b_550_325_16777215_00_images_xeber_sekilleri__14.11.2018_n132.jpg

“Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda növbəti beynəlxalq elmi konfrans keçirilib.

Missiya.Az xəbər verir ki,Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycanın və Gürcüstanın ekologiya və ətraf mühit nazirləri, Dünya Vəhşi Təbiət Fondunun (WWF), eləcə də, Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Niderland, Belarus, İranın rəsmi nümayəndələri və beynəlxalq mütəxəssislər iştirak ediblər.

Konfransın keçirilməsində məqsəd bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetlərin müəyyənləşdirilməsi, regionda icra olunan oxşar layihələrin təcrübəsinin öyrənilməsi, məlumat mübadiləsinin aparılması və regional əməkdaşlığın genişləndirilməsi olub.

Konfransda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, ətraf mühit problemləri sərhəd tanımır. İnsan məskunlaşmaları nəticəsində 40 faiz vəhşi mühit məhv edilib. Ekosistemin deqradasiyası göz önündədir.

Azərbaycanda həm qurudakı, həm də sudakı canlıların reabilitasiyası ilə bağlı mühüm işlərin görüldüyünü qeyd edən Leyla Əliyeva Qafqaz bəbiri, ceyran və nərə balığının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Diqqətə çatdırıb ki, məqsəd bütün təşəbbüsləri dəstəkləmək, təcrübələri bölüşməkdir. Azərbaycanda ceyranların sayı 600-dən 6000-ə qədər artırılıb və bu proses hazırda davam edir. BMT-nin Dayanıqlı İnkişaf Məsələlərinə də toxunan Leyla Əliyeva xeyli sayda insanın təbiətin mühafizəsi ilə bağlı çağırışlara qoşulduğunu deyib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Azərbaycanda 24 yasaqlıq, 10 milli park, 10 qoruq fəaliyyət göstərir. Qoruqlarda antropogen fəaliyyətə icazə verilmir. Ərazidə olan bütün təbii landşaftlar qorunur və elmi-təcrübə mərkəzi kimi istifadə edilir. Biomüxtəlifliyin qorunması üçün Qızılağac Milli Qoruğu yaradılıb. Zaqatala, Balakən biosferinin yaradılması üçün isə əsaslı işlər görülür.

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili qeyd edib ki, ölkəsində 9 faiz ərazi xüsusi mühafizə ərazisi sayılır. Uzun illərdir ki, Gürcüstan Azərbaycan ilə vəhşi təbiətin qorunması və mühafizəsi sahəsində əməkdaşlıq edir. Vəhşi təbiətin qorunması və mühafizəsi sərhəd tanımır. O vurğulayıb ki, Azərbaycan nəsli kəsilməkdə olan heyvanların artımında böyük nailiyyətlər əldə edib.

Dünya Vəhşi Təbiət Fondunun Cənubi Qafqaz üzrə nümayəndəsi Aurel Heydelberq deyib: “Biz vəhşi təbiətin qorunması və mühafizəsi ilə bağlı araşdırmalar aparırıq. Bu, çox mühümdür. Mənim burada yerli mütəxəssislərlə də müzakirələrim olub. Bu konfrans Qafqaz ölkələrinin təcrübələrini bölüşməyə təkan verəcək”.

Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.

19 Dekabr 2018 Yerli ixracatçı sahibkarlar üçün gömrük əməliyyatlarına dair təlim keçiriləcək
18 Dekabr 2018 Azərbaycanda 5 gün iş olmayacaq
17 Dekabr 2018 Nərmin Şahmarzadə üzr istədi - VİDEO
17 Dekabr 2018 Umayra Tağıyevanın yerinə yeni təyinat
17 Dekabr 2018 Mübariz İbrahimovu "qatil" adlandıran qız məhkəməyə verildi - VİDEO
17 Dekabr 2018 İlham Mirzəyevə ağır itki - FOTO
17 Dekabr 2018 Azərbaycanda dəhşətli ailə faciəsi - 3 nəfər öldü
17 Dekabr 2018 "Maşın"da Ramin Nabranı və Mənsur Şərifi hədəf seçən iştirakçının acı sonu - VİDEO
15 Dekabr 2018 Mübariz İbrahimovu təhqir edən qızla bağlı ilginc faktlar: MÜƏLLİMƏSİ DANIŞDI
15 Dekabr 2018 Deputat sərxoş halda Bakının mərkəzində dava saldı
14 Dekabr 2018 DSX Ermənistanla dövlət sərhədindəki döyüş postlarını təhvil alıb
14 Dekabr 2018 Azərbaycanda dopler radar müşahidə sistemi tətbiq olunacaq
14 Dekabr 2018 Kiyevdə təqibə və hədəyə məruz qalan azərbaycanlı jurnalistin işi ilə bağlı detallar məlum olub
14 Dekabr 2018 Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdilər - VİDEO
13 Dekabr 2018 Prezident idmançılara ev bağışladı - FOTOLAR
13 Dekabr 2018 Yetkinlik yaşına çatmayan qızı qaçıranlara hökm oxundu
13 Dekabr 2018 İlham Əliyev ilin idman yekunlarına həsr olunan mərasimdə - FOTOLAR
13 Dekabr 2018 Azad Rəhimov “Buta Palace”-ın art direktorunu ömürlük həbsə yollatdıra bilər
13 Dekabr 2018 Dünya yeni trendə qədəm qoyur: Qaradərililər – FOTOLAR
13 Dekabr 2018 Emin Ağalarovun rus müğənni ilə şıdırığı Azərbaycan rəqsi - Ad günündən VİDEO