b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_n71.jpeg
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.

AQTA-dan Missiya.Az-a verilən məlumata görə, son zamanlar Agentliyə Bakı ətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında heç bir normativ texniki sənədlərə və sanitar-gigiyena tələblərinə cavab verməyən, həyətyanı sahələrdə kustar üsulla balıq məhsullarının hazırlanması, xüsusi ilə balıqların hisə verilməsi kimi qanunsuz fəaliyyət göstərən istehsalat sahələri ilə bağlı məlumatlar daxil olur. AQTA bu cür qanunsuz fəaliyyətlərlə məşğul olan şəxslərə xəbərdarlıq edir ki, bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığına ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər.
 
Agentlik bəyan edir ki, bu cür qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir.
 
Eyni zamanda istehlakçılara balıq və balıq məhsulları seçərkən daha diqqətli olmaları, məhsulun keyfiyyət göstəricilərini əks etdirən sənədlə müşayət olunması və normativ qaydalara uyğun şəraitdə saxlanılması və satışına əmin olduqdan sonra istifadə etmələri tövsiyə edilir.
 
Qeyd edək ki, Agentlik tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
13 Oktyabr 2018 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
13 Oktyabr 2018 Donuz qripi yenidən qayıtdı - 56 nəfər ölüb
13 Oktyabr 2018 Bakıda avtobus yük maşınına çırpıldı - ÖLƏN VAR
13 Oktyabr 2018 Nemət Pənahlı həbs olundu
12 Oktyabr 2018 Prezident jurnalistin müalicəsi ilə bağlı göstəriş verdi
12 Oktyabr 2018 Bu adam Bakıda 100-ə yaxın evdən oğurluq edib
12 Oktyabr 2018 Həbib Nurməhəmmədov və Konor Makqreqorla bağlı şok qərar
12 Oktyabr 2018 4 ay əvvəl təyin olunan rəis işdən çıxarıldı
12 Oktyabr 2018 Rusiya-Ermənistan qoşunları Qarabağa irəliləyə bilər - Erməni generaldan ŞOK AÇIQLAMA
12 Oktyabr 2018 Gəncədə icra başçısının müavini vətəndaşları döydü - VİDEO
12 Oktyabr 2018 Prezident tapşırıq verdi: Məmurların vətəndaş qəbulunda yenilik
11 Oktyabr 2018 Tərtərdə minaya düşən Azadın xəstəxanadan görüntüləri yayıldı - VİDEO
11 Oktyabr 2018 Şagirdin dərsə gözyaşardıcı qazla gəlməsinin ŞOK səbəbi - Valideyn qorxusu
11 Oktyabr 2018 Baş həkim adam öldürdü - Bakıda
11 Oktyabr 2018 Ukraynalı bloggeri ölümlə təhdid edən azərbacanlı tələbələr üzr istədi - VİDEO
10 Oktyabr 2018 Səfirlik Kiyevdəki qalmaqallı olaya reaksiya verdi - MƏTN
10 Oktyabr 2018 Arda Turanla müğənni Berkay dalaşdı: Futbolçu müğənninin burnunu qırdı
10 Oktyabr 2018 Zatulinin Azərbaycan əleyhinə bəyanatının səbəbi məlum olur
10 Oktyabr 2018 ''İcra başçısı torpaqlarımızı satıb'' - Fermerlər kömək istəyir - VİDEO
10 Oktyabr 2018 Bakı-Sumqayıt yolunda ağır qəza - VİDEO