b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_1539262462_2.jpg
Tərtər rayon sakini minaya düşüb.
 
Missiya.Az xəbər verir ki, bu barədə "Report"un Qarabağ bürosuna rayonun Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov məlumat verib.
 
İ.Qasımov bildirib ki, hadisə bu gün səhər saatlarında qoşunların təmas xəttində baş verib.
 
İcra nümayəndəsi əlavə edib ki, A.Həsənov piyada əleyhinə minaya düşüb: "Kəlbəcər rayonundan olan məcburi köçkün, 1996-cı il təvəllüdlü Azad Həsənov ərazidə mal-qara otararkən hava dumanlı olduğundan təmas xəttində minalanmış əraziyə girib. Hadisədən sonra özünü itirməyən Azad telefonla qardaşına və dostlarına zəng edərək minaya düşdüyünü bildirib". 
 
Yaralı ilk olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
 
Xəstəxananın həkim-travmatoloqu Hafiz Əliyev "Report"un yerli bürosuna bildirib ki, A.Həsənov cərrahiyyə əməliyyatı olunub və onun bir ayağı amputasiya edilib.
 
Qeyd edək ki, Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, yaralının vəziyyəti ağırdır.


13 Oktyabr 2018 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
13 Oktyabr 2018 Donuz qripi yenidən qayıtdı - 56 nəfər ölüb
13 Oktyabr 2018 Bakıda avtobus yük maşınına çırpıldı - ÖLƏN VAR
13 Oktyabr 2018 Nemət Pənahlı həbs olundu
12 Oktyabr 2018 Prezident jurnalistin müalicəsi ilə bağlı göstəriş verdi
12 Oktyabr 2018 Bu adam Bakıda 100-ə yaxın evdən oğurluq edib
12 Oktyabr 2018 Həbib Nurməhəmmədov və Konor Makqreqorla bağlı şok qərar
12 Oktyabr 2018 4 ay əvvəl təyin olunan rəis işdən çıxarıldı
12 Oktyabr 2018 Rusiya-Ermənistan qoşunları Qarabağa irəliləyə bilər - Erməni generaldan ŞOK AÇIQLAMA
12 Oktyabr 2018 Gəncədə icra başçısının müavini vətəndaşları döydü - VİDEO
12 Oktyabr 2018 Prezident tapşırıq verdi: Məmurların vətəndaş qəbulunda yenilik
11 Oktyabr 2018 Şagirdin dərsə gözyaşardıcı qazla gəlməsinin ŞOK səbəbi - Valideyn qorxusu
11 Oktyabr 2018 Baş həkim adam öldürdü - Bakıda
11 Oktyabr 2018 Ukraynalı bloggeri ölümlə təhdid edən azərbacanlı tələbələr üzr istədi - VİDEO
10 Oktyabr 2018 Səfirlik Kiyevdəki qalmaqallı olaya reaksiya verdi - MƏTN
10 Oktyabr 2018 Arda Turanla müğənni Berkay dalaşdı: Futbolçu müğənninin burnunu qırdı
10 Oktyabr 2018 Zatulinin Azərbaycan əleyhinə bəyanatının səbəbi məlum olur
10 Oktyabr 2018 ''İcra başçısı torpaqlarımızı satıb'' - Fermerlər kömək istəyir - VİDEO
10 Oktyabr 2018 Bakı-Sumqayıt yolunda ağır qəza - VİDEO
09 Oktyabr 2018 Trampın baş müşavirini İrəvana göndərməsinin ŞOK SƏBƏBLƏRİ: Paşinyan...