b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_dsABHyYykPK0ElcOQs.jpg
"Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla bağlı sərsəm açıqlama ilə çıxış edib. İşğalçı ölkənin rəhbəri artıq neçənci dəfədir ki, siyasətdən uzaq biri olduğunu nümayiş etdirir. Təxribatçı xislətli bu küçə adamı Azərbaycanla bağlı sonuncu açıqlamasında Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə yollanmasına da toxunub. Paşinyan bu dəfə də dar düşüncəsindən qaynaqlanan fikirləri ilə özünü gülüş hədəfinə çevirib".
 
Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov özünün Facebook səhifəsində paylaşıb. Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Azərbaycanın xüsusi təyinatlı və yüksək döyüş qabiliyyətli hərbi birləşməsində xidmətə başladığını vurğulayan R.Əhmədov Dövlət başçısının səmimiyyəti və sadəliyinə də diqqət yönəldib: "Cənab Prezident əsgər atası kimi öz övladının andiçmə mərasimində iştirak edib. Ali Baş Komandanın digər valideynlərlə birgə kənardan mərasimi müşahidə etməsi, oğlunun öz həmyaşıdlarından fərqlənməməsi, hamı kimi fəxarət hissi ilə əsgər andı içməsi ölkə əhalisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. İki gündür ki, sosial şəbəkələrdə bu mövzu müzakirə olunur və Heydər Əliyevin fiziki göstəricilərinə görə xüsusi təyinatlı hərbi hissədə xidmətə başlaması yüksək qiymətləndirilir".
 
Ermənistan mətbuatında Paşinyanın oğlunun “hərbi xidmət” adı altında avaralıq etməsi, əsgər sırasında dayanmaması barədə yazılardan danışan R.Əhmədov qeyd edib ki, Azərbaycanda bu xüsusda mənzərə fərqlidir: "Cəmiyyət Prezidentin oğlunun xüsusi fiziki göstəricilərə malik olan əsgərlərin cəm olduğu və yüksək döyüş qabiliyyətli hərbi birləşmədə xidmətə başlamasını alqışlayır. Heç kəs üçün sirr deyil ki, Heydər Əliyevin qulluq etdiyi hərbi birləşmədə digər hərbi hissələrdən fərqli olaraq daha sərt tələblər hökmranlıq edir. Burada xidmət öz ağırlığı ilə seçilir. Görünür situasiyanın fərqliliyi Paşinyanın canına xof salıb. O, yaxşı bilir ki, Ali Baş Komandanın oğlunun öz yaşıdlarından fərqlənmədən silaha sarılması, üstəlik xüsusi təyinatlı əsgər olması Azərbaycan Ordusuna əlavə ruh verir və cəmiyyətin Ali Baş Komandana rəğbətini daha da artırır. Bunun isə nəticəsi sabah döyüş meydanında özünü göstərəcək".
 
Sonda R.Əhmədov vurğulayıb ki, Paşinyan məsuliyyətini dərk etməyən tasadüfi siyasətçidir.: "O, açıqlamalarının Ermənistana baha baş gələ biləcəyinin fərqinə varmır. Pafosu və primitiv ritorikası göstərir ki, o, hələ də hansı posta oturduğunu dərk edə bilmir. Bunu təkcə biz yox, Ermənistan mətbuatı da müşahidə edir və belə bir təlxəyin hakimiyyətdə olması utanılası hal kimi qiymətləndirilir".
14 Dekabr 2018 Azərbaycanda dopler radar müşahidə sistemi tətbiq olunacaq
14 Dekabr 2018 Kiyevdə təqibə və hədəyə məruz qalan azərbaycanlı jurnalistin işi ilə bağlı detallar məlum olub
14 Dekabr 2018 Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdilər - VİDEO
13 Dekabr 2018 Prezident idmançılara ev bağışladı - FOTOLAR
13 Dekabr 2018 Yetkinlik yaşına çatmayan qızı qaçıranlara hökm oxundu
13 Dekabr 2018 İlham Əliyev ilin idman yekunlarına həsr olunan mərasimdə - FOTOLAR
13 Dekabr 2018 Azad Rəhimov “Buta Palace”-ın art direktorunu ömürlük həbsə yollatdıra bilər
13 Dekabr 2018 Dünya yeni trendə qədəm qoyur: Qaradərililər – FOTOLAR
13 Dekabr 2018 Emin Ağalarovun rus müğənni ilə şıdırığı Azərbaycan rəqsi - Ad günündən VİDEO
13 Dekabr 2018 Ankarada sürət qatarı qəzaya uğradı - FOTO
12 Dekabr 2018 Leyla Əliyeva Heydər Əliyevə video həsr etdi - VİDEO
12 Dekabr 2018 Qənirə Paşayeva xəstəliyindən yazdı: "Dualarınız üçün minnətdaram"
12 Dekabr 2018 Baş Prokurorluq Ukraynadakı səfirliyimizdə istintaq aparır - Detallar açıqlandı
12 Dekabr 2018 Azərbaycanlı məşhura ağır itki üz verdi
12 Dekabr 2018 Daşları Azərbaycan noğuluna bənzəyən sahilə fenomenlər axın edir - FOTOLAR
12 Dekabr 2018 Azərbaycanda siqareti tərgitdirəcək ağır cərimələr – ARAŞDIRMA
12 Dekabr 2018 “Ölümlə də təhdid etdilər, amma yolundan dönmədi” – Ramin Əhmədov
11 Dekabr 2018 Bakıya gələn ər-arvadın aeroportdan "iPhone" keçirmək üçün ağlagəlməz əməli - VİDEO
11 Dekabr 2018 İlhamə Quliyevanın oğlu haqqında qərar verildi
11 Dekabr 2018 Heydər Əliyev babasının məzarını ziyarət edib - VİDEO