b_550_325_16777215_00_images_xeber_sekilleri__15.10.2018_1539927909_1539927926.jpg

Şirvanda polis vətəndaşa qarşı dələduzluq edərək 4500 manat pulunu mənimsəyən dəstə üzvlərini saxlayıb.


Missiya.Az xəbər verir ki, Hacıqabul rayon sakini Şahmar Əhmədov oktyabrın 16-da Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir neçə gün əvvəl şəhər ərazisində ona məxsus 4500 manat pulun talanmasını bildirib.

Keçrilən istintaq əməliyyat tədbirlərilə hadisənin Şirvan şəhər sakinləri Elmir Əmirov, Orxan Əliyev, Elvin Quliyev, Səbuhi Qasımov və Sabirabad rayon sakini Simuzər Zeynalova tərəfindən törədildiyi müəyyən edilib.

Sabirabad rayon sakini Simuzər Zeynalova vətəndaş Şahmar Əhmədovun pulunu ələ keçirmək məqsədi ilə, onu kirayədə yaşadığı ünvana intim münasibət üçün dəvət edib və Şahmar Əhmədov hamam otağında olarkən Simuzər Zeynalova Şahmar Əhmədova məxsus 4500 manat pulu ələ keçirib.

Bundan sonra o, qurupun digər üzvlərinə məlumat verib.

Sonra Orxan Əliyev və Elvin Quliyev ev sahibi qismində mənzilə daxil olaraq, evdə qeyri-etik hərəkətlərin olmasını əsas gətirərək Simuzər Zeynalovanın evdən qaçmasına şərait yaradıblar.

Saxlanılan Simuzər Zeynalovanın törətdikləri cinayətlərini etiraf etməsi barədə video yayıb.

“Mənə dedilər ki, belə bir adam var, onunla görüşməlisən. Mən də dedim ki, mən heç kimlə görüşmürəm, ancaq “fırlayıram”. Bu məqsədlə Şahmar Əhmədovu evə apardım.

Sonra o hamama gedəndə, pulunu götürdüm. Sonra Emilə zəng vurdum ki, bu oğlanı evdən çıxartmaq lazımdır. Emil və Orxan gəldilər. Orxan Şahmara bir şillə vurdular. Sonra evdə “heys-beys” etdilər. Mən də evdən qaçdım”, - deyə Simuzər Zeynalova bildirib.

Saxlanılan dəstə üzvləri əməllərini etiraf edərək əldə olunan məbləğin dəstə üzvləri arasına bölündüyünü bildiriblər.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

19 Aprel 2019 Əməkdar artist xalq artisti Səməd Səmədovu “yıxıb-sürüdü” - VİDEO
19 Aprel 2019 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı bu azərbaycanlıdan danışır
19 Aprel 2019 Yevlaxda QƏRİBƏ hadisə: Sıçan kişini dodağından dişləyib
19 Aprel 2019 Namiq Qaraçuxurlunun səhhəti pisləşdi: əməliyyat olunacaq
19 Aprel 2019 Nöqsanlara yol verən icra hakimiyyətləri - SİYAHI
19 Aprel 2019 Əkrəm İmamoğlunun qolundakı saatın qiyməti təəccübləndirdi - VİDEO
18 Aprel 2019 Fuad Qəhrəmanlının qızına hücum edən şəxs saxlanıldı
17 Aprel 2019 Sərhəddə insident - Narkotacirlərə atəş açıldı
17 Aprel 2019 Passentinə etdiyi fırıldaq 28 il sonra ortaya çıxdı - Xəstənin ağzından görün nə çıxdı - FOTO
17 Aprel 2019 Rüfət Axudov Xəzər TV-dən belə kənarlaşdırıldı – VİDEO
17 Aprel 2019 Notr-Damdakı yanğını 7 il öncədən xəbər verən cizgi filmi - İlginc kadrlar - VİDEO
16 Aprel 2019 Məktəb direktoru barədə məhkəmə qərar verdi
16 Aprel 2019 Hulusi Akar Vaşinqtonda azərbaycanlı zabitlə görüşdü - FOTO
16 Aprel 2019 Məktəb direktoruna cinayət işi açıldı - Bu gün məhkəməsidir
16 Aprel 2019 Azərbaycanda bu şəxslərin pensiyaları yeni qayda ilə hesablanacaq
16 Aprel 2019 Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə verildi
16 Aprel 2019 Bakıda QORXUNC HADİSƏ - Həbsxanadan çıxdı, iki bacısını doğradı - VİDEO
15 Aprel 2019 Fuad Muradov: Hər bir soydaşımız Ukrayna Azərbaycanlıları Radasını öz evi kimi qəbul edəcək
14 Aprel 2019 Zukerberq “Facebook” rəhbərliyindən uzaqlaşdırıla bilər
12 Aprel 2019 Qənirə Paşayeva: “Azərbaycan saxta informasiya təcavüzünə məruz qalan ölkələrdən biridir”