b_550_325_16777215_00_images_xeber_sekilleri_13sentyabr2018_14361583856373414133_1000x669.jpg

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 137-ci mövsümünü sentyabrın 15-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açacaqdır. 

Missiya.Az xəbər verir ki, bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. 

O, bildirib ki, 100 il əvvəl bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını erməni daşnaklarından və rus bolşeviklərdən azad etdiyi günə təsədüf etdiyi üçün Türkiyədən dəvət olunmuş Anadolu Aydınlar Ocağının başqanı, professor İbrahim Öztəkin rəhbərliyi ilə təşrif buyurmuş mötəbər qonaqlar mövsüm açılışında iştirak edəcəklər. Tamaşadan öncə professor İbrahim Öztək 100 il əvvəl bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını erməni daşnaklarından və rus bolşeviklərdən azad etməsi haqqında konfrans verəcək. 

Sonra səhnə əsəri nümayiş oluncaq. Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru və tərtibatçı rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, musiqi tərtibatı Çingiz Xəlilovdur. Rollarda aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Nicat Mirzəzadə, Tural Xəlilzadə, Güney Əliyeva və Bəhruz Hikmətoğlu çıxış edəcəklər. Müəllif əsərdə ermənilərin qondarma türk genosidi məsələsinə tarixi faktlara əsaslanaraq tutarlı və dolğun cavab verməyə çalışmışdır. 

Zaman axarında ermənilərin Azərbaycanlıların başlarına gətirdikləri müsibətləri, türkləri qırmaq üçün həyata keçirdikləri andiçmə mərasimləri, xüsusi amansızlıqla diri-diri yandırılan türklərin, kürəyinə qaynar samovar bağlanaraq susdurulan Aşıq Nəcəfin acı taleyi, qadınların və uşaqların ah-naləsi və digər vəhşiliklər tamaşada öz əksini tapmışdır. Tamaşa həm müəllif, həm də maraqlı rejissor yozumu, məharətli aktyor ifası ilə vəhdətdə dolğun və təsirli bir səhnə əsərinin yaranmasına səbəb olmuşdu. Ən çətin məqamlarda Nuru Paşanın türk bayrağı altında öz qoşunu ilə Azərbaycana gəlişi, Milli qəhrəmanımız Mübariz İbrahimovun nəşinin vətənə gətirilməsi səhnələri və cənab Prezidentimizin o zaman dediyi “Biz hər birimiz torpaqlarımızın azadlığı uğrunda şəhid olmağa hazırıq, təki Vətən sağ olsun”! sözlərinin səsləndirilməsi, səhnəsinin yaratdığı coşqu tamaşaçılara böyük həyəcan yaşadır.
19 Sentyabr 2018 Saçyoldu olayı baş verən məktəbin direktoru istefa verdi
19 Sentyabr 2018 DİQQƏT! 2 marşrutun hərəkət sxemi dəyişdi
19 Sentyabr 2018 Bakıda bu metro 1 illik bağlanır - Təmir ediləcək
19 Sentyabr 2018 Niyazi Bayramov sakinlərlə görüşdü - Qurumlara tapşırıq verdi - FOTO
18 Sentyabr 2018 Kəmaləddin Heydərovun səhhəti ilə bağlı yayılan xəbərlərə rəsmi şəxsdən AÇIQLAMA
18 Sentyabr 2018 Balıq məhsulları ilə bağlı XƏBƏRDARLIQ
18 Sentyabr 2018 Yeni icra başçısı vəzifəli şəxsi işdən çıxardı
18 Sentyabr 2018 Məktəbdəki saçyoduya direktordan aqressiv reaksiya: "Gedin..." - VİDEO
18 Sentyabr 2018 "Paşinyan təxribatçı xislətli küçə adamıdır" - Ramin Əhmədov
17 Sentyabr 2018 Zaur görün kimin adamıdır - O məşhur qadın kimdir? - VİDEO
17 Sentyabr 2018 DİQQƏT! Övladı məktəbə yeni başlayan valideynlər, BUNLARI ETMƏYİN
17 Sentyabr 2018 “Paşinyanın növbəti sarsaq açıqlaması İlham Əliyevin oğlu Heydər Əliyevlə bağlıdır” - Azər Qasımov
17 Sentyabr 2018 Aşurada baş yarıb qan tökməyə necə baxırsız? - Bakıda sorğu - VİDEO
17 Sentyabr 2018 Yeni dərs ili başladı - Bakıda hərəkət iflic oldu
17 Sentyabr 2018 WhatsApp-da çoxdan gözlənilən yenilik
16 Sentyabr 2018 Heydər Əliyev hərbi and içib - Həmin anlar - VİDEO
15 Sentyabr 2018 İlham Əliyev və Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib
15 Sentyabr 2018 "Ordumuz döyüş meydanında öz gücünü göstərib" - İlham Əliyev
15 Sentyabr 2018 Xilaskar paşaların nəvəsi Arzu Ənvər Bakıya gəlib
15 Sentyabr 2018 Arzu Əliyeva musiqi axşamında iştirak edib - FOTOLAR