mehman.JPG

Gəldi, güldü, güldürdü və qayıtdı... Mehman Hüseynovu deyirik, o uşağı ki, anasının yas mərasimində də kloun kimi davranmaqdan çəkinmədi... Sanki ciyər axşamına gəlmişdi – şaqqanaq çəkdi, zarafatlarından qalmadı, məzəli söhbətləri ilə yasa gələnlərin də çöhrəsinə təbəssüm qondurdu. 


Normalda anasını itirmiş bir adam evlərinə dönən kimi birinci növbədə cənazənin qoyulduğu otağa daxil olmalı, kədərini hansısa formada nümayiş etdirməli idi. Amma Mehman belə eləmədi, gələn kimi dayandı kameranın qarşısında. “Yas mərasimi şousu” da elə buradan başladı. Canlı yayımlar, selfilər Facebooku başına aldı... Nə ana yada düşdü, nə onun ruhu, nə də yas mərasimi. Mehman elə bir “kurs” götürmüşdü ki, başına yığışanlar da hara və niyə gəldiklərinin fərqinə varmırdılar. Ana itirmiş oğul nə təhər qəşş edirdisə, qonşular da tamaşasına dayanırdı. 

mehman3.JPG

Əminik, gülüş səsinə qulaq verən qonşular Mehmana bir neçə saatlıq icazə verənlərə haqq qazandırıblar. “Bunu evdə saxlasaydılar, camaata lətifə danışmağa da başalacaqdı...” – deyənlər də olub yüz faiz. Bax indi kimsə bizə izah eləsin görək, belə bir nataraz uşağın anası ilə xəstəxanada görüşməsinin nə mənası olacaqdı? Bu adam anasının cənazəsi evdə ola-ola, bayırda sirk yaratmışdı, imkan vermirdi ki, həyətlərində hüzr ab-havası yaransın.

mehman4.JPG

Xəsətxanaya getsəydi, orada da eyni mənzərə yaranacaqdı. Deyib-güləcəcək, dostları ilə “mırtlaşacaq”, bir-iki ağız da kameralara nəsə deyib gedəcəkdi. Odur ki, əslində Mehmana düşüklüyünü günlərlə davam etdirməyə icazə verməyənlərə təşəkkür düşür. Hamı gördü ki, Mehman kimi oğuldansa dalı qırıq vedrə yaxşıdır, yenə manqalın üstündə qoyub köz qızışdıra bilirsən...

Allah dünyasını dəyişmiş bütün analara rəhmət eləsin. Yəqin Firəngiz xanımın ruhu Mehmanı bağışlayar. Anadır axı...

mehman2.JPGmehman3.JPGmehman1.JPG
mehman.JPG

İlkin
Missiya.Az

21 Avqust 2018 Zakir Həsənovdan hərbçilərə bayram təbriki
20 Avqust 2018 Qurban bayramı ilə əlaqədar təşkil olunacaq satış yarmarkaları - SİYAHI
20 Avqust 2018 Prezident Vaqif Axundovu təltif etdi - SİYAHI
18 Avqust 2018 Kəmaləddin Heydərov generalı sərəncama götürdü - FOTO
18 Avqust 2018 Rəsul Çunayevə rütbə verildi - FOTO
18 Avqust 2018 Azərbaycanlı məhbuslar aclıq aksiyası keçirir – Erməni rəisə görə
17 Avqust 2018 Əsgər ölümü ilə bağlı həbslər başladı
16 Avqust 2018 İlham Əliyev sərəncam imzaladı - Sərhədçilər təltif olundu
15 Avqust 2018 İlham Əliyev və Mehriban Əliyeva İtaliya prezidentinə başsağlığı verib
14 Avqust 2018 Gəncənin Mərkəzi Klinikasında uşaq ölümü - Ata ittiham edir - Foto/Video
13 Avqust 2018 Prezident Abşeron Logistika Mərkəzinin açılışında - FOTO
10 Avqust 2018 Bakı aeroportunda problem - Yüzlərlə insan sərhəd-buraxılış məntəqəsindən keçə bilmir
09 Avqust 2018 2 manatlıq xidməti turistə 20 manata təklif edirlər – VİDEO
09 Avqust 2018 Prezident İlham Əliyev əməkdar artistə ev verib - FOTO
09 Avqust 2018 Polis və DTX əməliyyat keçirdi: 4 ədəd avtomat aşkar edilərək götürüldü
08 Avqust 2018 Fədayə Laçını nə qədər həbs gözləyir? - Hakim açıqladı
08 Avqust 2018 Azərbaycanda məmur iş otağında BIÇAQLANDI
08 Avqust 2018 "Atam bilmir ki, nə işlə məşqulam..." - "Superman" Samirlə MÜSAHİBƏ - FOTO
08 Avqust 2018 İcra başçısının bacısı oğlu faciəvi şəkildə öldü
08 Avqust 2018 Azərbaycan bankları dolları bahalaşdırmağa başladı