b_550_325_16777215_00_images_xeber_sekilleri_13sentyabr2018_67.jpg

Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı vəfat edib.

Missiya.Az xəbər verir ki, bu barədə onun dostları məlumat yayıb. Sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilən aparıcı bir neçə gün öncə Bakıya gətirilmişdi.

O, bu gün səhər saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, Nigar İsmayılqızının 33 yaşı var idi.
 
O, “Space” TV və AZTV-nin Xəbərlər Departamentində çalışıb. 

ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin “GEM.AZ1” Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb.

Onlarla publisistik məqaləsi müxtəlif mətbu orqanlarda dərc edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür. 

2015-ci ilin dekabr ayında AYB kitab layihəsi çərçivəsində “Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı çapdan çıxıb. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_13sentyabr2018_big_1535971218_1535969727_37-1.jpg

Həmçinin “Bakıdan Nazim keçdi” adlı sənədli filmə ssenari yazıb, film çəkib. 

Ardınca “Nazimin Bakı izləri”, "Ölsəm yaşat” adlı sənədli filmləri təqdim olunub.
 
2016-ci ilin dekabrında 36-ı xüsusi müsahibədən ibarət “Bakıdan İstanbulacan və dönüş” adlı kitabı işıq üzü görüb. 2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan “Savaşçı”(aprelin izi ilə…) adlı kitabı çap olunub. Müxtəlif dövlət və özəl qurumlarla, o cümlədən Heydər Əliyev Fondu ilə əməkdaşlıq edib.

21 Mart 2019 Türkmənistan blokada elan etdi - Tacikistan Azərbaycana üz tutdu
20 Mart 2019 Bakıda qonşuların davası qanla bitdi - VİDEO
20 Mart 2019 Novruz Məmmədovdan cəzaçəkmə müəssisələri ilə bağlı yeni qərar
19 Mart 2019 Nazarbayev istefa verdi - SON DƏQİQƏ
19 Mart 2019 Vicdan əzabına dözməyən türk 5 il sonra Bakıya gəlib təslim oldu - VİDEO
19 Mart 2019 KİVDF-nin 10 illik yubileyi qeyd edilib
18 Mart 2019 Kredit müqavilələrinə dair yeni qayda
18 Mart 2019 İlaxır çərşənbənin hava proqnozu - Güclü külək və leysan
18 Mart 2019 Əli İnsanov həbsdən model kimi çıxdı- Palto 3500 dollar...
17 Mart 2019 Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı azadlığa buraxılıb – FOTO
17 Mart 2019 "Yeni Zelandiyada məscidə hücum edən şəxs 2 dəfə Türkiyədə olub" - Ərdoğan
17 Mart 2019 Emin Milli əfvə görə Prezidentə təşəkkür etdi: Çox istəyərdim ki, Azərbaycana qayıdım
16 Mart 2019 Tanınmış məhbuslardan kimlər əfv olunub? - SİYAHİ
16 Mart 2019 Prezident Əli İnsanovu əfv etdi
16 Mart 2019 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
16 Mart 2019 Azərbaycandan Ermənistana keçən ruhi xəstədir - Rəsmi
16 Mart 2019 Azərbaycanda əhalinin sayı açıqlandı
15 Mart 2019 "Bu zavod ilk 5 il müddətində Azərbaycana 800 milyon dolları gəlir qazandıracaq" - Baş nazir
15 Mart 2019 Vidadi Zeynalov azadlığa buraxıldı
15 Mart 2019 Afət işdən qovulan tibb bacılarına sahib çıxdı: “Maaşlarından çox pul verəcəm”