcək. A.Məhərrəmova bundan sonra XİN-də “xırda iş” veriləcəyi barədə də iddialar var. Yeri gəlmişkən, sabiq rektorun yaxın ailə üzvləri də yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar. Abel Məhərrəmovun qardaşlarından biri Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışır. Digər qardaşı Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir.

b_550_325_16777215_00_images_xeber_sekilleri__14.11.2018_n169.jpg

Bu arada Abel Məhərrəmovun ünvanına YAP-ın Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun çox sərt ifadələr işlətməsinə hakim partiyanın Siyasi Şura üzvü olan keçmiş deputat, Naftalan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Musa Musayevdən gözlənilməz reaksiya gəlib. YAP-ın təşkilat sədri sabiq rektoru əxlaqsızlıqda suçlayıb:“Birinci ona sual olunur ki, axı sən bu qədər çaxırı hara aparırsan? Əgər biz deyilənlərə inansaq və Abel Məhərrəmov həmin çaxırları İspaniyada qablaşdırıb Azərbaycan insanlarına ”ispan çaxırı" adı ilə sırıyıbsa, bunun bircə adı var, o da əxlaqsızlıqdır! Axı sən kimsən ki... bizim dini rəhbərimiz olan və milli adət-ənənələrimizi özündə ehtiva edən hörmətli Şeyximiz Allahşükür Paşazadəyə qarşı sərxoş vəziyyətdə söz atmaq, onun əsəbləri ilə oynamaq və onu dolamaq ən böyük əxlaqsızlıqdır. Bunun ayrı adı yoxdur", deyə o saytlardan birinə deyib.

YAP Siyasi Şurasının üzvü isə gununsesi.org-a açıqlamasında bu barədə danışıb: “Abel Məhərrəmovun rektor vəzifəsindən azad edilməsindən sonra ona qarşı aparılan bu ”qara piar" məndə təəssüf doğurdu. Axı bizim insanlar niyə vəzifədə olana yaltaqlanır, gedənə isə “balta çalır? Biz bu adətimizi tərgitməliyik”, deyə o bildirib.

M.Musayev bunları əlavə edib: “Birincisi, Abel müəllim 19 il rektor olub. Bu, o deməkdir ki, 19 il bu işdə etimad qazanıb. Digər tərəfdən, O, YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvüdür. Partiyanın Xətai şöbəsinin sədri Hüseynbala Mirələmov onun haqqında etikadankənar sözlər danışıb. Mən bunu öz partiyadaşına qarşı səhv hərəkət sayıram. Bu gün ölkəmizdə pis ənənə yaranıb. Vəzifədə olana yaltaqlanmaq, tərif demək, gedənin isə dalınca danışmaq ənənəsi var. Hətta görün iş nə yerə çatıb ki, hansısa şou əhlinin manısı belə akademik haqqında danışır”.

Qeyd edək ki, A.Məhərrəmovun YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvlüyündə qalıb-qalmayacağı da hələ bilinmir.

Yeni Müsavat

17 May 2019 Putin Rusiyanın əsas silahını açıqladı
17 May 2019 “Green Card” sistemi dəyişir - Rəsmi
17 May 2019 Bakıda sürücü keçiddə piyadaları belə vurdu - VİDEO
17 May 2019 ABŞ hərbi gəmiləri İran körfəzinə daxil oldu
17 May 2019 “Günay Bank” "qara zolaqdan" niyə çıxa bilmir? - 100 milyonluq oğurluğun fəsadları
16 May 2019 Prezident bu şəxsə “Şöhrət” ordeni verdi - FOTO
16 May 2019 Bakıda zibil maşınının avtobusa çırpıldığı qəzanın görüntüsü - VİDEO
16 May 2019 Dilarə və İslamdan qeyri-adi BACARIQ - VİDEO
15 May 2019 Prezident Bakı Ekspo Mərkəzində
15 May 2019 Gömrükçülərə rüşvət təklif etdi, kameraya düşdü - VİDEO
15 May 2019 Bakıda tələbələr arasında ölümlə nəticələnən davanın ŞOK görüntüləri yayıldı - TAM VİDEO
15 May 2019 Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara - ŞAD XƏBƏR
14 May 2019 Orduxanın "düyməsi" və Brüsseldəki düşüklük...
14 May 2019 Mir Şahin Orduxandan danışdı: Siyasi ləçərlər, mundarlar - VİDEO
14 May 2019 “Jurnalistlərin yeni binası gələn il istifadəyə veriləcək” - Vüqar Səfərli
14 May 2019 Bakıdakı finalla bağlı “qara bazar” işini DTX araşdırır
14 May 2019 Azərbaycanda vəzifəli şəxs faicəvi şəkildə öldü - FOTO
13 May 2019 Çingiz Abdullayev Kloppa və ingilislərə: Centlmenlər, ədalətli danışmırsınız
13 May 2019 Tofiqin vətəni, ingilisin “tövsiyyəsi” və göz çıxaran Bakı
13 May 2019 Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə - MÜRACİƏT