b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_yagisbaki.jpeg

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Azərsu" ASC-nin Bakı yollarını su basması ilə bağlı səsləndirdiyi ittihamlara cavab verib.

“Elə yollar var ki, yağış barmaqlıqları yoxdur. Əgər elədirsə, buna mən yox, Anar Nəcəfli (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi) cavab verməlidir”. – fikrinə münasibət bildirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Missiya.Az-a açıqlamasında deyib ki, təmsil etdiyi qurum harada imkan varsa, o ərazilərə yağış barmaqlıqları quraşdırıb: “İmkan olmayan ərazilərdə bu sistemin yaradılması qeyri-mümkündür. “Azərsu ASC-nın yağış kollektorları və yağış kanalizasiyaları yaxınlıqdan keçirsə, biz yağış barmaqlıqlarını quraşdıra bilirik. Əgər yağış kanalizasiya sistemi yoxdursa, yağış barmaqlıqlarını yaradıb heç bir yerə qoşa bilmərik. O şəraiti isə “Azərsu ASC yaratmalıdır”.


b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_1898162_548265061976485_7711288488481172621_n1537260318.jpg

Anar Nəcəfli bildirib ki, əgər yolun kanalizasiya xətti yoxdursa, biz vizual görüntü xatirinə yağış barmaqlıqlarını qoşa bilmərik: “İntensiv yağışlar zamanı yağış kollektorlarına çox su daxil olur. Kollektorların normadan artıq suyu qəbul etmək imkanı olmadığı üçün yağış suyu daşır və yenidən yola qayıdır.

Qeyd edək ki, gecə saatlarından etibarən yağan yağış paytaxtın bəzi yerlərində fəsadlara yol açıb. Belə ki, Əhməd Rəcəbli və Füzuli küçələrində su yığılmaları müşahidə olunub.

 "Azərsu" ASC -nin mətbuat xidmətinin təhbəri Anar Cəbrayılov Qaynarinfo-ya açıqlamasında bildirib ki, güclü yağış əsasən şəhərin mərkəzində müşahiə olunub və gecə saatlarından etibarən "Azərsu"nun bütün briqadaları ərazilərə cəlb olunub:
 "Paytaxtın Nizami, Xətai, Sabunçu, Suraxanı rayonlarına çox az yağıntı düşüb, şəhərin şimal hissələrinə, Binəqədiyə, Novxanı tərəfə demək olar ki, yağış yağmayıb. Güclü yağış əsasən mərkəz tərəflərdə müşahidə olunub. Gecə saat 5-dən bizim bütün briqadalarımız, su kanal idarələrinin rəisləri ərazilərdə olublar. Demək olar ki, hər şey qaydasındadır. Elə yollar var ki, yağış barmaqlıqları yoxdur. Əgər elədirsə, buna mən yox, Anar Nəcəfli (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi) cavab verməlidir. Yağış baramaqlıqları varsa, infrastruktur qurulubsa, başqa məsələ. Məsələn, Əhməd Rəcəbli küçəsində Şəki restoranından Ziya Bünyadov prospektinə qədər olan hissədə yağış barmaqlıqları yoxdur. Həmçinin subasma olan ərazilərdən biri də Füzuli küçəsidir. Park salınanda yağış barmaqlıqları ləğv olunub. Əlavə barmaqlıqlar qoyulub, lakin kifayət qədər deyil. Həmin əraziyə əlavə yağış barmaqlıqlarının quraşdırılması ilə bağlı təklif vermişik".

b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_4035_651fc5e456fc1ba89ba3d06171a63bd7.jpg



Natavan Abdullayeva
Missiya.Az

22 Yanvar 2019 Həbsxanalarda aclıq edən varmı? - Penitensiar xidmətdən açıqlama
22 Yanvar 2019 Nazirlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ
22 Yanvar 2019 Bu dövlətlə heç kəs hədə dili ilə danışa bilməz - Oyun pozuldu
22 Yanvar 2019 Azərbaycanın 72 yaşlı səfiri VƏFAT ETDİ
21 Yanvar 2019 Prezident Mehman Hüseynovla bağlı tapşırıq verdi - Rəsmi
21 Yanvar 2019 Hesablama Palatası: Cərimələr düzgün tətbiq olunmayıb
21 Yanvar 2019 Mehman Hüseynovdan Prezident İlham Əliyevə müraciət
21 Yanvar 2019 Azərbaycanda icra başçısını güllələyən məhkum həbsxanada öldü
20 Yanvar 2019 İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdi
19 Yanvar 2019 BŞBPİ "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yayıb - 2800 nəfər
19 Yanvar 2019 “Qisas” qətnaməsi – Xarici havalara oynamamağın “cəzası”
18 Yanvar 2019 Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
18 Yanvar 2019 20 Yanvar günü bu yollar bağlı olacaq
18 Yanvar 2019 Azərbaycanda 100 manat rüşvət alan vergi müfəttişləri həbs edildi
18 Yanvar 2019 Ağsaqqallar Şurası Şəhidlər Xiyabanını ziyarət edib – FOTOLAR
17 Yanvar 2019 İlham Əliyev bir neçə dövlət qurumunu LƏĞV ETDİ - FƏRMAN
17 Yanvar 2019 Rəsulzadənin barelyefini oğurlayan şəxs tutuldu
17 Yanvar 2019 Azərbaycan gəmisi Xəzərdə qasırğaya düşdü - VİDEO
17 Yanvar 2019 Almaniyadan Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ: Yaxın vaxtlarda...
17 Yanvar 2019 Yollar buz bağlayacaq - PROQNOZ