b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_azer.jpg

“Burada əsas məsələ Xarici İşlər Nazirliyinin indi araşdırmalara başlamasıdır. Görünür, bundan öncə mənimsəmə faktı olmayıb. Demək, səfir özbaşına hansısa nəticələrə gəlib. Orada hansısa nöqsanlar varsa, səfirliklərə aid qurumlar mövcuddur. Onlar qərar çıxarmalı və bunun əsasında səfir bu və ya digər addımlar ata bilər. Azərbaycan səfirliyi üstündə qanunlarımız durur. Ondan irəli gələn addımlar atılır. Əgər yeyinti halları varsa, Azərbaycanın hüquq-mühafizə orqanları bunu araşdırmalıdır”.

Missiya.Az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında deyib. Ukraynadakı səfir Azər Xudiyevin sabiq səfir Tələt Əliyev barədə bu ölkənin hüquq-mühafizə orqanlarına şikayət etməsi faktına münasibət bildirən sabiq nazir qeyd edib ki, əgər səfirliyin binasında təmir zamanı yeyintiyə yol verilibsə, bunun üçün Azər Xudiyevin Ukrayna Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciətinə gərək yox idi: “Azərbaycan Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun Xarici Əlaqələr İdarəsi var. Bunların vasitəsilə işlər görülür”.

T.Zülfüqariv vurğulayıb ki, dövlətimizə aid suveren hüquqlar var və bu hüquqlar başqalarına verilməməlidir: “Təəssüflər olsun ki, nazirlikdən gizli şəkildə belə bir addım atılıb. Təlimat yoxdursa, bu çox ciddi bir səhvdir. Tələt Əliyev və Azər Xudiyevin fəaliyyətindəki nöqsanların bu və ya digər şəkildə ictimailəşməsi mümkündür. Xarici İşlər Nazirliyi elə bir qurumdur ki, nöqsanları gərək xidməti imkanlar daxilində araşdırsın və sonra nəticə çıxarsın. Mən hər iki şəxsin yaxşı və ya pis işləmələri barədə nəsə deyə bilmərəm. Bu mənim təbiətimdən də uzaqdır. Bunlar qanunazidd fikirlər də ola bilər. Ciddi yoxlamalardan sonra addımlar atılır. Səfir özbaşına maliyyə yoxlaması keçirə bilməz. Araşdırmalardan sonra Azər Xudiyevin geri çağırılıb-çağrılmayacağı yönündə hər hansı bir fikir söyləyə bilmərəm. Qanuna riayət edərkən bu məsələni qanun çərçivəsində həll etmək lazımdır”.

Elvin
Missiya.Az

 

19 Aprel 2019 Əməkdar artist xalq artisti Səməd Səmədovu “yıxıb-sürüdü” - VİDEO
19 Aprel 2019 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı bu azərbaycanlıdan danışır
19 Aprel 2019 Yevlaxda QƏRİBƏ hadisə: Sıçan kişini dodağından dişləyib
19 Aprel 2019 Namiq Qaraçuxurlunun səhhəti pisləşdi: əməliyyat olunacaq
19 Aprel 2019 Nöqsanlara yol verən icra hakimiyyətləri - SİYAHI
19 Aprel 2019 Əkrəm İmamoğlunun qolundakı saatın qiyməti təəccübləndirdi - VİDEO
18 Aprel 2019 Fuad Qəhrəmanlının qızına hücum edən şəxs saxlanıldı
17 Aprel 2019 Sərhəddə insident - Narkotacirlərə atəş açıldı
17 Aprel 2019 Passentinə etdiyi fırıldaq 28 il sonra ortaya çıxdı - Xəstənin ağzından görün nə çıxdı - FOTO
17 Aprel 2019 Rüfət Axudov Xəzər TV-dən belə kənarlaşdırıldı – VİDEO
17 Aprel 2019 Notr-Damdakı yanğını 7 il öncədən xəbər verən cizgi filmi - İlginc kadrlar - VİDEO
16 Aprel 2019 Məktəb direktoru barədə məhkəmə qərar verdi
16 Aprel 2019 Hulusi Akar Vaşinqtonda azərbaycanlı zabitlə görüşdü - FOTO
16 Aprel 2019 Məktəb direktoruna cinayət işi açıldı - Bu gün məhkəməsidir
16 Aprel 2019 Azərbaycanda bu şəxslərin pensiyaları yeni qayda ilə hesablanacaq
16 Aprel 2019 Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə verildi
16 Aprel 2019 Bakıda QORXUNC HADİSƏ - Həbsxanadan çıxdı, iki bacısını doğradı - VİDEO
15 Aprel 2019 Fuad Muradov: Hər bir soydaşımız Ukrayna Azərbaycanlıları Radasını öz evi kimi qəbul edəcək
14 Aprel 2019 Zukerberq “Facebook” rəhbərliyindən uzaqlaşdırıla bilər
12 Aprel 2019 Qənirə Paşayeva: “Azərbaycan saxta informasiya təcavüzünə məruz qalan ölkələrdən biridir”