b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_Rus-ordusu.jpg

Erməni general-mayor Tiqran Parvanyan Qarabağda müharibə başlayarsa, Rusiya və Ermənistan qoşunlarının birgə əməliyyatda iştirak edib-etməyəcəyindən danışıb.

Missiya.Az xəbər verir ki, Parvanyan, hazırda Rusiya-Ermənistan qoşun birləşmələrinin əməliyyatlarda iştirak etmək planının olmadığını deyib.

Onun sözlərinə görə, əgər hücum baş verərsə, vəziyyət dəyişə bilər: “Lakin hücum olarsa, biz deyə bilmərik ki, nələr baş verəcək və hansı tədbirlər görüləcək. Deyə bilərəm ki, batalyon öz işini yerinə yetirməyə hazırdır. Lazım gələrsə, batalyon iştirak edəcək və öz işini yerinə yetirəcək”, - deyə Tiqran Parvanyan bildirib.

Qeyd edək ki, Ermənistanın dövlət sərhədləri Rusiya ordusunun nəzarətindədir. Həmçinin Hərbi Hava Qüvvələrinin də birləşdirilmə prosesi gedir.

Rusiyanın Ermənistanda hərbi gücü böyük olsa da, 2016-cı ilin aprel ayında Qarabağda aparılan hərbi əməliyyatlar zamanı rəsmi Moskva İrəvana heç bir kömək göstərməmişdi. Bu isə Ermənistan rəhbərliyinin böyük etirazları ilə qarşılanmışdı.




Elvin
Missiya.Az

22 Yanvar 2019 Həbsxanalarda aclıq edən varmı? - Penitensiar xidmətdən açıqlama
22 Yanvar 2019 Nazirlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ
22 Yanvar 2019 Bu dövlətlə heç kəs hədə dili ilə danışa bilməz - Oyun pozuldu
22 Yanvar 2019 Azərbaycanın 72 yaşlı səfiri VƏFAT ETDİ
21 Yanvar 2019 Prezident Mehman Hüseynovla bağlı tapşırıq verdi - Rəsmi
21 Yanvar 2019 Hesablama Palatası: Cərimələr düzgün tətbiq olunmayıb
21 Yanvar 2019 Mehman Hüseynovdan Prezident İlham Əliyevə müraciət
21 Yanvar 2019 Azərbaycanda icra başçısını güllələyən məhkum həbsxanada öldü
20 Yanvar 2019 İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdi
19 Yanvar 2019 BŞBPİ "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yayıb - 2800 nəfər
19 Yanvar 2019 “Qisas” qətnaməsi – Xarici havalara oynamamağın “cəzası”
18 Yanvar 2019 Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
18 Yanvar 2019 20 Yanvar günü bu yollar bağlı olacaq
18 Yanvar 2019 Azərbaycanda 100 manat rüşvət alan vergi müfəttişləri həbs edildi
18 Yanvar 2019 Ağsaqqallar Şurası Şəhidlər Xiyabanını ziyarət edib – FOTOLAR
17 Yanvar 2019 İlham Əliyev bir neçə dövlət qurumunu LƏĞV ETDİ - FƏRMAN
17 Yanvar 2019 Rəsulzadənin barelyefini oğurlayan şəxs tutuldu
17 Yanvar 2019 Azərbaycan gəmisi Xəzərdə qasırğaya düşdü - VİDEO
17 Yanvar 2019 Almaniyadan Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ: Yaxın vaxtlarda...
17 Yanvar 2019 Yollar buz bağlayacaq - PROQNOZ