b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_1537347096_untitled-1.jpg
Dünən sosial şəbəkələrdə Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə baş verdiyi iddia olunan hadisənin videogörüntüsü yayılıb. Videogörüntüdə  məktəbdə bir qrup qadın arasında baş vermiş dava-dalaşın az qala saçyolduya çatdığı müşahidə edilir.
 
İddia olunur ki, həmin qadınlar arasında direktor Leyla İsmayılovada olub və o, müəllimlərlə mübahisə edib. 
 
Missiya.Az xəbər verir ki, Modern.az saytı bu gün qalmaqalın baş verdiyi məktəbin direktoru ilə əlaqə saxlamağa çalışıb. Məktəbdən bildirilib ki, direktor Leyla İsmayılova bu gündən məktəbə gəlmir:
 
"Məktəbin direktoru dünənki hadisədən sonra ərizəsini yazıb və məktəbdən çıxıb. Hazırda onun yerinə heç bir təyinat yoxdur”.
 
Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki 2 saylı məktəbdə direktor və bir qrup müəllim arasında baş verən və valideynlərin də qoşulduğu mübahisəni telefonla qeydə alaraq görüntüləri sosial şəbəkələrdə paylaşıblar. 
 
iddia edilir ki, məktəbin təxminən 10-a yaxın müəllimi Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə keçid balını toplaya bilməyib. Buna görə də direktor Leyla İsmayılova onların dərs saatını azaldıb.
 
Dava ilə bağlı görüntülər yayılandan sonra Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri məktəbə gəliblər, direktor və narazı müəllimlərdən izahat alınıb.
 
Təhsil Nazirliyi hələlik məsələyə rəsmi münasibət bildirməyib.
13 Oktyabr 2018 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
13 Oktyabr 2018 Donuz qripi yenidən qayıtdı - 56 nəfər ölüb
13 Oktyabr 2018 Bakıda avtobus yük maşınına çırpıldı - ÖLƏN VAR
13 Oktyabr 2018 Nemət Pənahlı həbs olundu
12 Oktyabr 2018 Prezident jurnalistin müalicəsi ilə bağlı göstəriş verdi
12 Oktyabr 2018 Bu adam Bakıda 100-ə yaxın evdən oğurluq edib
12 Oktyabr 2018 Həbib Nurməhəmmədov və Konor Makqreqorla bağlı şok qərar
12 Oktyabr 2018 4 ay əvvəl təyin olunan rəis işdən çıxarıldı
12 Oktyabr 2018 Rusiya-Ermənistan qoşunları Qarabağa irəliləyə bilər - Erməni generaldan ŞOK AÇIQLAMA
12 Oktyabr 2018 Gəncədə icra başçısının müavini vətəndaşları döydü - VİDEO
12 Oktyabr 2018 Prezident tapşırıq verdi: Məmurların vətəndaş qəbulunda yenilik
11 Oktyabr 2018 Tərtərdə minaya düşən Azadın xəstəxanadan görüntüləri yayıldı - VİDEO
11 Oktyabr 2018 Şagirdin dərsə gözyaşardıcı qazla gəlməsinin ŞOK səbəbi - Valideyn qorxusu
11 Oktyabr 2018 Baş həkim adam öldürdü - Bakıda
11 Oktyabr 2018 Ukraynalı bloggeri ölümlə təhdid edən azərbacanlı tələbələr üzr istədi - VİDEO
10 Oktyabr 2018 Səfirlik Kiyevdəki qalmaqallı olaya reaksiya verdi - MƏTN
10 Oktyabr 2018 Arda Turanla müğənni Berkay dalaşdı: Futbolçu müğənninin burnunu qırdı
10 Oktyabr 2018 Zatulinin Azərbaycan əleyhinə bəyanatının səbəbi məlum olur
10 Oktyabr 2018 ''İcra başçısı torpaqlarımızı satıb'' - Fermerlər kömək istəyir - VİDEO
10 Oktyabr 2018 Bakı-Sumqayıt yolunda ağır qəza - VİDEO