b_550_325_16777215_00_images_xeber_sekilleri__15.10.2018_n76.jpg

Yeni nəsil şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar ötən aydan Daxili İşlər Nazirliyinin (DİN), eləcə də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytlarında yerləşdirilərək istifadə qaydası barədə ətraflı məlumat verilsə də, təəssüf ki, əksər istifadəçilər elektron şəxsiyyət vəsiqəsi məlumatlarının oxunması üçün zəruri tədbirlərin görülməsinə nədənsə təşəbbüs göstərmir, nəticədə onlara həmin sənədlə müraciət edən vətəndaşlara xidmət göstərə bilmədiklərinə görə sonuncuların haqlı narazılığına şərait yaradırlar.

Bu barədə Missiya.Az-a DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bildirilib.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi aidiyyəti orqanlara, o cümlədən mülkiyyət növündən, təyinatından və idarəetmə formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlara, bank-maliyyə qurumlarına, digər hüquqi və fiziki şəxslərə bir daha müraciət edərək onları yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) yerləşdirilmiş məlumatların oxunması, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır.

Bu məqsədlə hüquqi və fiziki şəxslər zəruri faylları Daxili İşlər Nazirliyinin (www.mia.gov.az) və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilmiş (https://mia.gov.az/?/az/news/view/1237/) və (http://www.bpqmi.gov.az/?/az/news/view/117/) linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxuya və zərurət olduqda eksport edə bilərlər.

Qeyd edək ki, cari il sentyabr ayının 1-dən ölkədə yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Qanunvericiliyə əsasən onun əsas özəlliklərindən biri də həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatların elektron daşıyıcıda (çipdə) yerləşdirilməsidir. 

20 Noyabr 2018 Sevgilisinin şər atdığı oğlanı 99 illik həbsdən selfie fotosu xilas etdi
19 Noyabr 2018 Abel Məhərrəmovun oğlunu hansı aqibət gözləyir? - XİN-dən müəmmalı reaksiya
19 Noyabr 2018 Abel Məhərrəmov həbs oluna bilərmi? - BDU-da yoxlamalar
17 Noyabr 2018 Azərbaycanlılar Rusiyada qəzaya düşdülər
16 Noyabr 2018 Leyla Əliyeva Bakıda konfransda iştirak edib
16 Noyabr 2018 İlham Əliyev Sumqayıtda - FOTOLAR + YENİLƏNİB
16 Noyabr 2018 Ağaca dırmanmağın ağılagəlməz faydası
16 Noyabr 2018 Prezident İlham Əliyevdən yeni TƏYİNAT
15 Noyabr 2018 “Kaş, o bezdiyiniz həyatınız mənim olaydı” – Ölümə doğru anbaan – FOTOLAR
15 Noyabr 2018 Məmmədsəfa Qasımov: “Bilik Fondunun dəstəyi ilə qarşıda görəcəyimiz işlər çoxdur” - FOTOLAR
15 Noyabr 2018 Nazir: Pensiya yaşını azaltmağa ehtiyac yoxdur
15 Noyabr 2018 Azərbaycanlı arvadına görə iki qadın satıcını döydü: "Bilirsiz mən kiməm?" - VİDEO
15 Noyabr 2018 Prezident Təzəpir məscidində
14 Noyabr 2018 Rekord şaxtalar: Azərbaycana sərt qış gəlir
14 Noyabr 2018 Bakılı İsraildə yüksək vəzifəyə seçildi
14 Noyabr 2018 Ana və övladlarının öldüyü dəhşətli yanğının şahidi DANIŞDI: “Uşaqların səsi gəlirdi” – VİDEO
14 Noyabr 2018 Türk aparıcı: "Doğuşla xanımı Bakıda gəzə bilmirlər" - VİDEO
14 Noyabr 2018 I, II, III qrup əlillik ləğv olunur - Nazirdən mühüm mesaj
14 Noyabr 2018 Xatirə: "Çox istəyərdim ki, arıqlayım, bundan da açıq geyinəm" - VİDEO
14 Noyabr 2018 Azərbaycanda unikal ixtira - elektrik enerjisinə 70 faiz qənaət edir - VİDEO